İzaməddin Zeynal oğlu Bağırov Şahbuz rayonunun Nurs kəndində anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Kütləvi tamaşalar rejissoru" fakültəsində təhsil alıb (1984-1990). Tələbəlik illərində Gənclər Teatrında fəhlə, musiqi sexinin əməkdaşı işləyib. Arabir kütləvi səhnələrdə, epizodik rollarda çıxış edib. Kukla Teatrında rejissor kimi təcrübə keçib. 1991-ci ildən Sumqayıt Dövlət Musiqili Dram Teatrının aktyoru və rejissorudur. A.Kamyunun "Ağlasığmaz faciə", Ş.Qurbanovun "Milyonçunun dilənçi oğlu", C.Cabbarlının "Solğun çiçəklər", C.Məmmədovun "Kişi", Y.Həşimovun "Həkimlər nobata gedir", Ə.Qiyasın "Cəhənnəm ekspresi" tamaşalarına quruluş verib. Tərcümə ilə də məşğul olur, tərcümə etdiyi bir neçə pyes Akademik Milli Dram Teatrının, Sumqayıt və Dərbənd Dövlət Teatrlarında tamaşaya qoyulub. “Tərəqqi” medalı ilə təltif olunub (2003). Əməkdar artistdir (2008).
Filmoqrafiya:
Təxribat (1989, tammetrajlı bədii film) – aktyor (səfil)
Mənim ağ şəhərim (1993, tammetrajlı bədii film) – aktyor
Yük (1995, tammetrajlı bədii film) – aktyor (dərviş)
Cinayət və cəza (II) (2009, qısametrajlı sənədli televiziya filmi) – aktyor
Döngələr (2012, bədii serial) – aktyor
Həyat sən nə qəribəsən (2013-2016, bədii serial) – aktyor
Hiç yorum yok:
Yorum Gönder