Peşəkarlığı, humanistliyi, işgüzarlığı, iradı, mənəvi keyfiyyəti ilə seçilən ömrünün ən məhsuldar dövrünün 31 ildən çox şərəfli xidmət yolunu hərbi xidmətdə keçirmiş Silahlı Qüvvələr və Müharibə Veteranı istefada olan polkovnik — leytenant Aslanov Telman Aslan oğlunun mart ayının 15 -də dünyaya göz acdığı günsür.
Daimi həyatın bütün cətinliklərindən alını açıq və üzüağ çıxan Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və Müharibə Veteranı- istefada olan polkovnik leytenant Aslanov Telman Aslan oğlunu doğum günü munasbətilə Daxili işlər nazirliyi Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri,doğmaları,əzizlərivə iş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər, Telman müəllim qoy yaşının üstə gələn bu yaş da sizə sevinc dolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Aslanov Telman Aslan oğlu 15 mart 1947 -ci ildə Azərbaycan Respublikasının Xaçmaz rayonun Ləcət kəndində zəhmətkeş ailədə anadan olub.
1964 -cü ildə Xacmaz rayon Ləcət kənd orta məktəbini 1970 -ci ildə isə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Vladiqafqaz şəhərində yerləşən hərbi komandirlər məktəbini bitrib.O, SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müxtəlif vəzifələrdə xidmət etdiyi illər ərzində Daxili Qoşunların Tiflis və Bakı şəhərlərində yerləşən diviziyalarında və hərbi hissələrində keçirilən müvafiq kurslarda, bir çox təlim- metodiki təlim toplanışlarında ,hərbi və xüsusi taktiki və komanda qərargah təlimlərində, seminar və konfranslarda fəal iştirak edib.
Polkovnik leytenant Telman Aslan oğlu Aslanov 2009 -cu ildən Daxili Qoşunların Veteranlar Şurasının sədr müavinidir, 2020 -ci ildən etibarən isə Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyinin üzvüdür.
Telman Aslanov 1966- 1967-ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunların 69-cu Diviziyasının Bakı şəhərində yerləşən Konvoy Mühafizə alayında müddətli həqiqi hərbi xidmətdə olub.
1967- 1991-ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunların 69 -cu və 5-cı Diviziyalarının Bakı və Naxçıvan şəhərində yerləşən konvoy- mühafizə alayında və xüsusi motorlaşdırılmış milis əlahiddə taborunda taqım komandiri, böluk komandirinin müavini, böluk komandiri, taborun qərargah rəisi ,qərargah rəisinin müavini, 1992- 1998- ci illərdə işə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Qərargahında Əməliyyat şöbəsinin baş zabiti və Əməliyyat şöbəsinin rəisi vəzifələrində Vətənə Dövlətə və xalqa sədaqətlə xidmət etmişdir.
Daxili İşlər Nazirliyin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində, SSRİ və Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin və digər hüquqi- normativ aktların tələblərinə, eləcədə vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir cox hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.
Qanunvericiliklə müəyyən olunmuş qaydada Din-in Daxili Qoşunlarına həvalə olunmuş vəzifə və tapşırıqların yerinə getirilməsində, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda və təmin edilməsində, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi iğtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, cəzaçəkmə müəsisələrin, dövlət əhəmiyyətli obyektlərin, müvafiq icra hakimiyyəti orqanların inzibati binalarının və təchizat anbarların mühafizə olunmasında,fövqalədə hallar ( fövqalədə vəziyyət və komendant saatı) zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş qəzaların, bədbəxt hadisələrin, yanğınların və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Hərbi xidmət və ictimai vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,Ali hərbi məktəb rəisinin,Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin, dviziya və hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əkacı və yubiley döş nişanları ilə, bir çox fəxri fərmanlarla və qiymətli hədiyyələrlə (pul mükafatları iıə) mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Döyüş hazırlığındakı əla göstəricilərə ,döyüş xidmətində, döyüş növbəsində , döyüş əməliyyatlarında xüsusi fəriqləndiyinə, eləcə də öz İctimai vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığna görə SSRİ Ali Soveti, Azərbaycan Respublikası Prezidenti adından «Azərbaycan Respubilkasının Silahlı Qüvvələr Veterani», «Qüsursuz xidmə görə” 1-ci ,2-ci və 3-cü dərəcəli, » SSRİ Silahlı Qüvvələrinin» 60 və 70- illiyi, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəyasət heyətinin müvafiq qərarları ilə isə “Müharibə Veteranı”, Azərbaycan Vətən Müharibəsi Veteranları iİctimai Birliyin 25 iliyi (1994-2019) ,”Milli ordunun 100 – illiyi (1918-2018)” və “Böyük Zəfər” medalları ilə təltif edilib.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, TELMAN MÜƏLLİM!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
Azərbaycan Respublikasının Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder