Yüksək peşəkarlığı, humanistliyi, işgüzarlığı, mənəvi keyfiyyəti, dəqiqliyi, təmkinliyi, sadəliyi, səmimiyyəti, vətənpərvərliyi və idarəçilik qabiliyyəti ilə seçilən, ömrünün ən məhsuldar dövrünü hərbi xidmətdə keçirmiş, müharibə veteranı- istefada olan mayor Mustafayev Vidadi Bayram oğlunun mart ayının 24-də dünyaya göz acdığə gündür.
Daimi həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ cıxan, müharibə veteranı- istefada olan mayor Mustafayev Vidadi Bayram oğlunu Daxili işlər nazirliyi Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları, iş və döyüşcü yoldaşları səmimi- qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, həyat yollarinda bitib- tükənməyən nailiyyətlər arzu edib deyirlər,Vidadi qoy yaşının üstə gələn bu yaş da sizə sevincdolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Mayor Mustafayev Vidadi Oruc oğlu 1965 — ci ilin mart ayının 24 — də Qərbi Azərbaycanın Spitak rayonun Saral kəndində zəhmətkeş ailədə anadan olub.
1982 -cü ildə Qərbi Azərbaycanın Spitak rayonun Saral kənd orta məktəbi, 1983 -cü ildə Bakı şəhər texniki peşə məktəbi, 1990 ci ildə Azərbaycan Dövlət Pedaqoji Institutunun hərbi kafedra fakultəsini bitrib. Vidadi Mustafayev Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində kecirlən bir çox təlim — metodiki toplanışlarda, müvafiq kurslarda, xüsusi — taktiki təlimlərdə, komanda -qərargah məşqlərində, seminar və konfranslarda fəal iştirak edib.
1984- 1986 cı ildə Sovet Ordusunda müddətli həqiqi hərbi xidmətdə olub, 1992 ci illin yanvar ayının kimi Bakı şəhər 87 nömrəli texniki peşə məktəbində hərbi müəlim işləyib.
Mayor Vidadi Bayram oğlu Mustafayev 1992 — 2003 -ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların, Nizami Ağdam, Binəqədi, Xətai və Nərimanov rayonlarında yerləşən (konvoy, əməliyat,xüsusi motarlaşdırılmış milis, təminat və mühafizə təynatlı) hərbi hissələrində taqım komandiri, böluk komandiri, tabor qərargahnın rəisi, alayın döyüş hazırlığı bölməsinin rəisi, alayın qərargah rəisinin müavini, tabor komandiri, alayın qərargah rəisi əvəzi vəzifələrində Millətə, Vətənə Dövlətə və Xalqa sədaqətlə xidmət edib. O, 2004 -ci ildən etibarən isə Azərbaycan Politexnik Universitetində əməyin mühafizəsi və təhlükəsizliy şöbəsinin rəisi vəzifəsində işləyir.
Vidadi Mustafayev Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin” tələblərinin, əmr və sərancamlarının dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Mayor Vidadi Mustafayev Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində, özünü qorxmaz , insanpərvər, əli açıq, yüksək intellektual səviyyəli bir zabit kimi göstərmişdir. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost — tanış, qohum- əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
Qanunvericiliklə müəyyən olunmuş qaydada Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, dövlət əhəmiyyətli obyektlərin,hərbi təchizat anbarların mühafizə olunmasında, şəhərdə və yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində, yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında, qəzalar, bədbəxt hadisələr, yanğınlar, təbii fəlakətlər və fövqalədə hallar (fövqalədə vəziyyət və komendat saatı) zamanı hüquqi rejim tədbirlərinin həyata keçirilməsində, cinaətkarlığa qarşı mübarizədə, kuratoru olduğu xidmət sahələrinin fəalıyyətının çevik və məqsədyönlü idarə olunmasında, düzgün istiqamətləndirilməsində yüksək peşəkarlıq və təşkilatçılıq bacarığı nümayiş etdirmiş, Azərbaycanın ərazi bütövlüyü uğrunda (Ağdam, Ağdərə və Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə üzərinə düşən vəzifə və tapşırıqların öhtdəsindən layiqincə gəlmişdir.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi - döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirnin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,
hərbi hissə komandirinin müvafiq əmrləri ilə bir sıra medalarla , döş və yubiley nişanları ilə təltif edlib, bir cox fəxri fərmanla və qiymətli hədiyyələrlə mükaflandırlıb və ona təşəkkur elan edlib.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN VİDADİ!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və Müharibə Veteranı
polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder