İnsan üçün ən yadda qalan günlərdən başlıcası onun həyata gəldiyi gündür. Ömürə bəzək olan ad günü hər il xüsusi ilə qeyd olunur. Belə insanlardan biri də peşəkarlığı və humanistliyi seçilən, ömrünün ən məhsuldar dövrünün 22 ildən çox şərəfli və mənalı xidmət yolunu hərbi xidmətdə keçirmiş - ehtiyatda olan mayor Yəhyayev Eldar Oruc oğlunun aprel ayının 1- də dünyaya göz acdığı gündür.
Daimi həyatın bütün cətinliklərindən alını açıq və üzüağ çıxan-istefada olan mayor Yəhyayev Eldar Oruc oğlunu doğum günü münasibətilə Daxili işlər nazirliyi Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri,əzizləri,doğmaları,iş və döyüş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, ailə səadəti və həyat yollarında bitib- tükənməyən nailiyyətlər arzu edib deyirlər, Eldar qoy yaşının üstə gələn bu yaş da sizə sevinc dolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun səni xoşbəxt edəcək şəkildə keçsin.
1965 ci ilin aprel ayının 1- də Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Aşağı Aza kəndində zəhmətkeş ailədə anadan olub.
1982 -ci ildə Ordubad şəhər M.Füzuli adına internat məktəbini, 1992- ci ildə Minsk şəhərində Poltexnik İnstitutunu bitrib. Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş idarəsində və hərbi hissələrində keçirilən müvafiq ixtisasartırma kurslarda, bir çox təlim- metodiki toplanışlarında,hərbi və xüsusi taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.
1983- 1985 -ci illərdə Sovet ordusunun Türkmənistan Respublikasının Mari şəhərində yerləşən Hərbi Hava Qüvvələrində müddətli həqiqi hərbi xidmət olub.
1995 — 2015 ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Naxçıvan Muxtar Respublikasında yerləşən Əlahiddə hərbi hissədə avtomobil və zirehli texnika xidməti üzrə texniki- nəzarət məntəqəsinin rəisi, avtomobil zirehli texnika xidməti rəisi vəzifələrində Millətə, Vətənə Dövlətə və Xalqa sədaqətlə xidmət etmişdir.
Eldar Yahyayev Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın, hərbi nizamnamələrin və digər hüquqi- normativ aktların tələblərinə, eləcə də vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir cox hərbi qulluqçular fədakar hərbi xidmətə ruhlandırmışdır.
Qanunvericiliklə müəyyən olunmuş qaydada Daxili işlər nazirliyi Daxili Qoşunlarına həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində, səhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsində, yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qəzalar,yanğınlar,bədbəxt hadisələr, təbii fəlakətlər və başqa fövqalədə vəziyyət zamanı hüquqi rejimin təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları şərəflə yerinə yetirmişdir.
Hərbı xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacl və yubiley nişanları ilə təltif olunub, bir çox fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Döyüş hazırlığındakı əla göstəricilərə, eləcə də təlimlərdə, xüsusi əməliyyatlarda, döyüş xidmətində və döyüş növbəsində xüsusi fəriqləndiyinə, şücaət və fədakarlıq göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirinin müvafiq əmrləri ilə «Qüsursuz xidmətə görə » 1-ci, 2-ci və 3-cü dərəcəli,«Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin» isə 10-iliyi (1991-2001), 90-illiyi (1918-2008) və 95-illiyi (1918-2013) yubiley medallarl ilə təltif olunub.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, ELDAR!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Respublikasının Silahlı Qüvvələr və Müharibə Veterani polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder