Daxili işlər nazirliyi (Din-in) Daxili Qoşunların həyatında öz dəst və xüsusi xidmətləri olan, yüksək peşəkarlığı,humanistliyi, xeyirxahlığı,iradı, işgüzarlığı, mənəvi keyfiyyəti, dəqiqliyi təmkinliyi, sadəliyi, səmimiyyəti,təşkilatclığ bacarğı və vətənpərvərliyi ilə seçilən, ömrünün ən məhsuldar dövrünün 39 ildən çox şərəfli xidmət yolunu hərbi xidmətdə keçirmiş, Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı- istefada olan polkovnik Məmmədov Arif Məmməd oğlunun mart ayının 17 dünyaya göz acdığı gündür.
Daimi həyatın bütün cətinliklərindən alınıaçıq və üzüağ çıxan Azərbaycan Respublikasının Silahlı Qüvvələri və Müharibə Veteranı- istefada olan polkovnik Məmmədov Arif Məmməd oğlunu, doğum günü munasibətilə Din-in Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları, əzizləri, iş, tələbə və döyüşçü yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, ailə səadəti və həyat yollarında bitib -tükənməyən nailiyyətlər arzu edib deyirlər, Arif müəllim qoy yaşının üstə gələn bu yaş da sizə sevinc dolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Polkovnik Məmmədov Arif Məmməd oğlu 17 mart 1955 -ci ildə Bakı şəhərində hərbici ailəsində anadan olub. Arif Məmmədovun atası Məmmədov Məmməd uzun müddət Respublika Hərbi Komissarlığın mərkəzi aparatının müvafiq şöbəsində və Xacmaz rayon hərbi komissarlığında müxtəlif rəhbər vəzifələrdə işləyib.
Arif Məmmədov 1972 — ci ilərdə Bakı şəhərində orta məktəbi, 1977 - ci ildə M.F.Axundov adına Rus dili və Ədəbiyyat İnstitutunu ,1984 -cü ildə isə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunların LKGİ-nin 60 illiyi adına Sankt- Peterburq (Leninqrad) Ali Hərbi Siyası məktəbi bitirib. O, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində Tiflis və Bakı şəhərlərində yerləşən diviziyalarında, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsində keçirilən müvafiq kurslarda, təlim -metodiki toplanışlarda, hərbi və xüsusi taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib. Hərbi təcürbə mübadiləsi əldə etmək üçün bir sıra Xarici ölkələrdə işgüzar səfərdə olub.
Arif Məmmədov 1973- 1974- cü illərdə Sovet ordusunda müddətli həqiqi hərbi xidmətdə olub.
1978 -1984- ci illərdə SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunların 69 -cu və 5-ci divizyalarının Bakı şəhərində yerləşən konvoy- mühafizə alayında geyim xidməti üzrə müvafiq vəzifələrdə, 1984- 1991- ci illərdə isə SSRİ Daxili İşlərlər nazirliyin Bakı şərərində yerləıəşən hərbi hissələrin birində alayın geyim xidmət rəisi vəzifəsində işləyib.
1992- 2015 — ci illərdə Azərbaycan Respublikasının Xacmaz (Yalama qəsəbəsində) Lənkəran, Nərimanov və Binəqədi rayonlarında yerləşən hərbi hissələrində hərbi hissə komandirinin maddi- texniki təminat xidmət üzrə müavini, Daxili Qoşunların Baş İdarəsinin maddi - texniki təminat İdarəsində isə geyim xidməti rəisi vəzifələrində Vətənə ,Dövlətə və Xalqa sədaqətlə xidmət etmişdir.
Polkovnik Məmmədov Arif Məmməd oğlu, Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində hər zaman qarşısına qoyduğu məqsəd və amal uğrunda yorulmadan mübarizə aparmış və daimi qələbə qazanmışdır.Bu insan üçünn ən meyar başlıca qürurunu saxlamaqdan ibarət olub. O, harada və hansı vəzifələrdə xidmət etməsinə baxmayaraq öz xidməti vəzifələrinin layıqıncə yerinə yetirmiş, qanunun tələblərinin ədalətlə tətbiq edilməsiində həmişə pirinspial mövqe tutmuşdur.
Arif Məmmədov həmışə ləyaqətinin, şərəfinin, işgüzar fəaliyyətinin toxunmazlığını gözləmiş, nüfuzunu qorumuş, vüqarını daima yüksək səviyyədə saxlayaraq, alnı açıq və başı uca gəzmişdir. Xalqa, elə etdiklərini, sinəsi el -oba qeyrətli, vətən qüdrətli öz fəaliyyətini həmişə yüksək göstərmişdir.
İstefada olan polkovnik Arif Məmməd oğlu Daxili Qoçunlarda xidmət etdiyi illər ərzində tutduğu vəzifə sahələri üzrə, müasir tələblərə əsasən normativ hüquqi aktların (sənədlərin və təlimatların) hazırlanmasında, hərbi hissələrin və əlahiddə bölmələrin lazımi təminat növləri üzrə əşya və avadanlıqlarla (qurğularla) təmin edilməsində, peşəkar zabitlərin, gizir və müddətdən artıq xidmət edən hərbi qulluqçuların, kiçik mütəxəssislərin yetişdirilməsində (hazırlanmasında) Daxili Qoşunlara və hərbi hissələrə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində xüsusi əməyi olmuşdur.
Arif Məmmədov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin və digər hüquqi- normativ aktların tələblərinə, eləcədə vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarsıya qoyulmuş xidməti döyüş tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir cox hərbi qulluqçular fədakar hərbi xidmətə ruhlandırmışdır.
Azərbaycan Respublikasında şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda və təmin edilməsində, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi iğtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, axtarışda olan şəxslərin tutulmasında və zərərsizləşdirilməsində, fövqəladə hallar (fövqəladə vəziyyət və komendant saatı) zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş qəzaların, yanğınların, bədbəxt hadisələrin və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,Ali hərbi məktəb rəisinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə əlacı və yubiley döş nişanları ilə təltif olunub, pul mükafatları ilə, bir çox fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Döyüş hazırlığındakı əla göstəricilərə, təlimlərdə, xüsusi əməliyyatlarda, döyüş xidmətində və döyüş növbəsində xüsusi fəriqləndiyinə, şücaət və fədakarlıq göstərdiyinə görə SSRİ Ali Soveti və Azərbaycan Respublikası Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə ”Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli”, “Azərbaycan Respubilkası Silahlı Qüvvələr Veteranı”, “Qüsursuz xidmətə görə” 1-ci, 2-ci və 3-cü dərəcəli , “SSRİ Silahlı Qüvvələrinin 70-illiyi (1918-1988)”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)”, 90-illyi (1918-2008)”, və 95-illiyi (1918-2013)” yubiley medalları ilə təltif olunub.
Azərbaycan Respublika Prezidentinin müvafiq sərəncamına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyün təmin edilməsində, hərbi borcunu, xidməti vəzifələrini və xüsusi tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə və cəsarət göstərdiyinə görə «Hərbi xidmətlərə görə » medalı ilə təltif edilib.
39- ildən çoxdur ki, polkovnik Arif Məmmədovu tanıyıram, onunla bir ildə1984 -cü ildə SSRİ Daxili İşlər Nazirinin Daxili Qoşunların LKGİN-in 60 illiç adına Leninqarad Ali Hərbi Məktəbi bitirmişik. Din-in Daxili Qoşunlarda bır kollektivdə xidmət etmişik və onunla dostluq edirik. Allah- Təala ondan razı olsun. Onu və onun ailəsini Uca Yaradan xoşbəxt etsin. Onların bu dünyasını gözəl, bərəkətli, axirətini isə daha gözəl və bərəkətli etsin! Amin!
ARİF MÜƏLLİM ÖMURÜN UZUN, ÜRƏYİN MÖHKƏM, GÖZLƏRİN İŞİQLI OLSUN!..
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
DAİMA XOŞBƏXT YAŞA!
Azərbaycan Respublikasının Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder