Bakının Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində döyüş tətbiqinə yararlı sursat aşkarlanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildrilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı partladıcısız bir ədəd “RQ-42” əl qumbarası, bir ədəd UZRQM partladıcısı, bir ədəd 36 kalibr tüfəng mərmisi, səkkiz ədəd 5x45 millimetrlik kiçik çaplı mərmi və bir ədəd “MPT-3” ov tüfəngi olduğu müəyyən edilib.
Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
Hiç yorum yok:
Yorum Gönder