14 mart Beynəlxalq Çaylar Günüdür

14 mart Beynəlxalq Çaylar Günüdür

Bakı, 14 mart, AZƏRTAC

Martın 14-də bir çox ölkələrdə əvvəllər Beynəlxalq Bəndlər əleyhinə, Çaylar, Su və Həyat uğrunda Mübarizə Günü adlandırılan Beynəlxalq Çaylar Günü qeyd edilir. Bu gün dünyada Bəndlər əleyhinə Beynəlxalq Fəaliyyət Günü kimi də tanınır.

Bəndlər əleyhinə dünya hərəkatının əvvəlində - 1998-ci ilin bu günündə dünyanın 20-dən çox ölkəsində, o cümlədən Braziliya, Hindistan, Tailand, Avstraliya, Rusiya, Yaponiya və ABŞ-da 50-dən çox etiraz aksiyası keçirilib. Birinci il nümayişlərdə, etiraz məktublarının göndərilməsi, çayların təmizlənməsi üzrə kampaniyalarda 10 mindən çox biganə olmayan adam iştirak edib. Sonrakı ildə iştirakçıların sayı artıq 100 mini keçib.

Dünyanın 177 ən iri çayının (uzunluğu bir min kilometrdən çox olan) yalnız üçdəbir hissəsinin başlıca məcrasında bəndlər və digər qurğular yoxdur. İyirmi bir böyük çay mənbəyindən mənsəbinədək azaddır. Konqo, Amazonka və Lena kimi böyük çayların 43 böyük qolu tənzimlənməmiş qalır. Çaylarda bəndlərin tikintisi bütün planetin təbiətini təhdid edən təhlükəli meyildir. İri bəndlərin uçmasının nə kimi nəticələrə, o cümlədən mümkün fəlakətlərə və dağıntılara gətirib çıxaracağını unutmamaq lazımdır. Tənzimlənməmiş çayların çoxu Asiya, Cənubi və Şimali Amerikada yerləşir. Avstraliya və Okeaniyada üç belə çay var. Uraldan qərbdə yerləşən ərazi də daxil olmaqla, Avropada yalnız bir böyük çay – Rusiya ərazisində yerləşən Peçora çayı mənbəyindən dənizə qədər azad axır.

Ümumdünya Su Forumunun proqnozlarına görə, dünyanın hər dörd ən iri çayından biri yaxın 15 ildə tənzimlənəcək. Amma bəndlər əleyhinə hərəkatın fəalları müxtəlif ölkələrdə bəndlərin sökülməsinə nail olmaq üçün mübarizələrini davam etdirirlər.

Hiç yorum yok:

Yorum Gönder

Pages