Xıdır Nəbi bayramı


 

Azərbaycanın bütün bölgələrində Novruzqabağı keçirilən mərasimlərdən biri Xıdır və yaxud Xıdır Nəbi bayramıdır. Bu bayram“qışın oğlan çağında”, kiçik çillənin onuncugünü, Novruzdan altı həftə qabaq qeyd edilir. Kiçik çillə yanvar ayının 31-dən fevralın 19-na qədər olduğundan Xıdır bayramı fevralın 9-da kiçik çillənin yarı olduğu gündə keçirilir.

Bu bayram Naxçıvanda, Şərur rayonunun Aşağı Yaycı kəndində fevralın 5-də qeydolunur. Çalxanqala, Təzəkənd kəndlərində isə “Xıdır Nəbi” fevralın 14-ü (15-i) Xıdırın anadan olduğu gün bayram edilir.

Xıdır Nəbi günü bəzən həftənin dördüncügününə təsadüf etdiyindən bunu dinlə əlaqələndirirlər. Naxçıvan şəhərində indi də bayramı kiçik çillənin ikinci cümə axşamında qeyd edirlər. Ancaq Xıdır Nəbi bayramının dinlə heç bir əlaqəsi yoxdur. Bayramçətinlikdə insanların dadına, köməyinə çatanistilik hamisi olan Xıdırla bağlı olub, onunşərəfinə keçirilir. Bu, islamdan öncə formalaşmış əski türk inancıdır. Bir qaydaolaraq fevral ayının 9-da keçirilməlidir.

Naxçıvan bölgəsində bayrama bir neçə günqalmış onu qarşılamaq üçün hazırlıq işləri görülür, evlər səliqə-sahmana salınır, həyət-baca təmizlənir. İnama görə, səliqəsiz evə Xıdır gəlməz. Bayramda qovurmaq üçünbuğda, küncüt təmizlənir, bir çox kəndlərdə (Kükü, Teyvaz, Qıvraq, Şahtaxtı) günəşi çağırmaq anlamında, günəşin, yazın rənginəuyğun olaraq yumurtalar qırmızı rəngə boyanılır. Qeyd edək ki, yumurta boyanması başqa kəndlərdə yoxdur. Ümumiyyətlə, buadətə Novruz bayramında əməl edilir. Bəzi kəndlərdə isə günəşin, istiliyin rəmzi olaraqçömçə bəzəyirlər. Naxçıvan bölgəsində günəşi çağırmaq anlamında Qodu mərasimi (Novruzbayramı ərəfəsində) keçirilir.

Qovrulmuş buğdadan (qovurğadan) qovuthazırlanır, yəni qovurğa kirkirədə (dəstərdə) çəkilir və yaxud həvəngdəstədə döyülür.Qovudu quru yemək çətin olduğundan onabir az şərbət və ya doşab əlavə edib ovurlar.

Qovurğa ilə bərabər bayram günü badam, noxud, günəbaxan tumu qovrulur, plov (aş) süzülür, xəşil bişirilir, müxtəlif şirniyyatnövləri hazırlanır və süfrəyə düzülür. Evdə olan adamların sayına görə plovun yanına şam qoyulur. Bayram hamıdan çox uşaqların sevincinə səbəb olur. Hava qaralan kimi onlarqapılara gedib torba, papaq atır, Xıdırın payını yığırlar. Pay gözləyənlər aşağıdakı misraları söyləyirlər:

Xıdıra xıdır deyərlər,

Xıdırın payın verərlər.

Və yaxud:

Çatma, çatma, çatmaya,

Çatma yerə batmaya.

Xıdırın payın kəsənin

Ayağı yerə çatmaya.

Torbalara müxtəlif növ şirniyyat, çərəzqoyulub uşaqları yola salırlar. Onu da qeydedək ki, Culfa bölgəsində (Ləkətağ, Saltaxkəndləri) mal-qaranın yemi, insanların özlərinin ərzaqları qurtardıqda Xıdır Nəbi bayramında evin bacasından ip, ipə bağlanmış corab sallayar, mal-qara üçün yem, özləri üçün ərzaq istəyərdilər. Toyuğu, cücəsi olmayanlar ipin ucuna lələk bağlayıb toyuq-cücəsi çox olanların evinin bacasından içəri sallayardılar. Evin yiyəsi də həmin adamın toyuq istədiyini bilib, torbaya toyuq qoyubgeri qaytarardı. Demək olar ki, Xıdır Nəbi bayramı çətinliklərdən qurtarmaq, dardaqalanlara kömək, bərabərlik anlamında keçirilən əsl milli bayramdır.

Qovud çəkməklə yanaşı, bəzi kəndlərdəbayram gecəsi xəşil bişirib yük yığılmış taxtın altına qoyurlar. Çəkilmiş qovutdan da taxtın altına qoymaq adəti var. İnanca görə, Xıdır Peyğəmbər gecə gəlib xəşilə barmağın qovudaisə əlini basacaq. Xıdırın atının ayaq izininqovuta düşdüyünə inanılır. Səhər xəşilin,qovutun üzərində müəyyən iz olsa, bunuXıdırın əlinin, barmağının və ya atının ayaqizi hesab edirlər. Deyirlər ki, bu il həmin evə uğur gələcək, bolluq, bərəkət olacaq, arzuları həyata keçəcəkdir.

Digər bir inama görə, bayram günü xəşil bişirilib qalağın üstünə qoyulur. Əgər qəcələ (dolaşa) gəlib xəşildən bir dimdik götürübuçub getsə, həmin evin qızı bu il özgə kəndə, əksinə, yerə salarsa, öz kəndinə ərə gedəcək.Başqa bir inamda da deyilir ki, xəmirin içinə muncuq qoyulub kökə bişirilir, həmin muncuq kimin payının içindən çıxarsa, demək, həmin insan tezliklə istəyinə çatacaq.

Ordubadın Kələki kəndində isə Xıdır Nəbi günü Xıdırın şərəfinə ehsan verilir.

Təsərrüfat, bolluq, bərəkətlə bağlı olaraqXıdır Nəbi bayramında aşağıdakı inama əməl edilir. Ev yiyəsi yumurtlamayan toyuqları kisəyə yığıb deyir ki, aparıram kəsməyə. Biryaşlı adam da onun qabağına çıxıb qoymur ki, kəsmə, bu il yumurtlayacaqlar. ToyuqlaraXıdır Nəbi qovurğası vermə adəti də vardır.

Bir sıra kəndlərdə (Qıvraq, Kükü, Yuxarı Qışlaq) Xıdır bayramı həna yaxmaq adəti mövcuddur. Qızlar, gəlinlər əl barmaqlarına, oğlanlar çeçələ barmaqlarına xına yaxarlar. Hazırlanmış xınadan bir qab pay götürüb(Xıdır payı) bayıra qoyurlar ki, Xızır gəlib əlinə yaxsın. Mənbələrə əsaslanaraq demək olar ki, xına çox qədim dövrlərdə Azərbaycan türklərində və digər türk xalqlarında şadlıq, sıxıntıdan, yasdan çıxmaq rəmzidir.

Xıdır Nəbi günü oğlan evindən nişanlı qızlara, ata evindən təzə gəlinlərə Xıdır payı aparmaq adəti geniş yayılmışdır. Qovurğa, küncüt, qovut, noxud, mərcimək və s.-dən xonça tuturlar. Onu da qeyd edək ki, Cəhri, Payız, Gülşənabad kəndlərində bunun əksinə olaraq nişanlı oğlanlara qız evindən payaparırlar. Payda bəyə köynək, yun corab daqoyulur. Xıdır Nəbi bayramını hamı səbirsizliklə gözləyər və bayramı sevinclə keçirərdilər.

