Erməni “Telegram” kanallarında guya “Azərbaycan tərəfindən Ukraynaya hərbi təyinatlı məmulatların göndərilməsi”nə dair məlumatların yayılmasına cəhdlər olunur.
Bu barədə Müdafiə Sənayesi Nazirliyindən bildirilib.
Vurğulanıb ki, bu kimi məlumatlar tamamilə “fake” və dezinformasiya xarakteri daşıyır.
“Erməni “Telegram” kanallarında əvvəllər də belə yalan və həqiqətə söykənməyən xəbərlərin yayılmasına cəhdlər olub. Bu məlumatların heç bir əsası yoxdur və ciddi qəbul edilməməlidir.
Bir daha bildiririk ki, Azərbaycan tərəfindən qeyd olunan istiqamətdə hər hansı hərbi təyinatlı məmulatlar göndərilməmişdir”, - deyə nazirlikdən bildirilib.
Hiç yorum yok:
Yorum Gönder