Daxili işlər nazirliyi Daxili Qoşunların həyatında öz dəst-xətti olan, yüksək peşəkarlığı, iradi, işgüzarlığı, sadəliyi, səmimiyyəti, qayğıkeşliyi, dəqiqliyi, təmkinliyi və mənəvi keyfiyyəti ilə seçilən, ehtiyatda olan mayor Əliyev Afiq Akif oğlunun mart ayının 21-də dünyaya göz acdığı gündür.
Daimi həyatın bütün cətinliklərindən alını açıq və üzüağ çıxan,mayor Əliyev Afiq Akif oğlunu belə bir əlamətdar gün münasibətilə Daxili işlər nazirliyi Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri,doğmaları, əzizləri və iş yoldaşları səmimi qəlbdən təbrik edir,ona həyatda insan ücün ən şirin nemət olan möhkəm cansağlığı arzulayırlar.
Əliyev Afiq Akif oğlu 1980 - ci ildə mart ayının 21-də Azərbaycan Respubilkasının Saatlı rayonun Məmmədabad kəndində zəhmətkeş ailədə anadan olub.
1997-cü ildə Saatlı rayonun Azad Bayramov adına Məmmədabad kənd tam orta məktəbi, 2001-ci ildə Azərbaycan Beynalxalq Universiteti, 2008-ci illərdə isə Din-in Daxili Qoşunların orta ixtisas məktəbini bitrib.Afiq Əliyev Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində müvafuq ixtisasartırma kurslarda, təlim -metodiki toplanışlarda, hərbi və xüsusi taktiki təlimlərdə, semnar və konfranslarda fəal iştirak etmişdir.
2001 -2002 -ci illərdə Dövlət Sərhəd Xidmətinin Beyləqan rayonunda yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətdə olub.
2003-2006-cı illərdə Daxili Qoşunların hərbi hissələrində kərgüzar -makinacı, rabitə anbar rəisi,taqım komandiri, 2006-2008-ci illərdə isə Daxili Qoşunların orta ixtisas məktəbində kursant vəzifəsində olub.
2008-2022- ci illərdə Daxili işlər nazirliyi Daxili Qoşunların Baş İdarəsinin hərbi hissələrində taqım komandiri və ərzaq xidməti rəisi vəzifəsində Millətə, Dövlətə, Xalqa və Vətənə sədaqətlə xidmət etmişdir. O, Daxili işlər Nazirliyi Daxili Qoşunlarından ehtiyata buraxıldıqdan sonra Dövlət Ehtiyatları Agentliyin mühafizə xudmətində növbə rəisi vəzifəsində işləyir.
Mayor Afiq Əluyev Azərbaycan Respubilkası Konustitusiyasına və qanunlarına,Hərbi Andın,hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinə və vəzifə borcuna əməl etməkdə tabeliyindəkilər ücün nümünə olmuşdur.
Mayor Afiq Akif oğlu Əliyev Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Azərbaycan Respubilkasının Daxili işlər nazirliyi Daxili Qoşunlarına həvalə olunmuş, vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
Öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə və xidmət keçdiyi dövrdə digər xidmətlərinə görə Azərbaycan Respubilkasının Daxili işlər nazirinin, Daxili Qoşunlar Komandanı və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmirləri ilə “Qusursuz xidmətlərə 1-ci, 2-ci və 3-cü dərəcəli, ”Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin isə 90 illiyi (1918-2008)” və 95 illiyi (1918-2013)” yubiley medaları ilə təltif olunub,əla xidmətlərə görə əlacı və yubiley nişanları ilə, bir çox fərmanlarla, qiymətli hədiyyələrlə və diplomlarla mükafatlandırlıb, ona təşəkkur elan edilib.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN AFİQ!
100 YAŞA SAĞLAM YAŞA
Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder