Avtomobillərin İçərişəhər ərazisinə girişinin qadağan olunması təklif edilir. Bildirilir ki, İçərişəhərin dar küçələrində avtomobillərin parklanması narahatlıq yaradır, mənzərəyə xələl gətirir.
Həmçinin tarixiliyi qorumaq və turistləri cəlb etmək məqsədilə İçərişəhərdə faytonlardan istifadə edilməsi də təklif olunur.
Təklifə münasibət bildirən Milli Məclisin deputatı Tahir Kərimli Pravda.az-a açıqlamasında deyib ki, İçərişəhər o qədər də böyük ərazi deyil:
“Orada yaşayan şəxslərin avtomobillərindən başqa, digər avtomobillərin də əraziyə gəlməsi məqsədəmüvafiq olmur. Düzdür, əvvəllər pulsuz idi, sonradan İçərişəhərə pullu giriş tətbiq etdilər. Amma görünür, bu da çətinlik törədir. Hansısa tikinti işi, yük daşınması ilə bağlı giriş varsa, əlbəttə, icazə alıb içəri girmək olar. Digər hallarda isə İçərişəhərdə faytonlardan istifadə daha gözəldir. Bu, İçərişəhərin qədimliyini bir daha ehtiva edər, gözəllik gətirər. Düşünürəm, turistlər də buna çox sevinərlər. Faytona əyləşib gəzərlər. Hətta faytonda gəzmək, İçərişəhərlə, Şirvanşahlar sarayı, Seyid Yəhya Bakuvinin türbəsi, şah ailələrinin məzarları ilə tanış olmaq üçün azyaşlı uşaqlar belə İçərişəhərə maraq göstərərlər. Çox yaxşı təklifdir, müsbət yanaşıram”.
Hiç yorum yok:
Yorum Gönder