ISMAYILLI RAYON POLİS ŞÖBƏSİNİN AZƏRBAYCANIN DİN ORQANLARİNİN İŞİNƏ SALDİĞİ “QARALAMALAR”



Cənab Prezidentimiz İlham Əliyev çıxışlarının birində Polis orqanları qarşısında duran vəzifələrlə bağlı bildirmişdir ki-“ilk növbədə asayişi qorumaq polisin əsas funksiyasıdır. Insanlara polis əməkdaşları tərəfindən daim diqqət,qayğı göstərilməlidir,kobudluğa yol verilməməlidir.Belə faktlar aşkarlanarsa dərhal tədbir görülməlidir”.

Nədənsə Cənab Prezidentimizin bu çıxışı İsmayıllıRPŞ-i əməkdaşlarının işində öz əksini tapmır,əksinə Azərbaycan DİN- nin qüsursuz işinə sanki ləkə salır. Belə ki, ismayıllıda  tüğyan edən avtoxuliqanlarla bağlı vətəndaş Cəfərov Fizuli bir neçə dəfə aidiyatı qurumlara müraciət  etməsinə baxmayaraq bu işlə demək olar ki maraqlanan olmayıb. Ismayıllı rayonunda ard-arda oğurluqlar,cavanlar arasında yayılan narkomaniya,özbaşınalığı İsmayıllıRPŞ-i əməkdaşları niyə göz yumur çox düşündürücü və maraqlıdı. Hətta oğurluq edən barədə şübhəli şəxs qismində vətəndaş ərizə ilə şöbəyə müraciyətinə belə tam soyuqluqla yanaşılır və heç maraqlanan olmurda. Iş adamlarına qarşı isə san ki, represiya tətbiq olunur. Son zamanlar yollarda ölüm hallarının artması isə YPX əməkdaşlarının yollara öz biznesi kimi yanaşmalarının nəticəsi hesab oluna bilər. Hərhal ki, İsmayilli Rayonunda baş verən bu hərci-mərclik,özbaşınalıq və polis kobudluğunun bir stop nöqtəsi olacaq. Günü-gündən çiçəklənən doğma Azərbaycanımızın mirvarisi sayilan İsmayıllı Rayonuna qarşı bu cür polis özbaşınalığı DİN-nin işinə ləkə salmaqdan savayı bir şey deyildir. Ümid edirəm ki, tezliklə İsmayıllıRPŞ-nin işi araşdırılıb özbaşınalıqların qarşısı alınıb və polisin şəffaf və DİN-nin adına layiq bir iş ərsəyə gətiriləcəkdir. 


VAR OLSUN CƏNAB PREZİDENT İLHAM ƏLİYEV!

VAR OLSUN AZƏRBAYCAN POLİSİ

Hiç yorum yok:

Yorum Gönder

Pages