Ramana qəsəbəsində camaat elliklə qəbristanlığa axışacaq. Belə günlərdə vəfat edənlər dirilərdən daha çox doğmaları, yaxınları, dost-tanışları olduğu insanlara daha çox yaxından təmaslara ehtiyac duyurlar. Ona görə qəbristanlığa bir gün əvvəl baş çəkmişdik ki, baş verə biləcək səs-küylə ətrafı narahat etməyək. Onu da deyək ki, bu qəbirlərin əksəriyyəti də Cənubi Azərbaycandan, Qərbi Azərbaycandan, hələ də blokada sərhədlərini təzə-təzə yarmaq istəyən Naxçıvandan gələnlərin simasından mühacir, məcburi köçkün və gəlmələr olduğundan taleləri bir-birinə daha yaxın və doğmadır. Buna görə də bu məzarıstanı sözün əsl mənasında həsrət, niskil, ata-baba yurdundan uzaq düşənlərin son mənzili də adlandırmaq mümkündür.
Çox təəssüf ki, səfərimizin təsadüf etdiyi martın 13-ü ovqat açan sözlərdən yox, qınaq, gileylər, şikayət üzərində qurulan mətndən ibarətdir. Hələ qurumamış sətirlərin sonluğu belə bitir: “Bağışla, Hüseyn kişi biz sənin yadigarlarını qoruya bilmədik. Goreşənlər, vandallar keşiyində dayanmalı olduğumuz körə balaların-nəticələrin hətta məzarlarını belə qoruya bilmədik.”
Azərbaycan Demokrat Firqəsinin rəhbərliyi bu fakta lazımi qiymət vermək, goreşənləri qanunun dili ilə cəzalandırmaq, belə halların bir daha təkrarlanmasına yol verməmək üçün çəkiliş qurupunu da özü ilə götümüşdü. İstedadlı jurnalist, telekanalın rəhbəri İlham .... bizə çəkiliş üçün bütün dəstəyi verdi. O, öz işini peşəkarcasına yerinə yetirirdi. Suallar verir, müsahibələr alır. Sonda isə daha cəsarətli görünmək istəyən qəbir qazanı – elə məntiqi cəhətdən diz çökdürdü ki, günahı öz üzərindən atmaq üçün mənasız bəhanələrə əl atdı. Halbuki onun hər hansı bir qəbri qazması üçün əlində icazə kağızı üçün müvafiq dövlət sənədləri olmalı idi.
Çox ağlamalı, təəssüf doğurmalı bir günah olduğundan məlum olurdu ki, burada ölülərin taleyi ilə oynayan bir şəbəkə vardır ki, məsələyə mütləq hüquqi müstəvidən müdaxilə edilməlidir.
İndi isə qısa da olsa Mərənddə anadan olmuş, 1945-1946-cı illərdə “21 Azər” hərakatının tanınmış simalarından sayılan Hüseyn Rzaşüvarinin tərcümeyi-halına qısa da olsa nəzər salaq. Tanınmış inqilabçının, siyasi xadimin otaylı-butaylı Azərbaycanda göstərdiyi xidmətlərə diqqət yetirsək gərək kitab yazaq. Ömür yolu 20 Yanvarda başa çatıb, Azərbaycanın ikinci müstəqilliyinə ömrünü fəda edib.
Nizamiyə gəldikdə isə 1956-cı ildə Sərabda anadan olan bu gənci 4 il sonra gəmi ilə qaçırıb. Azərbaycana gətiriblər. Bu qaçaq səfərində yaşıdları olan qaçqınlarla tanış olub. Əgər onlar vaxtında ölkəni tərk etməsəydilər indi şah rejiminin əlaltıları kimi yetişəcəkdilər.
Atası məcburiyyət qarşısında qalıb körpə Nizamini böyütmək üçün ikinci dəfə evləndi. Bu qadın ona həyatının sonuna qədər ikinci ananı əvəz etdi. İndi isə qəbri Hüseyn kişi ilə birgə əbədi ünvandadır.
Valideynləri Nizamini əsl vətənpərvər kimi böyütdülər. Əvvəl Yevlaxda sonra Ramana qəsəbəsində, Bakıda Seyid Cəfər Pişəvərinin adını daşıyan internatda və nəhayət İvanovoda beynəlxalq internat məktəbində təhsil aldı. Peşəkar hərbçi oldu. Əfqan müharibəsində döyüşdü, rus qoşunları 20 Yanvarda xalqımıza qarşı qətliam törədəndə mübarizlər sırasında dayandı. İndi 20 Yanvar Cəmiyyətində Nəzarət-Təftiş Komissyasının sədridir.
Nizami milli ordunun fəallarından olub, bacısı da şəhid olanadək tibb işçisi kimi döyüşçülərə xidmət göstərib...
N.Rzaşüvari mehriban övladlar boya-başa çatdırıb. Hər ikisi əlbəyaxa döyüş üzrə tanınmış idmançıdır. Amma qəsəbədə səsləri çıxan gördüm deyən yoxdur...
Kənardan dayanıb müsahibələrə qulaq asdıq. Məsələ mütləq hüquqi müstəvidə həllini tapmalıdır. Əgər bu baş verməsə haqq-ədalət yerini tapmayacaq.
Nə olar, mütləq gözləyək.
Hiç yorum yok:
Yorum Gönder