NATO-nun Brüsseldəki mənzil-qərargahında İsveçin Şimali Atlantika Alyansına qoşulması şərəfinə ölkənin dövlət bayrağı qaldırılıb.
Mərasimdə NATO-nun baş katibi Yens Stoltenberq, İsveçin baş naziri Ulf Kristersson və vəliəhd şahzadəsi Viktoriyanın iştirakı ilə baş tutub.
“Bu, tarixi bir gündür, İsveçi NATO-da salamlayırıq. İsveçin NATO-ya üzvlüyü bizi daha güclü edir”, - deyə Stoltenberq vurğulayıb.
Mərasim NATO himninin səsləndirilməsi ilə başa çatıb.
Xatırladaq ki, İsveç rəsmi olaraq keçən həftə Şimali Atlantika Alyansına qoşulub.
Hiç yorum yok:
Yorum Gönder