Hər il martın 5-i Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur.
Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev.
Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən, hər il bu gün Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd edilir. Ölkəmizdə idmanın inkişafı ildən-ilə daha geniş vüsət alır. Hazırda Azərbaycan dünyada güclü idman ölkəsi kimi tanınır.
Azərbaycanda Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd olunması təsadüfi deyil. 1995-ci il martın 5-də Ümummilli Lider Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib. Bununla da ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməli qoyulub. 2006-cı ildə Prezident İlham Əliyevin Fərmanı ilə Gənclər və İdman Nazirliyi yenidən təşkil edilib.
Uğurlu idman siyasətinin davamı...
1997-ci ildən Milli Olimpiya Komitəsinə rəhbərlik edən Prezident İlham Əliyevin ardıcıl səyləri, uğurlu idman siyasəti nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkəsinə çevrilib. Ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət ildən-ilə daha da artır. Dövlətimizin başçısının idmanı sevməsi, idmançılara xüsusi həssaslıqla yanaşması, onların peşəkarlıqlarının artırılmasına göstərdiyi davamlı qayğı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, Olimpiya İdman komplekslərinin və idman bazalarının yaradılması haqqında qərarları buna əyani sübutdur. Bu qərarlar müsbət nəticələr verir, Olimpiya və dünya çempionatlarında qazanılan medalların, nailiyyətlərin sayı ildən-ilə artır. İdmançılarımız 2008-ci ilin avqustunda Pekində keçirilən Olimpiya Oyunlarında uğurla çıxış edərək 7 medal qazanıb və Azərbaycan dünyanın iki yüzdən çox ölkəsi arasında 38-ci yeri tutub. Prezident İlham Əliyevin Sərəncamı ilə “İdman İli” elan edilən 2012-ci il də Azərbaycan idmançıları üçün uğurlu il olub. Komandamız Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarında daha yaxşı nəticə göstərib. London Olimpiadasında idmanın 16 növü üzrə 53 idmançı ilə təmsil olunan Azərbaycan iki qızıl, iki gümüş və altı bürünc medal qazanmaqla bundan əvvəlki olimpiadalardakı rekordunu yeniləyib.
2016-cı ildə Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında isə Azərbaycan milli komandası medal sayına görə 14-cü yerdə qərarlaşdı. İdmançılarımız milli komandamızın aktivinə 18 medal yazdırıblar. “Tokio-2020” Yay Olimpiya Oyunlarına 44 idmançı ilə qatılan Azərbaycan komandası dördilliyin zirvə yarışını 3 gümüş və 4 bürünc medalla başa vurub. “Tokio-2020” Yay Paralimpiya Oyunlarında isə təmsilçilərimiz rekorda imza ataraq ilk onluqda yer aldılar. Azərbaycan millisi yarışlarda 14 qızıl, 1 gümüş və 4 bürünc olmaqla, ümumilikdə 19 medal qazanıb. Bu, Azərbaycanın həm Paralimpiya, həm də idman tarixində görünməmiş hadisə idi.
İndi nəinki Bakıda, ölkəmizin bütün bölgələrində müasir Olimpiya İdman kompleksləri tikilib, idman mərkəzləri uğurla fəaliyyət göstərir.
Bakı - mötəbər idman yarışlarının mərkəzi
İdman sahəsində əsl yüksəliş dövrünü yaşayan Azərbaycanda mükəmməl idman infrastrukturu yaradılıb. Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Bakı Su İdmanı Sarayı və digər möhtəşəm idman obyektləri bunun göstəricisidir. Bütün bunlar ölkəmizi beynəlxalq yarışların, dünya çempionatlarının keçirilməsi üçün əlverişli məkana çevirib. Təsadüfi deyil ki, belə möhtəşəm idman qurğuları 2012-ci ildə futbol üzrə 17 yaşlı qızlar arasında dünya çempionatının, 2015-ci ildə birinci Avropa Oyunlarının, 2016-cı ildə futbol üzrə 17 yaşadək oğlanlar arasında Avropa çempionatının, 42-ci Ümumdünya Şahmat Olimpiadasının, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının və qadınlar arasında voleybol üzrə Avropa çempionatının, 2020-ci ildə bədii gimnastika üzrə dünya çempionatına, habelə Formula 1 Azərbaycan Qran-prilərinin yüksək səviyyədə təşkil olunmasına imkan verdi.
Azərbaycanın idmanının tarixində ən mühüm hadisələrdən biri də 2021-ci il futbol üzrə Avropa çempionatının final mərhələsinin qrup görüşlərinin üç, dörddəbir finalın isə bir oyununun Bakıda keçirilməsi olub. Bakı bu mötəbər idman yarışına ev sahibliyi edən 12 Avropa şəhərindən biri kimi tarixə düşdü. Bu idman yarışı ölkəmizdə yüksək səviyyədə təşkil edildi.
2023-ci Azərbaycanda İdmanda böyük uğurlar və yeniliklərlə yada qaldı.2023-cü ildə ölkəmizdə keçirlən geniş miqyaslı tədbirlər, bir çox idman növləri üzrə dünya və Avropa çempionatları,dünya kuboku və Qran-Piri yarışları yüksək şəkildə təşkil olundu.İdmana dövlət səviyyəsində göstərlən diqqət və qayğının nəticəsində hər olduğu kimi bu ildə, bütün dünya Azərbaycanı idman ölkəsi mini tanıyır.
İdman yarışların kecirilməsinndə böyük təçürbəyə malik olan Azərbaycan 2023-cü ildə keçirlən gimnastikanın dörd növü üzrə dünya kuboku,formul 1 üzrə Azərbaycan Qran-Prisi,yeniyetmələr arasında Avropa çempionatı, şahmat arasında böyüklər arasında Dünya kuboku, həndibol üzrə 17 yaşlı qızlar arasında Avropa çemianatı, atıçlıq üzrə Dünya çempionatı, İBSA çido Qran-Prisi, Cövkən üzrə dünya çemionatı,MMA üzrə ladmark 7 bey Riziri,hərbicilər arasında güləş üzrə 36-cı Dünya çempianatı kimi nufuzlu yarışlar ölkəmizin qusursuz təşkilatçılıq bacarığını bütün dünyaya nümayiş etdirdi. Beynalxalq yarışlarda qazanılan qələbələr və medallar isə bir daha Azərbaycanı idman ölkəsi oldiğunu təsdiqlədi.2023 cü ilin dekabr ayının 21- də Azərbaycan kubokunun 1/8 final mərhələsi Qarabağ ilk dəfə Moiklə oynu Xankəndi şəhər stadonunda keçirildi.Azərbaycan Respubilkasının Prezidenti və birinci xanım Mehriban Əliyeva Xankəndi şəhərində ilk dəfə olaraq Azərbaycan kubokunun 1/8 final mərhələsini izləyənlər arasında olmuş və Xankəndi şəhər stadionunda oyuncular və futbolu izləyənlər qarşısında cıxış etmişdir.
2023-cü ildə “Qarabağ” futbol klubu ilk dəfə olaraq UEFA Avropa luqasının Plef-off mərhələsinə vəsiqə qazandı. 2024 -cü ilin fevral ayında Portuqaliyanın “Braqa” klubuna qalib kəldi.
Bu gün idmançılarımız beynəlxalq tədbirlərdə müzəffər xalq olmağımızın həqiqətini bir daha təsdiqləyirlər
2024-cü ildə də ölkəmiz 51 beynəlxalq yarışlara ev sahibliyi etməyə davam edəcək. Bunlardan biri Cudo üzrə böyük dəbilqə,Betut və tamlınıq üzrə dünya kuboku, idman gimnastikası üzrə dünya kuboku,bədii gimnastika üzrə avropa kuboku,güləş üzrə avropa təsnifat turniri,bədi gimbastika üzrə dünya kubokları,formula 1 üzrə Azərbaycan Qran-prisi, Teamçym üzrə ilk dəfə avropa cempionatı və digər yarışlar Bakıda keçiriləcək.
Daim Azərbaycan bayrağını qürurla dalğalandırmaq üçün bütün yarışlarda yüksək əzmkarlıqla mübarizə aparan idmançılarımız Vətən müharibəsində də eyni amal – üçrəngli bayrağımızın əzəli torpaqlarımızda ucaldılması üçün cəbhəyə yolandılar. Vətən müharibəsində idman sahəsi üzrə 500 nəfər İkinci Qarabağ müharibəsində iştirak etdi. Onlardan 54 nəfəri şəhidlik zirvəsinə yüksəlib. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərə 390 nəfər könüllü kimi qatılıb. Hərbi xidmətə çağırılanlar 33, hərbçi kimi iştirak edənlər isə 23 nəfər olub. Müharibə iştirakçılarından 67 nəfər yaralanıb. Bütün bunlar Azərbaycan idmançılarının doğma Vətəni canları qədər sevdiklərini, onların nümunəvi vətəndaş olduqlarını bir daha sübut edir.
2023 -cü illin dekabr ayında Azərbaycan kubokunun 1/8 final mərhələsinin Xankəndi şəhər stadionunda keçirilməsi günü futbol oyununda çıxış edən Prezident, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev İkinci Qarabağ müharibəsində iştirak edənlərin əksəriyyətinin gənclər olduğunu bir daha vurğulayaraq deyib: “Biz gələcək nəsli də vətənpərvərlik ruhunda tərbiyə edəcəyik, necə ki, bunu həmişə etmişik və elə gözəl gənc nəsil yetişdirmişik ki, həm idman arenalarında ölkəmizin bayrağını qaldırır, həm də döyüş meydanında. İkinci Qarabağ müharibəsində iştirak edənlərin mütləq əksəriyyəti gənclər idi - bizim siyasətimiz əsasında yetişən, həm cəmiyyətdə, həm də ailələrdə gözəl tərbiyə alan gənclər idi. Bu amil əlbəttə ki, bütün sahələrdə özünü göstərir. Yəni, artıq iki ildən çoxdur ki, xalqımız müzəffər xalq kimi yaşayır və bu qürurverici amil bizimlə bundan sonra əbədi olacaq”.
Hiç yorum yok:
Yorum Gönder