Tibb xidməti polkovnik leytenatı Emin Əfəndiyev yaşasaydı fevral ayının 11 -də 61 yaşı olacaqdı




Bacarıqlı, aıi dərəcəli  cərrah həkim- tibb xidməti polkovnik- leytenatı Əfəndiyev Emin Tofiq oğlu  əgər yaşasaydı fevral ayının 11 -də 61 yaşı olacaqdı. Amma ömür imkan vermərdi   Emin həkim 23 fevral 2023 cü ildə kəskin və yarımkəskin qaraciyər catmamazlıqdan Bakı şəhərinin Xətai rayonunda     vəfatı  etdi. 


Ömrünü gününü Vətənin bütövlüyünə, xalqımızın xoş gələcəyinə həsr edən hər kəs Vətənin xoşbəxt vətəndaşıdır. Belə vətən təəssübü çəkən  vətəndaşlardan  biri də Sovet Ordusunda və Daxili işlər nazirliyi Daxili Qoşunlarında şərəfli xidməti yolu keçmiş - tibb xidməti polkovnik- leytenantı Emin Əfəndiyev idi. Emin həkim öz işində əzimkar bilikli, işgüzar, obyektiv,pirinsipial,qayğıkeş,xeyirxah, vətənpərvər və təvazökar  insan,  fədakar və əvəzsiz   həkim kimi tanımışdır.  Emin həkimin əməli işi insanlıq naminə fədakarlığı ilə urəklərdə əbədi yaşayan, Azərbaycan həkimlərinə xas bir çox nəcib xüsusiyyətləri öz şəxsiyyətində birləşdirən yüksək dərəcəli cafakeş cərrah  həkim idi. Emin həkimim  sadalanan  bütün müsbət keyfiyyətləri bir tərəfdən  öz zəhməti, biliyi, təcürbəsi və əməyi ilə qazanmışdır.


Əfəndiyev Emin  Tofiq oğlu   1960-cı ilin fevral  ayının 11- də   Bakı şəhərində  ziyali ailədə anadan olmuşdur.  


   Emin  Əfəndiyev 1977- ci  ildə Bakı şəhərində  orta məktəbi, 1983-ci ildə Nərman Nərmanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə -proflilaktika  fakultəsini fəriqlənmə   diplomu  ilə  bitirmişdir.Emin  həkim Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində bir necə dəfə Azərbaycan Respubilkasının Sahiyyə Nazirliyi Dövlət  həkimlərin  təkmilləşdirmə İnstitutunda və xarici ölkələrdə  cərrah üzrə  ixtisas artırma kurslarında olmuşdur.

     

Sakit təbiətli, öz işinin peşəkarı olan,yalnız qərarı qəbul etməyi bacaran Emin  həkim1983- 1991 - cü iilərdə Sovet Ordusunun Sbirdə  və  Bakı şəhərində yerləşən  hərbi hissələrin birində  və hərbi hospitalında  tibb məntəqə rəisi,  tibb xidmət rəisi  və carrahiyə şöbəsində  baş ordinator - cərrah  vəzifələrində olmuşdur. 1992- 2001 -ci illərdə  Daxili Qoşunların Qaradağ, Xətai və Nərmanov rayonlarında  yerləşən hərbi hissələrdə (hərbi hospirslda) tibb xidməti rəisi və cərrahiyə şöbəsinin ilk rəisi   vəzifəsində Vətənə və xalqa sədaqətlə xidmət etmişdir. Daxili Qoşunlardan ehtiyata buraxıldıqdan   sonra 2023 ci ilin  yanvar ayına kimi  Neftçilər və Əhmədli  klinikasında cərrah həkim vəzifəsində   işləmişdir.


 


Silahll Qüvvələr və Müharibə Veteranı tibb xidməti  polkovnik leytenatı  Əfəndiyev Emin Tofiq oğlu, Sovet Ordusunun və   Daxili işlər nazirliyi  Daxili Qoşunlarının həyatında tibb xidməti sahəsində  öz dəst-xətti və xüsusi xidmətləri olan,yüksək peşəkarlığı, dərin zəkası,gözəl nitq qabiliyyəti,  humanistliyi, nəzəri və praktiki biliyi, sadəliyi, səmimiyyət, dəqiqliyi, təmkinliyi və təşkilatçılıq bacarığı ilə seçilən ömürünün ən məhsuldar dövrünün 28-ildən cox şərəfli xidmət yolunu  kecən həkimıərdən biri olmuşdur.

 

Emin həkim öz tabeliyində olanlara və digər hərbi qulluqçulara  Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına  əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların  döyüş xidməti nizamnamələrin tələblərinin yerinə yetirilməsi işində daimi nümünə  olnuşdur.“Hippokrat”andı içən  Emin  həkim,  icdiyi anda  həmişə sadiq qalmışdır.


Səhiyyə fədası, cəfərkeş  həkim Emin  Əfəndiyev öz vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş  və ictimai sıyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna, nümunəvi  xidmətinə  və hərbi vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə, SSRİ Müdafiə Nazirinin, Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, SSRİ Müdafiə Nazirliyinin  Baş Tibb İdarə rəisinin ,  Ordu  və hərbi hissə komandirlərinin müvafiq əmrləri ilə əla xidmətlərə görə  əlacı döş və yubiley nişanları ilə, bir cox fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırılmış və ona təşəkkür elan edilmişdir


Ali dərəcəli tibb xidməti polkovnik leytenatı Əfəndiyev Emin Tofiq oğlu  öz xidməti və ictimai vəzifələrini yerinə yetirərkən xüsusi fəriqləndiyinə görə  SSRİ Ali Soveti  və  Azərbaycan Respublikasının Prezidenti adından SSRİ  Müdafiə Nazirinin, Azərbaycan Respubilkasının  Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə aşağıdakı medallarla təltif edilmişdir: 


  1. ”Silahlı Qüvvələr Veteranı “ medalı ilə;


.2."Qüsursuz xidmətə görə”  3- cü dərəcəli medal ilə - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;

 

3.”Qusursuz xidmətə görə 2-ci  dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;


4.”Qusursuz xidmətə görə” 1-cü dərəcəli medal ilə - Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;


5." SSRİ Silahlı Qüvvələrinin  70 -iliyi (1918 -1988)” yubiley medalı ilə.


1992-1994 -cü illərdə Azərbaycan Respubilkasının ərazi bütövlüyü uğrunda (Ağdam,Ağdərə, Füzulli  rayonları istiqamətinfə  gedən) döyüşlərdə fəal iştirak edərək,  peşəkar cərrah kimi   üzərinə düşən vəzifə və tapşırıaqların öhdəsindən Emin həkim  layiqincə  gəlmişdir.Füzuli bölgəsində  Din-in  Daxili Qoşunların tərkibində fəaliyət göstərən   hərbi səhra  lazeretində   yaralıların  ilkin müalicəsini  layiqincə yerinə yetirmiş,yüzlərlə  silahdaşlarımızı sıralarmıza qaytarmışdır.Emin həkimin  bu xeyirxah əməlini  tanıyanlar hec vax onu unutmayaçaq. 


Emin  həkimin ölümündən  11 aydan cox  ötür ötsün, fərqi yoxdur -qoyub getdiyi ədəbi irs, xalqmızın, vətənmizin yolunda göstərdiyi fədakarlıq onu zirvələrə qaldırmış, əbədi  yassarlığa  qovuşdurmuşdur!


Hal-hazırda haqq dünyasında olan polkovnik leytenat Emin Əfədiyevin  əziz ruhu hər zaman onu tanıyanların, sevənlərin yadaşında hafizəsində yaşayacaq. Onun əziz xatirəsi Din-in  Daxili Qoşunların hərbi vəzifəlilərinin və  hərbi qulluqçularının, əzizlərinin, doğmalarının, yaxınlarının, dost və  tanışlarının, iş yoldaşlarının, həmçinin Respubilka ictimayyətin yadaşında həmişə yaşayacaq, daimi  hörmətlə xatırlanacaq və yad ediləcəkdir.


Belə   vicdanlı  həkimlərlə  ilə tanınır Vətən.!


 EMİN HƏKİMƏ

ALLAH RƏHMƏT ELƏSİN.

RUHU ŞAD, MƏKANI CƏNNƏT OLSUN!

 

Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və Müharibə  Veteranı polkovnik Salman Musayev



Hiç yorum yok:

Yorum Gönder

Pages