Lütviyyə Şamil qızı Səfərova1941-ci ildə anadan olmuşdur.
Lütviyyə Şamil qızı Səfərova A.Zeynallı adına Bakı Musiqi Məktəbinin vokal şöbəsini bitirdikdən sonra Musiqili Komediya Teatrında işləməyə dəvət olunmuşdur. Elə ilk günlərdən özünü zəhmətkeş, istedadlı aktrisa kimi göstərmiş, əsas rolların ifaçısı olmuşdur. Fikrət Əmirovun «Gözün aydın» komediyasında Leyli, Vasif Adıgözəlovun «Nənəmin şahlıq quşu» əsərində Nazlı, Emin Sabitoğlunun «Hicran» komediyasında Çarleston, Şəfiqə Axundovanın «Ev bizim, sirr bizim» əsərində Çiçək və onlarla başqa surətlər L.Səfərovanı tamaşaçılara sevdirmişdir.
L.Səfərova 1989-cu ildən Bakı Bələdiyyə «Tənqid-Təbliğ» Teatrında işləyib. Lütviyyə xanım burada məhsuldar fəaliyyətini daha da artırır. 1996-cı ildə yenidən Azərbaycan Dövlət Musiqili Komediya Teatrına qayıdan L.Səfərova burada bir-birindən məzmunlu, zəngin obrazlar yaradır. O,Emin Sabitoğlu,Rüfət Əhmədzadənin «92 dəqiqə gülüş»də Qəmziyyə, Emin Sabitoğlu, Rüfət Əhmədzadənin «Hələlik»də Lalə, Emin Sabitoğlu,Cahangir Məmmədovun «On min dollarlıq keyf»də tərcüməçi qadın,Üzeyir Hacıbəylinin «O olmasın, bu olsun»da Sənəm, Oqtay Kazımov,Firuz Məmmədovun «Dəli dünya»da ana, Emin Sabitoğlu,Xalidə Hasilovanın «Nəğməli Könül»də Qəmər xanım, Emin Sabitoğlu,Tamara Vəliyevanın «Bankir adaxlı»da Ceyran, Rauf Hacıyevin ”Talelər qovuşanda (Qonşular)”da Nazpəri,Cavanşir Quliyev,Qeybulla Rəsulovun “Məhəbbət oyunu”da Gülcahan, Ramiz Mustafayev,Abdulla Qüdrət,Cahangir Məmmədovun”Volqalı canan”da Şəlalə,sonuncu rolu Ramiz Mirişli ,Marat Haqverdiyevin “Qısqanc ürəklər”də Natella (2006)və s. kimi obrazların öhdəsindən böyük məharət və yüksək professionallıqla gəlmişdir. O bir çox televiziya tamaşalarında və filmlərdə də əsas rollarda çıxış etmişdir.
Filmoqrafiya
Aktrisanın təbəssümü (film, 1974)
Ssenari müəllifi : Rauf Kazımovski
Quruluşçu rejissor : Rauf Kazımovsk
Lütviyyə Səfərova-Naza
Sonuncu məhəbbət (film, 1985)
Əsərin Müüəllifi : Rüfət Əhmədzadə
Quruluşçu rejissor : Ələkbər Kazımovski
Lütviyyə Səfərova-Nazlı
2003-cü ildə Prezident mükafatçısı olub
Aktrisa 2010-cu il mart ayının 1-də vəfat etmişdir. SƏFƏROVANIN ANIM GÜNÜDÜR.
ALLAH RƏHMƏT ELƏSİN
Lütviyyə Şamil qızı Səfərova 11 mart 1941-ci ildə anadan olmuşdur.

Aktrisa 2010-cu il mart ayının 1-də vəfat etmişdir.
Hiç yorum yok:
Yorum Gönder