Xarici müşahidəçilərlə görüşə jurnalistlər niyə buraxılmadı?- FAKT



Sosial şəbəkələrdən öyrəndik ki, Bakıda fəaliyyət göstərən "Rus evi"ndə Prezident seçkilərinə müşahidəçi kimi gəlmiş Rusiya parlamentinin üzvləri ilə gənclərin bu gün saat 18.00-da görüşü nəzərdə tutulub. "Müstəqil Həmkarlar Birliyi"nin sədr müavini, eləcə də "İnterfax" jurnalının müxbiri olan Əhməd Rəhmanovla həmin məkana yollandıq. Məqsədimiz rusiyalı deputatla görüşmək idi.  Görüş dəvətnaməli olmadığı üçün rahat şəkildə Rusiya Mədəniyyət Evinə daxil olub, ikinci mərtəbədəki görüş keçirilən otağa getdik. Otaq kiçik idi, rusiyalı deputatlarla görüşə təxminən otuz nəfər gənc gəlmişdi. Yer olmadığına görə, görüşü ayaqüstü izləməli olduq. Bir neçə nəfər görüşdən fotolar çəkirdi. Mən də mətbuata foto çəkmək üçün icazə istədim. Əvəzində isə özlərini Mərkəzin rəhbəri və tədbirin təşkilatçısı kimi təqdim edən şəxslər bizdən sənəd tələb etdilər. Sənədlərimizi  təqdim etdik. Bildirdilər ki, açıq görüş olsa da, mətbuat nümayəndələrinin iştirakı arzuolunan deyil. Bizdən görüş otağını tərk etməyimizi tələb etdilər və məsləhət gördülər ki, rusiyalı  deputatlara suallarımız varsa, görüşdən sonra onlara dəhlizdə yaxınlaşa bilərik. 
Düzü, görüşə yollanarkən rusiyalı deputatlara bir nəçə sualım var idi, ancaq bizi görüş otağından çıxaranda artıq heç bir sualım qalmamışdı. Beynimdə sadəcə bir sual dolaşırdı: Müşahidəçi kimi Azərbaycana gələn xarici ölkənin siyasətçiləri Prezident seçkisindən bir gün öncə Azərbaycan gəncləri ilə görəsən nədən danışırdılar ki, təşkilatçılar  mətbuatdan gizli saxlamaq qərarına gəliblər? 

İmza: İlham Rəsulzadə

Hiç yorum yok:

Yorum Gönder

Pages