Təbrik: Mayor Allahverdi Dünyamalıyev - 58




İnsan üçün ən yaddaqalan      günlərdən bir onun doğum  gündür. Yaşın üstə yaş gəldikcə insan dahada    kamilləşir. Belə insanlardan biri də, Daxili İşlər  Orqanların və Dövlət Yanğından Mühafizə Xidmətlərin həyatında  öz dəst- xətti və xüsusi xidmətləri  olan, yüksək peşəkarlığı,  humanistliyi, dərin zəkası, sadəliyi, səmimiyyəti, işgüzarlığı,  təmkinliyi, dəqiqliyi, iradı və  mənəvi keyfiyyəti ilə seçilən,  ictimai işlərdə fədakarlıq göstərən,    dostlarına, yaxınlarına isti münasbətdə olan,  heç kəsi  özündən incitməyən, xoş rəftarı  və şirin dili ilə  hər kəsə doğmalıq münasibəti yaradan, ömrünün ən məhsuldar dövrünü Daxili İşlər Nazirliyin və Fövqalədə Hallar Nazirliyin müvafiq   strukturlarında  xidmət etmiş - istefada  olan  daxili xidmət  mayoru  Dünyamalıyev Allahverdi Əjdər    oğludur.  Aprel ayının 1- də   onun dünyaya göz acdığı gündür.

  Belə bir əlamətdar  gün münasibətilə,  daimi həyatın  bütün cətinliklərindən alını açıq və üzüağ çıxan, Allahverdi Dünyamalıyevi    2001 -ci ildə Daxili işlər nazirliyin Polis Akademiyasını bitirmiş tələbə yoldaşları, doğmaları, əzizləri və iş yoldaşları səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm  cansağlığı, ailə səadəti  və həyat yollarinda    bitib -tükənməyən nailiyyətlər arzu edib deyirlər, Allahverdi  qoy  yaşının üstə gələn bu yaş  da  sizə sevincdolu günlər bəxş etsin, hər yeni ilin isə ötən illərdən daha gözəl, istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.

Daxili xidmət  mayoru  Dünyamalıyev    Allahverdi   Əjdər  oğlu   1966 -ci illin aprel ayının 1-də Babək   rayonunun  Kərimbəyi kəndində  zəhmətkeş ailədə anadan olub.

1981- cu ildə   Babək rayonunun  Kərimbəyli  kənd orta  məktəbin 8-ci sinifini, 1984-ci ildə Politexnik Texnikumu,  2001 cü  ildə isə Azərbaycan Respublikasının Daxili  İşlər Nazirliyinin Polis Akademiyasını  bitrib. 

Mayor Allahverdi Dünyamalıyev   Daxili İşlər Orqanlarında və Fövqalədə Hallar Nazirliyində    xidmət etdiyi illər ərzində DİO- da   və fövqalədə hallar nazirliyində keçirilən  müvafiq kurslarda,  bir çox təlim- metodiki toplanışlarda, xüsusi taktiki -təlimlərdə, nümnəvi -göstərici məşğələrdə, komanda - qərargah məşqlərində, seminar və konfraslarda fəal iştirak edib. 

O, 1985-1986- cı illərdə  SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olub.  

    1990 – 2006- ci illərdə Azərbaycan Respubilkasının Daxili İşlər   Nazirliyin Naxçıvan şəhər Dövlət Yanğından  Mühafizə şöbəsində müxtəlif  rəhbər  vəzifələrdə, 2006-2008-ci illərdə isə  Azərbaycan Respublikasının  Fövqalədə Hallar Nazirliyin   Naxçıvan şəhər   Dövlət Yanğından  Mühafizə  şöbəsinin  rəisi   vəzifələrində Millətə,Vətənə, Xalqa  və Dövlətə sədaqətlə xidmət edib.

Mayor Allahverdi Əjdər  oğlu Dünyamalıyev Daxili İşlər Orqanlarında və Fövqalədə Hallar Nazirliyində   xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı polis zabiti  kımı göstərmişdir. O   işlədiyi, oxuduğu   orta  məktəbdə, polis akademiyasında həmişə müsbət mənada seçilərək, başqaları üçün daimi nümunə olmuşdur.

Allahverdi Dünyamalıyev   Daxili İşlər  Orqanlarında və Fövqalədə Hallar Nazirliyində   xidmət etdiyi illər ərzində, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına dəqiq və sözsüz  əməl etməsi işində   öz tabeliyində olanlara  şəxsi nümünə olmuş və onları fədqkar  xidmətə ruhlandırmışdır.

 Allahverdi Dünyamalıyev  Daxili işlər orqan larında  xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insapərvər, əliacıq, zəhmətkeş  zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəssisələrində, istərsədə xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış, qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

O, Qanunvericiliklə müəyyən  olunmuş qaydada Daxili İşlər və Fövqalədə  Hallar Nazirliklərinə   həvalə olunmuş vəzifə və tapşrıqların yerinə yetirilməsində, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin  keçirilmə yerlərində  ictimai qaydanın qorunmasında  və ictimai təhlükəsizliyin  təmin olunmasında, yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin axtarışında, zərərsiz ləşdiilməsində,qəzalar,bədbəxt hadisələr, yanğınlar, təbii fəlakətlər və başqa fövqalədə hallar (fövqalədə vəziyyət və komendant saatı)  zamanı hüquqi rejimin təmin olunmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə   yerınə yetirmişdir.  


Mayor Allahverdi Dünyamalıyev  xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- doyüs  keyfiyyətləri göstərdiyinə  və digər xidmətlərinə  görə  Azərbaycan  və Naxçıvan Muxtar Respubilkasının  Daxili İşlər və Fövqalədə Hallar   Nazirlərinin və onların  müavinlərinin, Daxili İşlər Nazirliyin  Polis akademiya rəisinin müvafiq əmirləri ilə  bir sıra medallarla, əla xidmətlərə görə əlacı   və yubiley döş  nişanları ilə təltif olunub,bir cox  fəxri fərmanlarla, qiymətli hədiyyələrlə,diplomlarla   mükafatlandırlıb və ona təşəkkür elan edilib.

     

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN ALLAHVERDOİ! 

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!


BÜTÜN ARZULARIN ÇİN OLSUN!

DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN! 

Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və  Müharibə Veteranı  polkovnik Salman Musayev


Hiç yorum yok:

Yorum Gönder

Pages