Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park” yaşayış massivində yaşayan Fizuli rayon sakini jurnalist Zamiq Quliyev'ə qarşı "JEK"-in qoçuları tərəfindən hücum olunub. Daha aydın desək jurnalist Zamiq Quliyev "JEK"-in müdiri Emil adlı şəxs tərəfindən hədələrə məruz qalıb, üstünə adam göndərilib döyülmək həddinə çatdırılıb. Zamiq Quliyev "JEK"-in müdiri Emil adlı şəxsin nöqsanını ictimailəşdirdiyi üçün bu gün bu hədələrə məruz qalıb.
Azərbaycan dövlət rəhbəri və dövlət qurumları bildirir ki, ölkəmizdə söz azadlığı var. Əgər bir dövlət vətəndaşlarının hüquqlarını qoruya bilmirsə, onda o dövlət nəyə lazımdır. Bu gün bir jurnalist təhqir və təzyiqlərə məruz qalırsa, onda bu söz azadlığı nə üçün vardır. Mətbuat Şurasının sədri Rəşad Məcidli sən hara baxırsan? Və digər aidiyyatı qurumlar siz nə işlə məşğulsunuz?
Məsələ ilə bağlı üzümüzü tuturuq aidiyyatı qurumlara. Sözügedən jek müdiri ciddi cəzalandırılmalı, qanun qarşısında cavab verməlidir.
Hiç yorum yok:
Yorum Gönder