Xıdır Nəbi bayramında doğulan oğlanuşaqlarına Xıdır, Nəbi, İlyas və s. kimi adların qoyulması adəti də geniş yayılmışdır. Xıdır gecələrində axşamdan səhərə qədər külək əsərsə, deyərlər ki, bu, Xıdır Nəbidir, atını çapa-çapa bərəkət paylayır. Əsən külək isə onun boz atının yelidir.

Mən Xıdırın nəyiyəm,

Boz atının yeliyəm.

Xıdırın boz at minməsinə “Kitabi-Dədə Qorqud” dastanında da rast gəlirik. İnsanlardaim çıxılmaz vəziyyətdə qalanda boz atlı Xıdırı arzulamış, o isə öz köməyini əsirgəməmiş, onlara yol göstərmişdir. Əski türk inanc sistemində Xıdır yolda qalanların yardımına gedən boz atlı yol əyəsi şəklində təsvir edilmişdir.

Xalq inamına görə, Xıdır Nəbi bütün daradüşənlərə kömək edər. Doğum zamanı mamaXıdır Nəbidən kömək istəyib bu sözləri deyər:

Xıdır Nəbi, Xıdır İlyas,

Bəndəni bəndədən xilas.

Xalq arasında olan inama görə, Xıdır Nəbi günü havaların xoş keçməsi ilin bol, bərəkətli olmasına işarədir.

Xıdır həm də istilik və odla bağlıdır. Yuxarıda qeyd etmişdik ki, süfrəyə gətirilən aşın kənarlarına şam qoyurlar. Bu şamların qoyulması və yaxud:

Xıdıra Xıdır deyərlər,

Xıdıra çıraq qoyarlar,-

deyimi də odla, istiliklə, istiliyi çağırmaqla əlaqəlidir. Bu, eyni zamanda qışın şaxtasının, soyuğunun odla, isti ilə gedəcəyinə, torpağınisinib oyanacağına işarədir. Od, istilik yazın gəlməsinin əlamətləridir. Həm də bu dövrqışın ən soyuq günlərindən biridir. Xalqarasında “Xıdır girdi, qış girdi” kimi deyim də mövcuddur.

Digər türk xalqlarında da bu bayram qeydedilir. Anadolu türklərində bayram Hıdır-Ellez adı ilə may ayının 6-da, Balkanlardakı müsəlman-türk xalqları arasında aprel ayının üçüncü ongünlüyündə keçirilir. Türkiyənin İqdır bölgəsində isə Xıdır Nəbi bayramı, Anadolunun digər ərazilərindən fərqli olaraq, may ayının 6-da yox, Naxçıvanda olduğu kimi, fevral ayında qeyd edilir. Axıska türkləri arasında da Xıdır Nəbi bayramı fevral ayında keçirilir. Hər il yanvar ayının son həftəsi ilə fevral ayının ilk həftəsi arasında Xıdır bayramı keçirilir. Burada mövcud olan inancagörə, Xıdır darda qalan, sıxıntıda olaninsanlara yardım edən ulu bir varlıqdır. Buhəftə üç gün oruc tutulur.

Rodos türklərində Hıdır-Ellezdə dəniz kənarına gedilir, inanca görə, Xıdırdan nə istənilsə, onun rəsmini çəkib dənizə atarlar. Qazaxlarda Xıdır inancı Novruz bayramı iləeyni gündə qeyd edilir. Burada mövcud olaninama görə, 22 mart gecəsi saat 3-də Xıdır dədənin gəldiyi və bərəkət payladığı söylənilərək bu gecəyə “Xıdır gecəsi” adı verilmişdir.

“Xıdır Nəbi”də keçirilənlər Orta Asiyamədəniyyəti (şamanizmi), əski Anadolumədəniyyəti (bolluq, bərəkətlik ayinləri, ölümsüzlük), İslam mədəniyyəti (Xızır İlyasmotivi) Azərbaycan mədəniyyəti (çətinlikdən qurtarmaq, günəşi çağırmaq) və s. birləşməsindən yaranan bir şənlik törənidir.

 

SALMAN  CALAL  OĞLU MUSAYEV


Hiç yorum yok:

Yorum Gönder

Pages