Cəmiyyətin piylənmə probleminə diqqətini cəlb etmək məqsədilə 4 mart tarixi Ümumdünya Piylənmə ilə Mübarizə Günü kimi qeyd olunur.
Aztibb.az xəbər verir ki, piylənmə sağlam həyat tərzinin pozulması nəticəsində sonrakı dövrlərdə bir sıra fəsadlara və digər ciddi xəstəliklərə aparıb çıxaran səbəblərdən biridir. Hətta ürək-damar sistemi və onkoloji xəstəlikləri çox vaxt onunla əlaqələndirirlər. Piylənmənin əsas səbəbi düzgün olmayan həyat tərzi, azhərəkətlilik, daimi stress vəziyyətində qeyri-düzgün qidalanmadır.
İlk dəfə 2010-cu ilin may ayında Avropada Piylənmə ilə Mübarizə Günü qeyd edilib, daha sonralar isə həmin gün qloballaşaraq Dünyada Piylənmə ilə Mübarizə Günü kimi keçirilib.
Bu günün qeyd olunmasında məqsəd xüsusilə hazırda – COVID-19 pandemiyası dövründə artıq çəki və piylənmə ilə mübarizə aparmaq üçün əhali arasında maarifləndirmə işlərini artırmaq, onun əsas səbəbləri, müalicəsi ilə bağlı bilikləri inkişaf etdirməkdir.
Hiç yorum yok:
Yorum Gönder