İnsan üçün ən yaddaqalan günlərdən başlıcası onun həyata gəldiyi gündür. Ömürə bəzək olan ad günü hər il xüsusi ilə qeyd olunur. Belə insanlardan biri də yüksək peşəkarlığ, prinsiplərinə sadəliyi, humanistliyi,xeyirxahlığı,iradı, işgüzarlığı, mənəvi keyfiyyəti, təmkinliyi, dəqiqliyi,səmiyyəti, və ən əsası vətənpərvərliyi ilə seçilən- ehtiyatda olan baş leytenat Məmmədov Elmir Teyub oğludur. Mart ayının 19-da onun dünyaya göz acdığı gündür.
Daimi həyatın bütün cətinliklərindən alını açıq və üzüağ çıxan- ehtiyatda olan baş leytenat Məmmədov Elmir Teyub oğlunu doğum günü münasibətilə Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları, əzizləri,yaxın qohumları və iş yolsaşları səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, ailə səadəti və həyat yollarında bitib tükənməyən nailiyyətlər arzu edib deyirlər, Elmir qoy yaşının üstə gələn bu yaş da sizə sevincdolu günlər bəxş etsin,hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Məmmədov Elmir Teyub oğlu 109 mart 1980 -ci ildə Bakı şəhərində zəhmətkeş ailədə anadan olub.
1997-ci ildə Bakı şəhər Yasamalı rayonn Faiq Rzayev adına 150 nömrəli tam orta məktəbi, 2001-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetini, 2009-cu ildə isə Daxili işlər nazirliyi Daxili Qoşunların orta ixtisas məktəbini bitirib.
Elmir Teyub oğlu Məmmədov 2001- 2002-ci illərdə Daxili işlər nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Sumqayıt şəhərində yerləşən hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olub.
2002-2017 -cü illərdə Daxili Qoşunların Nərimanov, Bərdə, Xətai və Binəqədi rayonlarında yerləşən hərbi hissələrində anbar rəisi, taqım komandiri, bölük komandirinin tərbiyəvi işləri üzrə müavini, bölük komandiri vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət etmişdir. Hal-hazırda Elmir Məmmədov “Gesco” şirkətinin mühafizə xidmətində növbə rəisi vəzifəsində calışır.
O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində müvafiq ixtisasartırma və təhkimləşdirmə kurslarında olub, bir çox təlim- metodiki toplanışlarda, hərbi və xüsusi taktiki təlimlərdə, nümunəvi göstərici məşğələlərdə, seminar və konfranslarda fəal iştirak edib
Elmir Məmmədov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, istərsə də xidmət etdiyi və işlədiyi kollektiv heyətində böyük rəğbət qazanmışdır.
Qanunverciliklə müəyyən olunmuş qaydada Daxili Qoşunlara həvalə olunmuş vəzifə və tapşrıqların yerinə yetirilməsində, hüquq mühafizə orqanlarının, hərbi şəhərcikərin,hərbi təchizat anbarların və hərbi yüklərin mühafizə olunmasında, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında və təmin edilməsində, yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, qəzalar, yanğınlar, bədbəxt hadisələr, təbii fəlakətlər və başqa fövqaləda vəziyyət zamanı hüquqi rejimin təmin olunmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerinə yetirmişdir.
Öz xidməti vəzifələrin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə , döyüş və ictimai siyasi hazırlığında,idman yarışlarında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili işlər nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə təltif olunub, bir çox fərmanlarla,diplomlarla, qiymətli hədiyyələrlə mükafatlandırılıb və ona təşəkkür elan edilib.
Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andı, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin və digər hüquqi normativ aktların tələblərinə, eləcə də vəzifə borclarının icrasına məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir çox hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.
Elmir Məmmədov döyüş hazırlığındakı əla göstəricilərə, təlimlərdə, xüsusi əməliyyatlarda, döyüş xidmətində, döyüş növbəsində, xüsusi fərqləndiyinə, fədakarlıq və şücaət göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili işlər nazirinin müvafiq əmrləri ilə » Qüsursuz xidmətə görə” 2-ci və 3-cü dərəcəli medallarla, ‘Azərbaycan Respublikası Silahlı Qüvvələrinin isə 90 illiyi (1918-2008) və 95 illiyi ( 1918-2013) yubiley
medalları ilə təltif edilib.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, ELMİR!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder