Daxili işlər nazirliyi Daxili Qoşunların həyatında öz dəst-xətti olan,yüksəl peşakarlığı, humanistliyi, işgüzarlığı, iradı, mənəvi keyfiyyəti ilə seçilən ömrünün ən məhsuldar dövrünü Daxili işlər nazirliyi Daxili Qoşunlarda hərbi xidmətdə keçirmiş, Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və Müharibə Veteranı- istefada olan kapitan Beydulla Baxşıyevin mart ayının 28- də dünyaya göz acdığı gündür.
Daimi həyatın bütün cətinliklərindən alını açıq və üzüağ çıxan, Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və Müharibə Veteranı- istefada olam kapitan Beydulla Baxşıyevi doğum günü munasbətilə Daxili işlər nazirliyi Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri,doğmaları,əzizləri iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər, Beydulla müəllim qoy yaşının üstə gələn bu yaş da sizə sevinc dolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Kapitan Baxşıyev Beydulla Bücət oğlu 28 mart 1945-ci ildə Azərbaycan Respublikasının Lənkaran rayonun Girdəni kəndində zəhmətkeş ailədə anadan olub.
1962 -cü ildə Lənkaran rayon Girdəni kənd orta məktəbi, 1965-ci ildə isə Bakı Neft Texnikumu bitrib. O, SSRİ və Azərbaycan Respubilkasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında müxtəlif vəzifələrdə xidmət etdiyi illər ərzində Daxili Qoşunların Tiflis və Bakı şəhərlərində yerləşən Baş İdarədə, diviziyalarda və hərbi hissələrdə keçirilən müvafiq kurslarda, bir çox təlim- metodiki təlim toplanışlarında ,hərbi və xüsusi taktiki və komanda qərargah təlimlərində, seminar və konfranslarda fəal iştirak edib.
Beydulla Baxışıyev 1965- 1968-ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Tiflis şəhərindəki diviziyanın Bakı şəhərində yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətdə olub. 1968 -1991-ci illərdə Lənkaran rayon Elektrik şəbəkəsində növbətci texnik vəzifəsində calışıb.
1972- 1991-ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunların 69 -cu və 5-cı diviziyalarının Bakı şəhərində yerləşən hərbi hissələrində müxtəlif vəzifələrdə, 1992-1997 -ci illərdə isə Azərbaycann Respublikasının Daxili işıər nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Sumqayıt şəhərində yerləşən xüsusi motorlaşdırılmış polis (milis) hərbi hissəsində xidmət rəisi vəzifələrində Millətə, Vətənə Dövlətə və Xalqa sədaqətlə xidmət edib. Beydulla Baxşıyev yaşa görə, Din-in Daxili Qoşunlardan yaşa görə ehtiyata buraxıldıqdan sonra 2008-2020-ci illərdə Heydər Əliyev Sarayında elektromexanik növbətci vəzifəsində işləyib.
O, Daxili İşlər Nazirliyin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin və digər hüquqi- normativ aktların tələblərinə, eləcədə vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir cox hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.
Qanunvericiliklə müəyyən olunmuş qaydada Din-in Daxili Qoşunlarına həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda və təmin edilməsində, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi iğtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, dövlət əhəmiyyətli obyektlərin, müvafiq icra hakimiyyəti orqanların inzibati binalarının və təchizat anbarların mühafizə olunmasında,fövqalədə hallar ( fövqalədə vəziyyət və komendant saatı) zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş qəzaların, bədbəxt hadisələrin, yanğınların və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Hərbi xidmət və ictimai vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, dviziya və hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə, bir çox fəxri fərmanlarla və qiymətli hədiyyələrlə (pul mükafatları iıə) mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Döyüş hazırlığındakı əla göstəricilərə ,döyüş xidmətində, döyüş növbəsində , döyüş əməliyyatlarında xüsusi fəriqləndiyinə, eləcə də öz İctimai vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığna görə SSRİ Ali Soveti, Azərbaycan Respublikası Prezidenti adından “Azərbaycan Respubilkasının Silahlı Qüvvələr Veteranı”, “Qüsursuz xidmə görə” 1-ci ,2-ci və 3-cü dərəcəli, “ SSRİ Silahlı Qüvvələrinin” isə 60 və 70- illiyi yubley medalları ilə təltif edilib.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, BEYDULLA MÜƏLLİM!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
Azərbaycan Respublikasının Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder