Təbrik: Mayor Rəşad Aslanov- 46



İnsan üçün ən yaddaqalan günlərdən başlıcası onun həyata gəldiyi gündür. Ömürə bəzək olan ad günü hər il xüsusi ilə qeyd olunur. Belə insanlardan biri də yüksək peşəkarlığ, prinsiplərinə sadəliyi, humanistliyi,xeyirxahlığı,iradı, işgüzarlığı, mənəvi keyfiyyəti, təmkinliyi, dəqiqliyi,səmiyyəti, və ən əsası vətənpərvərliyi ilə seçilən ömrünün 20 ildən çox şərəfli hərbi xidmət yolunu, Daxili işlər nazirliyi Daxili Qoşunlarında  müxtəlif vəzifələrdə keçirmiş- ehtiyatda olan mayor  Aslanov Rəşad Sahib  oğludur. Mart ayının 19 - da onun dünyaya göz acdığı gündür.


Daimi həyatın bütün cətinliklərindən alını açıq və üzüağ çıxan- ehtiyatda olan mayor Aslanov Rəşad Sahib  oğlunu doğum günü münasibətilə  Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları, əzizləri,yaxın qohumları və iş yolsaşları  səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, ailə səadəti və həyat yollarında bitib tükənməyən nailiyyətlər arzu edib deyirlər, Rəşad  qoy yaşının üstə gələn bu yaş  da sizə  sevincdolu günlər bəxş etsin,hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin. 


mayor  Aslanov Rəşad Sahib  oğlu 19   mart 1978  -ci ildə Xacmaz  rayonda  zəhmətkeş ailədə  anadan olub.

1993-ci ildə Xacmaz  şəhər  Mehman Babayev  adına  1 npmrəli    tam orta məktəbin  9- cu sinifini ,  1997 -ci ildə Quba  şəhər  Dövlət  Sosial- İqsadi kolleci (Avtonəqliyat fakultəsi üzrə),  2008 -ci   ildə  isə Daxili işlər nazirliyi Daxili Qoşunların orta ixtisas məktəbini  bitirib.

 Aslanov Rəşad  Sahib oğlu   1997- 1998 -ci illərdə Daxili işlər nazirliyi  Daxili Qoşunların Baş İdarəsinin Binəqədi rayonunda yerləşən hərbi hissədə  müddətli həqiqi hərbi xidmətdə olub.

1998-2008- ci illərdə Din-in   Daxili Qoşunların hərbi hissələrində və hərbi məktəbində   gizir   və müdavim,   2008-2023-cü illərdə isə  taqım komandiri, bölük  komandirinin tərbiyəvi işləri üzrə müavini,   bölük  komandiri, avtomobil və zirehli texnika  xidmət rəisi, kəşfiyyat xidmətində zabit və qərargah rəisinin xidmət üzrə köməkcisi  vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət etmişdir.

Mayor Rəşad Aslanov  Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində müvafiq ixtisasartırma   və təhkimləşdirmə kurslarında olub, bir çox təlim- metodiki  toplanışlarda, hərbi  və xüsusi taktiki  təlimlərdə, nümunəvi göstərici məşğələlərdə, seminar və konfranslarda fəal iştirak edib 

Aslanov Rəşad  Sahib oğlu Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, istərsə də xidmət etdiyi və işlədiyi kollektiv heyətində böyük rəğbət qazanmışdır.

Qanunverciliklə müəyyən olunmuş qaydada Daxili Qoşunlara həvalə olunmuş vəzifə və tapşrıqların yerinə yetirilməsində, hüquq mühafizə orqanlarının, hərbi şəhərcikərin,hərbi təchizat anbarların və hərbi yüklərin mühafizə olunmasında, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində  ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında və təmin edilməsində,  yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, qəzalar, yanğınlar, bədbəxt hadisələr, təbii fəlakətlər və başqa fövqaləda vəziyyət zamanı hüquqi rejimin təmin olunmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerinə yetirmişdir.

Öz  xidməti vəzifələrin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə , döyüş və ictimai siyasi hazırlığında,idman yarışlarında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili işlər nazirinin, Daxili Qoşunlar Komandanın, onun müavinlərinin, məktəb rəisinin və   hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə  əlacı və yubiley  döş nişanları ilə təltif olunub, bir cox  fərmanlarla,diplomlarla, qiymətli hədiyyələrlə mükafatlandırılıb və ona təşəkkür elan edilib.

Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andı, hərbi və daxili qoşunların döyüş  xidməti nizamnamələrin və digər hüquqi normativ aktların tələblərinə, eləcədə vəzifə borclarının icrasına məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir çox hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.


Mayor  Rəşad Aslanov   döyüş hazırlığındakı əla göstəricilərə,  təlimlərdə, xüsusi əməliyyatlarda, döyüş xidmətində, döyüş növbəsində, xüsusi fərqləndiyinə, fədakarlıq və şücaət göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili işlər nazirinin müvafiq əmrləri ilə » Qüsursuz xidmətə görə” 1-ci, 2-ci və 3-cü dərəcəli, “ Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin  isə 10  illiyi (1991- 2001),  90 illiyi (1918-2008)  və 95 illiyi (1918-2013)  yubiley           medalları  ilə təltif edilib.



DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, RƏŞAD !

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!


Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev



Hiç yorum yok:

Yorum Gönder

Pages