Gənc Tamaşaçılar Teatrının aktyoru Elşən Atababa oğlu Hacıbabayevin ad günüdür.




 1980-ci il martın 29-da Bakı şəhərində doğulub. 2002-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin «Dram və kino aktyorluğu» fakültəsini bitirib. 1999-cu ildən Azərbaycan Dövlət Gənclər teatrında aktyor vəzifəsində çalışıb. 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktyorudur. 

Əsas rolları:

1. Keşiş - («Hamlet», V.Şekspir)
2. Həkim - («Maqbet», V.Şekspir)
3. Hacı Kazım ağa - («Ölülər»,C.Məmmədquluzadə)
4. Notarius - («Mamay kişinin yuxuları », V.Səmədoğlu)
5. Cocuk - («İnək», N.Hikmət)
6. Qaçaqmalçı, Alfonso - («Karmen», P.Merime)
7. Eldar - («Qum üzərində ev», M.Rüstəmbəyov)
8. Oğlan - («Fanatlar», E.Hüseynbəyli)
9. Musiqiçi- («Tabut», F.Mustafa)
10. Reket - («Şübhəli əhvalat», Qabil)
11. Həkim – («Atamın kitabı», B .Vahabzadə)
12. Arif – («İblis», H.Cavid)
13.Qardaşxan – («Əbləhlərin toyu», R.Əlizadə)
14. Aktyor – («Mürafiə vəkilləri», M.F.Axundov)
15. Arif – («Qarışqa yuvası», Ə.Qiyas)
16. Uğurlu – («Sara Xatun», N.Saraclı)
17. Polis – («Gecə soyğunçuları», M.Mitroviç)
18. Qənimət – («Məhv olmuş gündəliklər», İ.Əfəndiyev)
19. Cəllad – («Tədbirə qarşı tədbir», V.Şekspir)
20. Sərcun – («Kərbəlada doğan günəş», O.Altunbay)
21. Ninkoviç – («Nazirin xanımı», B.Nuşiç)
22. İvan Sidrov, III borc verən, şatala («Tarelkinin ölümü», A.S.Kabilin)
23. Nəzarətçi – («Nerostatı unudun», Q.Qorin)
24. Mirzə Cavad – («Aydın», C.Cabbarlı)
25. Gürcüü – («Şeyx Sənan», H.Cavid)
26. Cəllad – («Ələddinin sehrli çırağı», Ərəb xalq nağılı)
27. Qonaq – («Viktoriya», K.Hamsun)
28. Kral – («Şelkunçik», E.T.A.Hofman)
29. Britlz – («Oliver Tvistin macəraları» Ç.Dikkens)
30. Hətəm, Marlen – («Əcəl atı» V.Əlixanlı)
31. Marlen – («Mən səni sevirəm –MSS» Ə.Əmirli)
32. Hersoq – («Romeo və Cülyetta» U.Şekspir)
33. Kələntər – («Buzovna kəndinin əhvalatları» Elçin)
34. Kərəməli – («Hacı Qara» M.F.Axundzadə)
35. Ağ div – («Şahzadə Xəzərin nağılı» K.Ağabalayev. N.Kazımov)
36. Hüseynqulu bəy – («Qaraca qız» S.S.Axundov, A.Şaiq)
37. Bazilio – («Buratinonun macəraları» A.Tolstoy)
38. Padşah – («Danışan gəlincik» A.Şaiq) 
39. Frans Fox – (“Hekayəti Xırs quldurbasan” M.F.Axundzadə)
40. Küçə musiqiçisi – (“III Riçard”, U.Şekspir)
41. Hind toyuğu, kişi - (“Çirkin ördək balası” H.X.Andersen)
42. Forlipopoli – markiz - (“Mehmanxana sahibəsi” K.Qoldoni)
43. Müəllim, 3-cü mələk, 3-cü dost - (“Xortdanın cəhənnəm məktubları” Ə.Haqverdiyev) və.s

Çəkildiyi bədii filmlər: 

1. Bələdçi – “Moskva – Bakı qatarı”
2. Qonşu – “İnterpapa”
3. Leytenant Səməd – “Mən evə qayıdıram” 

Teleseriallar: 

1. Qonaq – “Qaynana”
2. Elşən ofisiant – “3 bacı”
3. “Həyat varsa”
4. “Çaqqal nəfəsi”və.s

Hiç yorum yok:

Yorum Gönder

Pages