Martın 17-i Polkovnik Rövşən Cavadovun dünyasını dəyişdiyi gündür.




Laçın rayonunun yetirməsi, Polis polkovniki Rövşən Cavadov iradəli, zəhmətkeş, vətənpərvər bir insan idi. Təxminən 10 il olardı biz Rövşən bəylə mütəmadi görüşərdik-son vaxtlar isə cəbhə bölgələrində. Rövşən bəy həm də mənim 1991-ci ildən çalışdığım "Səhər" gündəlik informasiya qəzetinin oxucularından və Redaksiya kollektivinin dostlarından biri idi. 
O, 1993-cü ilin iyun ayında Dahi şəxsiyyət Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişini təşkil edən qrupun rəhbəri idi.Təəssüf ki, Azərbaycanı sevməyən, onu qan gölünə çevirməyə çalışan qüvvələr sabiq XTPD(OMON)-ilə hakimiyyət qüvvələri arasında qarşıdurma yaratdı. Nəticə etibarı ilə Dövlətimiz sarsıldı.
Mən, martın 14 yada 15-i zəng edərək Rövşən bəyə demişdim ki, silahları yerə qoyub təslim olsunlar.Əslində, o özü də bu fikrə razı idi...Ancaq xain qüvvələr  buna imkan vermədilər.
 Rövşən Cavadov kimi ər oğul bu gün bizə hava-su kimi lazım idi.
Ruhun şad olsun, əziz İnsan!

Hörmətlə, 
Şamil Sabiroğlu,
Bakı, 17.03.2024.

Hiç yorum yok:

Yorum Gönder

Pages