İnsan üçün ən yadda qalan günlərin bsşlıcası onun həyata gəldiyi gündür. Ömürə bəzək olan ad günü hər il xüsusi ilə qeyd olunur. Bu bahar təravətli yaz günündə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi hissələrində səmərəli fəaliyyəti ilə həmişə lazımınca qiymətləndirilən,Daxili işlər nazirliyi Daxiıi Qoşunların həyatında öz dəst -xətti olan, Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı-istefada olan mayor Məmmədov Faiq Mustafa oğlunun aprel ayının 1-də dünyaya göz açdığı gündür.
Daimi həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ ağ çıxan-istefada olan mayor Məmmədov Faiq Mustafa oğlunu belə bir əlamətdar gün münasibətilə, Daxili işlər nazirliyi (Din-in) Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları, əzizləri, iş və döyüş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti, həyat yollarında uğurlar arzu edir.
Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı- istefada olan mayor Məmmədov Faiq Mustafa oğlu 1967 -ci ilin aprel ayının 1- də Azərbaycan Respublikasının Zəngilan rayonunun Qraq Müşlan kəndində zəhmətkeş ailədə anadan olub.
1982- ci ildə Zəngilan rayonunun Qraq Müşlan kənd 8 (səkkiz) illik məktəbi, 1986- cı ildə Bakı şəhərində Bakı Baza Energetika Texnikumu, 1986- cı ildə Sovet Ordusun Ukrayna Respublikasının Borispol şəhərində yerləşən hərbi hissələrin birində də rabitəçi kursunu bitirib. O, Sovet Ordusunda, müstəqillik dönəmində Ukrayna ordusunda və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində müvafiq kurslarda, bir çox təlim- metodiki toplanışlarda , hərbi və xüsusi taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.1986-1992-ci illərdə Sovet ordusunun Ukrayna Respublikasının Borispol və Kerç, Almaniya Demokratik Respubilkasının isə Merzeburq şəhələrində yerləşən hərbi hissələrin birində ərzaq və birləşdirilmiş anbar rəisi vəzifələrində olub.
1993- 2011-ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Gəncə şəhərində Zəngilan, Füzuli, Xaçmaz (Yalama qəsəbəsində) Zaqatala və Nərimanov rayonlarında yerləşən hərbi hissələrdə ( hərbi hospitalda) Ərzaq və Əşya xidməti rəisi vəzifələrində Millətə, Vətənə Dövlətə və Xalqa sədaqətlə xidmət etmişdir.
Mayor Faiq Mustafa oğlu Məmmədov yüksək peşəkarlığı, sadəliyi, humanistliyi, işgüzarlığı, iradi mənəvi keyfiyyəti, dəqiqliyi və təmkinliyi, səmimiyyəti,xeyirxağlığı, təşkilatçılığ bacarğı və vətənpərvərliyi ilə seçilən, Allahın verdiyi şərəfli və mənalı ömrünün ən məhsuldar dövrünün 25 ildən çoxunu hərbi xidmətdə keçirib.
Faiq Məmmədov Din-in Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiqli hörmət qazanmışdır.
Mayor Məmmədov Faiq Mustafa oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda ( Zəngilan və Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə ona və xidmət etdiyi hərbi hissəyə həvalə edilmiş vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir. Müharibə Veteranıdır.
Azərbaycan Respublikasında şəhərdə, yaşayış məntəqələribdə və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında, yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, qəzalar, bədbəxt hadisələr, yanğınlar, təbii fəlakətlər və başqa fövqalədə hallar (fövqalədə vəziyyət və komendat saatı) zamanı hüquqi rejimin təmin edilməsində, dövlətin ərazi bütövlüyünün təmin olunmasında üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerinə yetirmişdir.
Faiq Məmmədov Din-in Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin və digər hüquqi- normativ aktların tələblərinə, eləcə də vəzifə borclarının icrasına məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir çox hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.
Döyüş hazırlığındakı əla göstəricilərə, təlimlərdə, xüsusi əməliyyatlarda, döyüş növbəsində, döyüş xidmətində, dövlətin ərazi bütövlüyünün təmin edilməsində fərqləndiyinə, şücaət və fədakarlıq göstərdiyinə görə » Silahlı Qüvvələr Veteranı», «Qüsursuz xidmətlə görə» 1-ci, 2-ci və 3-cü dərəcəli, Azərbaycan Respublikası «Silahlı Qüvvələrinin» isə 10 illiyi (1991-2001) və 90 (1918-2008) illiyi yubiley medalları ılə təltif olunub.
Faiq Mustafa oğlu Məmmədov Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində yüngül atletika üzrə Daxili İşlər Nazirliyi, Daxili Qoşunlar və hərbi hissə birinciliyi üzrə keçirilən birincilik çempionatlarının dəfələrlə qalibi və mükafatçısı olub. O, Daxili İşlər Nazirliyinin və Daxili Qoşunların Baş İdarəsinin yüngül atletika (Marofon qaçışı) üzrə yığma komandasının üzvü olduğu müddətdə bir neçə dəfə xarici ölkələrin Daxili işlər orqanları arasında keçirilən birinclik marofon qaçış yarışlarında Azərbaycan Respublikasnın Daxili İşlər Nazirliyini təmsil edib.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə görə döyüş və ictimai siyasi hazırlığında, idman yarışlarında, hərbi intizamın möhkəmləndirilməsində ən yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə SSRİ Sovet ordusunun rəhbərliyi, Azərbaycan Respubilkasının Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanının və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı , yubiley və müvafiq idman dərəcəsi döş nişanları ilə, pul mükafatları ilə, bir fəxri fərmanlarla,diplomlarla və qiymətli hədiyyələrlə mükafatlandırılıb və ona təşəkkür elan edilib.
Mayor Faiq Mustafa oğlu Məmmədovn hal-hazırda Müdafiə Nazirliyinn Təlim və Tədris mərkəzində hərbiləşdirilmiş mühafizə bölməsının rəisi vəzifəsində işləyir.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, FAİQ !
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder