Bakıda Yel çərşənbəsi qeyd olunur - FOTOREPORTAJ



Paytaxt ərazisində ilaxır çərşənbələrdən üçüncüsü olan Yel çərşənbəsi qeyd olunur.

Yel çərşənbəsi günündə əsən isti küləklər yazın gəlişindən xəbər verir və Novruz bayramı ərəfəsində keçirilən üçüncü çərşənbədir.

Bu çərşənbə xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə”, “Yelli çərşənbə”, “Külək çərşənbəsi” kimi də tanınır.

Yel çərşənbəsi günü evlərdə yenə də bütün çərşənbələrdə olduğu kimi qazanlar qaynamalıdır. Hamı evində olmalı və birlikdə süfrə başına yığışmalıdır.

Stolun üzərində şirniyyatların olması bütün ilin şirin keçməsinin əsas göstəricisi hesab olunur.

PhotoStock.az-ın Yel çərşənbəsi ilə bağlı Bakı şəhəri, Nəsimi rayonunda ”Kubinka” kimi tanınan ərazidən lentə aldığı görüntüləri təqdim edirik:


Hiç yorum yok:

Yorum Gönder

Pages