Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov bir qrup vətəndaş cəmiyyəti institutlarının təşəbbüsü ilə miqrasiya sahəsində həyata keçirilən dövlət siyasətinə dəstək göstərilməsi məqsədilə təsis olunmuş Miqrasiya Əməkdaşlıq Platformasının üzvləri ilə görüşüb.
Vüsal Hüseynov vətəndaş cəmiyyəti institutları ilə dialoqun inkişafına xüsusi önəm verildiyini, miqrasiya sahəsində innovativ metodların tətbiqinin daim gündəmdə saxlanıldığını bildirib. Xidmət rəisi Miqrasiya Əməkdaşlıq Platformasının ölkəmizdə yaşayan əcnəbilərlin və vətəndaşlığı olmayan şəxslərin miqrasiya qanunvericiliyi ilə bağlı məlumatlandırılmasına və maariflənməsinə, cəmiyyətə inteqrasiyasına, eyni zamanda miqrasiya ilə bağlı məsələlərin həllində ümumcəmiyyət yanaşmasının tətbiqinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Miqrasiya Əməkdaşlıq Platformasının yaradılması zərurəti barədə danışan “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri Azər Allahverənov bildirib ki, miqrasiya sahəsində fəaliyyət göstərən bir qrup vətəndaş cəmiyyəti institutunun təşəbbüsü ilə 2023-cü ilin 18 oktyabr tarixində təsis edilən Platformanın məqsədi miqrasiya sahəsində həyata keçirilən dövlət siyasətinə dəstək göstərməkdir. Bunun üçün Platforma miqrasiya fenomeninin müxtəlif istiqamətlərində büruzə verən aktual məsələləri mövcud reallığa uyğun dəyərləndirir, onların mahiyyəti barədə geniş ictimaiyyət arasında təsəvvürlər formalaşdırır və həllinə səbəb olacaq təkliflər hazırlayaraq aidiyyəti üzrə təqdim edir.
Görüşdə vurğulanıb ki, koalisiya şəklində fəaliyyət göstərən, şəffaflıq, tərəfdaşlıq, qarşılıqlı hörmət və etimad prinsiplərini əldə rəhbər tutan Platformanın əsas fəaliyyəti onu təsis edən vətəndaş cəmiyyəti institutlarından ibarət Əlaqələndirmə Mərkəzi və onun tərkibində formalaşmış tematik işçi qruplar vasitəsilə həyata keçirilir.
Qarşılıqlı və faydalı müzakirə şəraitində keçən görüşdə miqrasiya siyasətinin həyata keçirilməsində birgə səylərin göstərilməsi, xüsusilə də yerli və beynəlxalq müstəvidə təşəbbüslərin irəli sürülməsi və yaxın gələcəkdə inkişaf etdiriləcək əməkdaşlığın siyasi çərçivələri və institusional əsasları ətrafında fikir mübadiləsi aparılıb.
Sonda Miqrasiya Əməkdaşlıq Platformasının təmsilçiləri səmimi görüşün keçirilməsinə şərait yaratdığı üçün Xidmət rəisi Vüsal Hüseynova dərin təşəkkürlərini bildiriblər.
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması
Miqrasiya Əməkdaşlıq Platforması
Azərbaycan 2030: QHT Koalisiyası
Hiç yorum yok:
Yorum Gönder