Fikrət Balağa oğlu Əliyev Bakıda anadan olub. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsində (1962-1966, Adil İsgəndərovun kursu), Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Ali ssenari və rejissorluq kurslarında (1971-1972) təhsil alıb. 1972-ci ildən “Azərbaycanfilm” kinostudiyasında işləyib. “Mozalan” satirik kinojurnalında 20-yə yaxın süjetin müəllifidir. Lider Televiziyasının dublyaj redaksiyasında çalışıb (2003-2008). Əməkdar incəsənət xadimi (2005) Fikrət Əliyev 2016-cı ildə vəfat edib, Əmircan qəbiristanlığında dəfn olunub.
Filmoqrafiya:
İnsan məskən salır (1967, tammetrajlı bədii film) – rejissor assistenti, aktyor (həkim)
Torpaq. Dəniz. Od. Səma. (1967, tammetrajlı bədii film) – aktyor (Murad)
Uşaqlığın son gecəsi (1968, tammetrajlı bədii film) – ikinci rejissor
Dəli Kür (1969, tammetrajlı bədii film) – aktyor (Şamxal)
Gün keçdi (1971, tammetrajlı bədii film) – ikinci rejissor
Ömrün səhifələri (II) – Baladadaşın ilk məhəbbəti (1974, tammetrajlı bədii film, kinoalmanax) – rejissor
Ürək... Ürək... (1976, tammetrajlı bədii film) – ikinci rejissor
Arvadım mənim, uşaqlarım mənim (1978, tammetrajlı bədii film, kino-almanax) – ikinci rejissor
Qızıl uçurum (1980, tammetrajlı bədii film) – rejissor
Azərbaycanda qoyunçuluq (1982, qısametrajlı sənədli film) – rejissor
Qoca palıdın nağılı (1984, tammetrajlı bədii film) – rejissor
İşarəni dənizdən gözləyin (1986, tammetrajlı bədii film) – aktyor
Yuxu (2001, tammetrajlı bədii film) – rejissor, ssenari müəllifi, prodüser
Ölüm növbəsi (2009, tammetrajlı bədii film) – rejissor, ssenari müəllifi
Axırıncı dayanacaq (2014, tammetrajlı bədii film) – rejissor, ssenari müəllifi, aktyor (Arif)
Hiç yorum yok:
Yorum Gönder