1Aprel gülüş bayramı olaraq artıq tarixin yaddaşına həkk olunub. Məhz o gün insanlar arasında əhval-ruhiyyə xarakteri daşıyan zarafatlar, gülüş doğuran lətifələr, bir sözlə, yüksək əhval-ruhiyyə hər kəsə sirayət edir.
Xatırladaq ki, hazırda dünya əhalisinin 70 faizi, xüsusilə Avropada və bir sıra Asiya ölkələrində yaşayanlar 1 apreli gününü gülüş günü olaraq qeyd edir ki, nəticədə də o gün hamının əhalı yüksək olur. Ancaq söhbət dünya əhaalisnin 70 faizindən gedir, dünyanın 30 faiz insanları üçün o gün heç bir şey ifadə etmir. Məsələn, Böyük Britaniyada 1 apreli “Səfehlər günü”, Fransada isə “Aprel balığı günü” adlandırırlar.
Qeyd edək ki, zarafat günü olan 1 apreldə bir çox hadisələr baş verib ki, onların hər biri də artıq tarixin yaddaşına həkk olunub.
Məsələn, 1 aprel Xristiyan ölkələrində günü İsanın dirilməsi günü kimi və yaxud şagirdləri tərəfindən çarmıxdan qaçırılması günü olaraq qeyd olunur.
Bundan başqa, 1 aprel 1778-ci ildə amerikalı biznesmen Oliver Pollok $ (dollar) işarəsini düşünüb tapmışdır. Bir çox mühazirələrinə əsasən, 1778-ci il 1 aprel tarixində Nyu-Orleandan (Luiziana Ştatı. ABŞ) olan bir plantasiya sahibi və taciri ilk dəfə öz mühasibat kitabında bu işarədən istifadə edib.
1 aprel 1875-ci ildə ingilis qəzeti “Tayms” dünyada ilk dəfə həftəlik hava proqnozu çap etməyə başlayıb.
1 aprel 1979-cu uldə İran İslam Respublıkası yaranıb.
1 aprel 2004-cü ildə “Gmail” və “Google” poçtları açılıb.
1 apreldə doğulan məhşurlar-Nikolay Vasilyeviç Qoqol(rus yazarı),Otto fon Bismark(alman dövlət xadimi), Edmon Roston(fransız şair və dramaturqu )Serqey Vasilyeviç Raxmaninov(rus bəstəkarı) və b.
1 apreldə dünyasını dəyişənlər-Anton Semyonoviç Makarenko(rus pedaqoqu), Lev Nikolayeviç Landau(fizik,Nobel mükafatı laureatı,1908-ci ioldə Bakıda doğulub.Doğulduğu evin divarında barelyefi var-Səməd Vurqun küçəsi ilə Nizami küçəsinin kəsişdiyi binada), Aqniya Barto(rus uşaq yazarı) və b.
Göründüyü kimi 1 aprel sadəcə zarafat günü kimi yadda qalmayıb, eyni zamanda həmin gün dünyada baş verən bir çox hadisələrlə zəngindir.
Onu da qeyd edək ki, 1 aprelin əlamətləri də olmamış deyil. Məsələn, deyirlər ki, 1 apreldə hava şəraiti necədirsə, 1 oktyabrda da elə keçər. Bəhs etdiyimiz gün suyun axarı güclü olarsa yaşıllıq bol, sakit olarsa zəif olar.
1aprel evdə Halların bayramı-oyanan günü sayılır-ona görə insanlar bir-birini aldadır ki, Halları çaşdırsınlar. Deyilənlərə görə, 1 aprel günü qızlar nə qədər çox oğlan aldatsalar, o zaman oğlanlar tərəfindən heç bir zaman aldanmazlar.
Bir sözlə, zarafat günü kimi qeyd olunan 1 aprelin əlamətləri, yadda qalan hadisləri çoxdur.
Yeri gəlmişkən, 1 aprel sadəcə Gülüş günü olaraq qeyd olunmur, eyni zamanda ,Beynəlxalq Quşlar Günü kimi də yadda qalır. , Qeyd edək ki, 1 aprel artıq 2012-ci ildən Rusiyada “Gülüş günü” kimi qeyd olunsa da, ABŞ-da “Axmaqlar günü” olaraq qeyd olunur.
Əlbəttə ki, bütün bunların müxtəlif səbəbləri var, yəni hər ölkədə baş verən hadislərlə əlaqədar olaraq 1 aprel hansı mahiyyət daşıdığı fərqli ola bilər.
Təsəvvür edin ki, bir vaxtlar Fransada yeni il bayramı məhz aprelin 1-də qeyd olunardı və həmin gün insanlar bir-birlərini xüsusi olaraq təbrik edər, hədiyyə olaraq isə təzə balıq göndərərdilər. Ancaq sonralar bu adət dəyişdi. XVI əsrin ikinci yarısına qədər Avropada yeni il həftəsi müddətində, yəni 25 martdan 1 aprelə qədər insanlar ürəkdən sevinirdilər. Bir – birlərinə qonaq gedirdilər, hədiyyələr bağışlayırdılar. 1 aprel Yeni ilin qədəm qoyduğu gün hesab olunurdu. 1582 – ci ildə Qriqor təqvimi Yulianla dəyişdirilib, nəticədə 1 aprel 1 yanvarla əvəz edilib. Bütün bunlara baxmayaraq əksər fransızlar Yeni ili 1 apreldə qeyd etməyə davam edirdi. 1 apreldə keçirilən yeni ili unutmaq üçün bu ənənəni dəyişdirməyə məcbur oldular, məhz bu səbəbdən bayramı keçirənləri “1 aprel axmaqları” adlandırdılar.
1564-cü ildə Fransa kralı IX Çarles il başlanğıcının yanvar ayinin birinci günü olması barədə qərar verdi. O zamankı rabitə şərtlərində IX Çarlesin bu qərarı ölkədə çox da yayılmadı. Məsələdən xəbərdar olanlar isə protest məqsədilə köhnə adətlərinə davam etdilər. 1 apreldə şənliklər keçirtdilər. Digərləri isə onları aprel axmaqları kimi qəbul etdilər. 1 aprelə bütün axmaqların günü adını verdilər. Bu gündə mühafizəkarlara sürpriz hədiyyələr verdilər, təşkil olunmamış qonaqlıqlara dəvət etdilər, gerçək olmayan xəbərlər yaydılar. Fransızlar uzun illər sonra yanvarın ilin ilk ayı olmasına öyrəşdilər və 1 aprel gününü mədəniyyətlərinin bir parçası kimi görərək davam etdirdilər.
Sonralar Fransada 1 apreli ilin başlanğıcı olaraq qəbul edənlərə “aprel balığı” adı verilir, həmin gün “axmaqlar günü” adlandırılır. Fransadan sonra bu ənənə tezliklə digər ölkələrə keçib. Bu ənənəyə Fransadan sonra 18-ci əsrdə İngiltərə və İsveçdə müşahidə olunub. 1 aprel və ya “aprel balığı” Hollandiya, Belçika, Kanada, ABŞ, İsveçrə, Yaponiya da daxil dünyanın bir çox ölkələrində qeyd olunur.
Maraqlı məqamlardan biri də odur ki, qədim zamanlarda dünya ölkələrinin əksəriyyətində ildə bir dəfə – məhz aprelin 1-də “İtaətsizlik bayramı” keçirilirdi. Həmin gün adamlar cəzasız olaraq öz hökmdarlarını lağa qoya, gündəlik davranış qaydalarını poza bilər, öz mənfi emosiyalarını “söndürə bilərdilər”. Eyni zamanda Səfehlər kralı və ya Zarafatlar kralı təyin edər, şənlənər, lətifələr söyləyərdilər. “Səfehlər Günü”ndə maska geyinmək qayda idi. Çünki belə etdikdə daha təhlükəsiz halda “xuliqanlıq etmək” mümkün idi.
Əslində 1 Aprelin gülüş günü kimi qeyd olunması haqqında bir sıra fərziyyələr mövcuddur. Bu fərziyyələrdən biri də odur ki, bir çox ölkələrdə 1 aprel yazın gəlişini ifadə etdiyi üçün məhz o gün bahar bayramının ilk günü olaraq qeyd olunurdu. Bahar bayramı gözəlliyi, təravəti özündə əks etdirdiyi kimi, eyni zamanda da əyləncə, zarafat, deyib-gülmək xarakteri də daşıyırdı. Xüsusilə bayramın atributlarından olan zarafatlar, əyləncələr və hazırlıqlar həmin gün əvəzedilməz rol oynayırdı.
Onu da qeyd edək ki, bir çoxları bu bayramı Qədim Roma tarixi ilə bağlayır. Məsələn, bir vaxtlar 17 fevral “Səfehlər bayramı” kimi keçirilirdi. Bəzi tədqiqatçıların fikrinə görə, bu ənənə Qədim Hindistanda meydana gəlib. Belə ki, Hindistanda 31 mart günü “Gülüş günü” kimi keçirilirdi.
Ümumiyyətlə götürdükdə isə gülüş gününün geniş səviyyədə yayılması XVIII əsrdə baş verdi. Artıq uzuzn illərdir ki, bütün dünya ölkələrində məhz 1 aprel günündə öz dostlarına gülən insanlara rast gəlmək olar.
1 aprel günü baş verən qəmli hadisələrdən biri də məhz həmin gün müsəlmanların aldadılaraq qətl olunmasıdır. Tarixi fakta nəzər salaq. XV əsrin sonlarında, Xaçlı ordusu Ortadoğu torpaqlarında yaşayan müsəlmanlara qarşı savaşırkən bəzi hiylələrə əl atmışlar. Döyüş zamanı müsəlmanların son sığındığı qalanı ələ keçirmək o qədər də asan deyilmiş. Hava soyuq, qala qorunur, xristiyan qüvvə vəziyyətin çətinliyini və belə davam edərsə ordunun soyuğa tab gətirməyəcəyini düşünərək yeni bir bir taktikaya əl atırlar. Ordu başçısı 31 Mart gecəsində bir əlində müqəddəs Quran, digər əlində müqəddsə İncili tutaraq qalanın qarşısına gəlib və and içib ki, əgər qalada olan müsəlmanlar təslim olarsa o gün onlara heç bir pislik edilə bilməz. Qlsa danışıqdan sonra müsəlmanlar verilən vədə inanır və qalanı təslim edirlər. Söhbət müqəddəs kitablar üzərinə verilən anddan gedirsə orda inam güclü olar.
Həmin günün səhəri, yəni 1 aprel günü Xaçlı ordusunun sərkərdəsi bütün müsəlmanların öldürülməsi əmrini verir. Bunu eşidən müsəlmanlar “axı siz müqəddəs kitablara and içdiniz” deyə etiraz etmək istəsələr də sərkərdə “mən dünən üçün and içmişdim, bu gün üçün sizə bir sözüm yoxdur” deyərək qəddarca əmrin icra olunmasını tapşırır. Məhz o gündən sonra 1 aprel günü xristiyanlar arasında “Hiylə günü” olaraq qeyd olunur.
Bir sözlə, 1 aprelin yaranması ilə bağlı fərziyyələr çox olsa da bütün dünya yenə də sadəcə bir fərziyyəyə sadiq qalır-məhz 1 apreldə gülüş günü olaraq hamı əylənir, bayram əhval-ruhiyyəsində bir birləri ilə zarafat edirlər və heç kim də bundan incimir.
SON SÖZ ƏVƏZİ: YAZI TARİXİ FAKTLAR ƏSASINDA HAZIRLANIB.
Hiç yorum yok:
Yorum Gönder