2020 də müharibənin şiddətli vaxtı idi, Qubadlıda atəş altında idik, dayanmadan minamiyot və ağır mərmirlər yağırdı başımıza, dedim burdan çətin sağ çıxaq, bu anda rəhmətlik atama zəng elədim dedim nə olar, nə olmaz. Atam özü mənim müharibəyə getməyimi istəmişdi, hətda getməsən sən mənim oğlum deyilsən özünü də işlətmişdi. Zəng elədim, dedi o nə səslərdi yaxından gəlir? dedim yox e bizimkiləri atır, dedi yalan deyirsən mən o səsləri yaxşı bilirəm (atam özü hərbçi olub, müharibədə illəri keçib) atam ağladı, danışa bilmədi, dedim narahat olma hər şey yaxşıdı. Pis oldum( nəysə mən ölmədim. 2020 Qələbə günündə atama zəng elədim, Qələbə elan olundu deyə təbrik etdim, dedim ata 2021 də bu günü möhtəşəm qeyd edərik. 2021 oldu, həmin gün gəldi və mən həmin gün 8 noyabr qələbə günü atamı itirdim.
Bir tək rahatlıq onda tapıram ki, Atam doğma yurdunu Ağdamı gedib gördü, öz silahdaşları ilə Milli Qəhrəman Şirin Mirzəyev ilə yaratdığı hərbi hissədə oldu. Mən buna görə görə çox rahatam.
Hiç yorum yok:
Yorum Gönder