Bu bahar təravətli yaz günündə- Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin (AVMVİB) Nərmanov rayon şöbəsinin üzvü -istefada olan mayor Mahmudov Məhər Paşa oğlunun mart ayının 28-də 68 yaşı tamam olur.
Daimi həyatın bütün cətinliklərindən alını açıq və üzüağ çıxan -istefada olan mayor Mahmudov Məhər Paşa oğlunu doğum günü münasibətilə Daxili işlər nazirliyi (Din-in) Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin rəhbərliyi, doğmaları,əzizləri iş və döyüş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, ailə səadəti və həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər, Məhər qoy yaşının üctə gələn bu yaş sənə sevincdolu günlər bəxş etsin.
Azərbaycan Respubilkasının Müharibə Veteranı-istefada olan mayor Mahmudov Məhər Paşa oğlu 28 mart 1956 -ci ildə Ağdam rayonunun Üçoğlan kəndində zəhmətkeş ailədə anadan olub.
Məhər Mahmudov Ağdam rayonunun Üçoğlan kənd orta məktəbi və Azəbaycan Neft İnstitunu bitrib. O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində keçirilən müvafiq kuruslarda, xüsusi və hərbi taktiki təlimlərdə, təlim- metodiki toplanışlarda ,seminar və konfranslarda fəal iştirak edib.
Məhər Paşa oğlu Mahmudov 1974-1976 -ci illərdə SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olub. 1978 - 1991-cı illərdə Daxili işlər orqanında, 1992-2000 -ci illərdə isə Daxili işlər nazirliyi Daxili Qoşunların Binəqədi,Ağdam,Ağdərə, Füzuli və Xəzər rayonlarında yerlə hərbi hissələrində müxtəlif vəzifələrdə Millətə,Vətənə Dövlətə və Xalqa sədaqətlə xidmət etmişdir.
Tahir Ağayev peşəkarlığı və humanistliyi ilə seçilən ömrünün ən məhsuldar dövrünün 22- ildən cox şərəfli xidmət yolunu daxili işlər orqanında və hərbi xidmətdə keçirərək üzərinə düsən vəzifələ və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
O,Azərbaycanın ərazi bütövlüyü uğrunda (Zəngilan,Ağdam Ağdərə və Füzuli rayonları istiqamətdə ) gedən döyüşlərdə fəal iştirak edib.
Mahmudov Məhər Paşa oğlu Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kimi göstərmişdir.O işlədiyi və oxuduğu təhsil müəssisələrində, yaşadığı ərazidə kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün nümunə olmuşdur.
Məhər Mahmudov Daxili işlər orqanında və Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insapərvər, əliaçıq, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost-tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
O, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi (Polis ) Andın, hərbi və daxili qoşunların döyüş xudməti nizamnamələrin və digər hüquqi- normativ aktların tələblərinə, eləcə də vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir cox hərbi qulluqçulara nümünə olmuşdur.
Məhər Paşa oğlu Mahmudov Qanunvericiliklə müəyyən olunmuş qaydada Daxili Qoşunlara və Daxili işlər orqanlarına həvalə olunmuş vəzifə və tapşrıqların yerinə yetirilməsində,şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirıərin keçirilmə yerlərində ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda,yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasın da, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, fövqalədə hallar (fövqalədə vəziyyət və komendat saatı) zamanı hüquqi rejimin təmin olunmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandurinin, rayon polis idarə və şöbə rəislərinin müvafiq əmrləri ilə əlaa xidmətlərə görə döş və yubiley nişanları ilə təltif olunub, bir çox fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Döyüş hazırlığındakı əla göstəricilərə görə, təlimlərdə, döyüş xidməti və döyüş növbəsində xüsusi fəriqlənməyə görə, şücaət və fədakarlıq xidmətlərinə görə Daxili İşlər Nazirinin müvafiq əmrləri ilə "Qüsursuz xidmətə görə 1-ci, 2-ci və 3-cü dərəcəli medallar ilə təltif olunub.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN.MƏHƏR !
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
Azərbaycan Respublikasının Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder