Ağdamda “İmarət”in qarşısında Milli Qəhrəman Allahverdi Bağırovun heykəli ucaldılacaq - VİDEO



Ağdam şəhərinin komandası, indiki “Qarabağ” klubunun qəhrəmanı, Xocalıda yüzlərlə insanı xilas edən Milli Qəhrəman Allahverdi Bağırovun abidəsinin Ağdamda əbədiləşdirilməsi təklif olunub.

Bu barədə İTV-nin süjetində bildirilib.

Qeyd olunub ki, 1951-ci ildə Ağdamda ilk futbol stadionu tikilib. Elə həmin illərdə indiki “Qarabağ”, ovaxtkı Ağdam şəhərinin komandası adlı futbol klubu formalaşıb. Müxtəlif illərdə müxtəlif adlarda fəaliyyət göstərən komandadan məşhur futbolçular adını tarixə yazdırıblar. Onlardan biri də Milli Qəhrəman Allahverdi Bağırovdur. 1970-80-ci illərdə o, komandanın kapitanı, daha sonra məşqçisi olub.

A.Bağırov 1992-ci ildə 46 yaşında Xocalının Naxçıvanik kəndindən qayıdan zaman minaya düşərək şəhid olub. Allahverdisiz qalan Ağdam bir il sonra, 1993-cü ildə işğal olunaraq, həm stadionsuz, həm də futbolsuz qalıb.

Ətraflı süjetdə:

Hiç yorum yok:

Yorum Gönder

Pages