Ramazanda düzgün qidalanma



Oruc tutan hər bir insan adətən imsak və iftar vaxtı həddindən artıq yemək yeyir Bu isə sağlamlığa zərərli bir addımdır

Orucluq, sizi yeni, fərqli qida rejimə keçməyə vadar edir. Bu isə öz növbəsində çox həssas məsələdir. Gün boyu oruc tutacağınızı düşünəndə yəqinki siz də bir çox insan kimi imsakı daha dolu süfrə ilə qarşılayır və ağır yeməklərə üstünlük verirsiniz. Amma bu səhv addımdır. İmsakı daha yüngül olmalı, qızartma və xəmir xörəklərindən uzaq durmalısınız.
Bəs necə qidalanmaq lazımdır ki, həm doyumlu olsun, həm də mədə-bağırsaq problemləri yaranmasın?

1. Yaz fəslinə təsadüf edən orucluqda, susuzluq hissi insanları daha çox narahat edir. Bu səbəbdən imsak və iftarda tərkibində maye olan qidalara üstünlük verilməlidir.

2. Orucluq ayında xüsusi ehtiyac duyduğumuz vitaminlərin, mineralların yetərli miqdarda, balanslı olaraq qəbulu mühümdür. Tutumlu olsun deyə bol yağlı və xəmir xörəkləri orqanizminizə mənfi təsir göstərəcək və gün boyu gündəlik fiziki və əqli işlərdə öz mənfi təsirini göstərəcək. Buna görə də imsak və iftar zamanı az amma vitaminli, bol mayeli qidaların qəbulu məsləhətdir.

3. İmsakda düzgün qidalanmaqla gün ərzində su və enerji balansınızı qorumuş olacaqsınız. Bu sizi yorğunluq və halsızlıq hissindən uzaq tutacaq. Qanda şəkərin miqdarını stabil saxlamaq və eyni zamanda həzm problemi yaşamamaq üçün lifli qidalara üstünlük vermək məsləhətlidir. Tərkibində mürəkkəb karbohidratlar, zülallar, vitamin və minerallar, orqanizm üçün xeyirli yağlar olan məhsullar orqanizmin dözümlülüyünü artırır və toxluq hissini daha uzunmüddətli edir.

4. Orucu açarkən ağır yeməklərdən başlamaq yanlışdır. ilk növbədə 1-2 stəkan ilıq su içib tərəvəz salatı və zeytun kimi yüngül tərəvəzlər yemək olar. 15-20 dəqiqə fasilədən sonra yemək süfrəsinə oturub yeməyə başlamaq olar. Fasiləli qidalanmaqla mədəniz gücə düşməyəcək və yeməkdən sonra ağırlıq hiss etməyəcəksiniz. İlk olaraq sulu daha sonra isə quru qidaların qəbulu düzgündür. Əks halda qəbizlik, şişkinlik, həzm problemləri yarana bilər. Əgər artıq ağırlıq və həzm problemi hiss edirsinizsə o zaman qatıq və meyvə-tərəvəz qəbulunu artırın. 

5. Acılı, duzlu, müxtəlif souslu, yağlı, qızartma və bu kimi yeməklərdən uzaq durmanız məsləhətlidir. Həmçinin bol şərbətli şirniyyatların da süfrədə yer alması uyğun deyil. Daha yüngül və xəfif qidalara üstünlük verin. 

6. Şirniyyat seçimində südlü və kəmşirin şirniyyatlara üstünlük verin. Bol şərbətli və yağlı şiyniyyatların qəbulu artıq çəkiyə səbəb olur. 

7. İftar və imsak arasında kofe və tünd qara çay kimi mayelər məsləhət görülmür. Maye olaraq bitki çayı, az şəkərli kompot, ayran və süd kimi məhsullar da bağırsaqların fəaliyyətinə müsbət təsir edir.

8. İftardan 1,5-2 saat sonra gəzməyiniz həzmə köməklik göstərəcək, zəifləyən metabolizmanızı sürətləndirəcək. Bu da çəkinizin artmasının qarşısını alacaq. Yatmazdan öncə qatıq yemək məsləhətdir. Bu, bədəndə suyun saxlanmasını tənzimləyir. Oruc tutanlar yuxu rejiminə də düzgün əməl etməlidirlər.

Hiç yorum yok:

Yorum Gönder

Pages