Daxili işlər nazirliyi Daxıli Qoşunların həyatında öz dəst xətti olan, peşəkarlığı, humanistliyi,iradı mənəvi işgüzar keyfiyyəti, sadəliyi və səmimiyyəti, dəqiqliyi, təmkinliyi, qeyrəti,iradı, vətənpərvərliyi, insanpərvərliyi və mənəvi keyfiyyəti ilə seçilən, Allahın verdiyi şərəfli və mənalı ömürünün ən məhsuldar dövrünün 20 ildən çox ilini hərbi xidmətdə keçirmiş, ehtiyatda olan mayor Tanverdiyev İlham Sabir oğlunun mart ayının 31 - də dünyaya göz acdığı gündür.
Daimi həyatın bütün cətinlikıərindən alını açıq və üzüağ çıxan, ehtiyatda olan mayor Tanverdiyev İlham Sabir oğlunu doğum günü münasibətilə Daxili işlər nazirliyi Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri doğmaları,əzizləri,yaxınları və iş yoldaşları səmimi qəlbdən təbrik edir, həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı ailə səadəti və həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər,İlham qoy
yaşının üstə gələn bu yaşda sizə sevincdolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi
xoşbəxt edəcək şəkildə keçsin.
mayor Tanverdiyev İlhqm Sabir oğlu 1969- ci ildə mart ayının 31-də Ağstafa rayonunun Xətai kəndində zəhmətkeş ailədə anadan olub.
1986 -ci ildə Ağstafa rayonunun Xətai kənd orta məktəbi,1993-cü ildə Gəncə Kənd Təsərrüfatı İnistutunu, 1999-cı ildə isə Daxili işlər nazirliyi (Din-in) Daxili Qoşunların Baş İdarəsinin döyüş hazırlığı idarəsinin Xəzər rayonunda yerləşən təlim-tədris mərkəzində zabitlərin təhkimləşdirmə kursunu bitirib.O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində keçirilən bir çox təlim - metodiki toplanışlarında ,hərbi və xüsusi taktiki təlimlərdə, komanda- qərargah məşqlərində, seminar və konfranslarda fəal iştirak edib.
1987- 1989 ci illərdə Sovet ordusunun Yaroslavl şəhərində yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətdə olub.
İlham Tanverdiyev 1995 -2013 - cu illərdə, Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Gəncə və Sumqayıt şəhərlərində, Qazax, Bərdə və Lənkaran rayonlarında yerləşən hərbi hissələrində, taqım komandiri, bölük komandirinin müavini, bölük komandiri, hərbi hissənin Silah xidməti rəisi vəzifələrində Millətə , Vətənə Dövlətə və Xalqa sədaqətlə xidmət etmişdir.
İlham Tanverdiyev Din-in Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
Azərbaycan Respublikasında şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsində, yaşayış məntəqələrində, kütləvi iğtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində,qəzalar,bədbəxt hadisələr, yanğınlar, təbii fəlakətlər və başqa fövqalədə hallar ( fövqalədə vəziyyət və komendant saatı) zamanı hüquqi rejimin təmin edilməsində, dövlətin ərazi bütövlüyünün təmin olunmasında üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin eləcə də digər hüquqi- normativ aktların tələblərinin yerinə yetirilməsi işində şəxsi nümunəsi ilə bir cox hərbi qulluqçular fədakar hərbi xidmətə ruhlandırmışdır.
Öz hərbı xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə, əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Döyüş hazırlığındakı əla göstəricilərə görə, təlimlərdə, xüsusi əməliyyatlarda, döyüş xidmətində və döyüş növbəsində xüsusi fəriqləndiyinə görə şücaət və fədakarlıq göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirinin müvafiq əmrləri ilə , «Qüsursuz xidmətə görə » 1-ci ,2-ci və 3-cü dərəcəli, «Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin» isə 10-illiyi (1991-2001) və 90 illiyi (1918-2008)” yubileyi medallarl ilə təltif olunub.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, !
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder