Səidə Ebülfəz qızı Quliyeva Azərbaycan Teatr və Kino aktrisası, Azərbaycanın xalq artisti ad günüdür




Böyük səhnədə debütü 1979-cu ildə rejissor Ə.Quliyevin hazırladığı Vilyam Şekspirin "Heç nədən hay-küy" komediyasında Hero rolu olmuşdur. Bundan sonra, aktrisa teatrda müxtəlif rejissorların səhnə quruluşlarında maraqlı obrazlar yaratmışdır. S.Quliyeva Akademik Milli Dram Teatrının səhnəsində İlyas Əfəndiyevin "Xurşidbanu Natəvan" tarixi dramında Bəyim, Ş.Qurbanovun "Sənsiz" dramında Sevinc, Maksim Qorkinin "Həyatın dibində" əsərində Nastya, Əli Əmirlinin "Ağqoyunlular və Qaraqoyunlular"ında Qaraqoyunlu ana, Elçinin "Ah Paris! Paris!" komediyasında Firəngiz, Süleyman Sani Axundovun "Eşq və intiqam" pyesində Həcər xanım, Nazim Hikmətin "Kəllə" dramında Qadın, Bəxtiyar Vahabzadənin "Dar ağacı"nda Ana, Elçinin "Qatil" əsərində Qonşu, Mir Cəlalın "Dirilən adam"ında Çəpəl Suralı, Cəlil Məmmədquluzadənin "Ölülər"ində Kərbəlayi Fatma, Abdulla Şaiqin "Eloğlu"nda Ana Torpaq kimi müxtəlif janrlı obrazlar qalereyası yaratmışdır.

Aktrisa Azərbaycan Dövlət Televiziyasının hazırladığı İlyas Əfəndiyevin "Atayevlər ailəsində" əsərində Reyhan, "Sarıköynəklə Valehin nağılı"nda Reyhan, Ruhəngiz Qasımovanın "Yollar görüşəndə" dramında Çiçək, "Qonşu qonşu olsa" əsərində Balacaxanım, Mövlud Süleymanlının "Kökdən düşmüş piano"sunda Gülər, Əli Əmirlinin "Bala-başa bəla"sında İzzət Nəfisli, Aqşin Babayevin "Nekroloq"unda Elmira, "Dəvətnamə"də Məleykə və s. kimi maraqlı obrazlar oynamışdır.

S.Quliyeva 2000-ci ildə respublikanın Əməkdar Artisti, 9 may 2012-ci ildə Xalq artisti fəxri adına layiq görülmüşdür. 30 aprel 2014-cü ildə və 6 may 2015-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. Çəkildiyi filimlər və teletamaşalar Adam ol! (film, 2005) (tammetrajlı bədii film)-rol: Səidə
Ağ atlı oğlan (film, 1995)(tammetrajlı bədii film)-filmi səsləndirən: Şəhla (Laləzar Mustafayeva)
Aramızda qalsın (film, 2011)(bədii serial)
Atayevlər ailəsi (film)
Ayrılıq imiş (film, 2008)
Azarkeş (2008)
Bala-başa bəla! (film, 1995)
Bəyaz həyat (film, 2003)
Bizi bağışlayın (film, 1979)
Bizim qəribə taleyimiz (film, 2005)
Böyük ömrün davamı (film, 2007)
Cəza (film, 1996)
Dəvətnamə (film, 2003)
Fədakar (film, 2015)
"Fransız" (film, 1995)
Gülüş sanatoriyası (film, 1989)
Günahsız Abdulla (film, 1984)
Günaydın, mələyim! (film, 2008)
Hansı peşə yaxşıdır (film, 1982)
Haray (film, 1993)
Heydər Əliyev (film)
İtkin gəlin (film, 1994)
Kökdən düşmüş piano (film, 1982)
Ordan-burdan (film, 1987)
"Qayınana" əməliyyatı (film, 1999)
Qeybdən gələn səs (film, 2002)
Qəzəlxan (film, 1991)
Qonşu qonşu olsa... (film, 1989)
Məhəbbətin familiyası (film, 1977)
Mən mahnı qoşuram (film, 1979)
Milli bomba (film, 2004)
Min birinci söz (film, 1997)
Nekroloq (film, 2001)
Sabiqlər (film, 1999)
Sabiqlərin yeni sərgüzəştləri (film, 2000)
Sarıköynəklə Valehin Nağılı (film)
Susmuş vicdan (film, 2010)
Sürəyya (film, 1987)
Şahid qız (film, 1990)
Təxribat (film, 1990)
Tənha durna uçuşu (film, 2003)
Topal Teymur (film, 1983)
Ultionis
Vəkil hanı? (film, 2011)
Yaramaz (film, 1988)
Yerlə göy arasında (film, 1999)
Yoxlama (film, 2006)
Yollar görüşəndə... (film, 1979)
Yük (film, 1995)
Zəng

Hiç yorum yok:

Yorum Gönder

Pages