Daxili İşlər Nazirliyi (DİN) kütləvi olaraq üzərinə kart məlumatı yazılan papaq fotosunun paylaşılması ilə bağlı vətəndaşlara müraciət edib.
Bu barədə DİN-nin Mətbuat Xidməti İdarəsinin rəis müavini Zeyni Hüseynov bildirib.
“Novruz bayramında vətəndaşlarımız tərəfindən kütləvi olaraq üzərinə kart məlumatı yazılan papaq fotosu paylaşılır, adətimiz olan “papaqatdı” virtual məkana daşınır. Əziz vətəndaşlar, kiberdələduzlara yeni meydan açmamaq üçün xahiş olunur kart məlumatlarınızı məxfi saxlayın”, - deyə DİN-dən bildirilib.
Hiç yorum yok:
Yorum Gönder