Ömrünü gününü Vətənin bütövlüyünə,xalqmızın xoş gələcəyinə həsr etmiş,hər kəs vətənin xoşbəxt vətəndaşıdır.Belə vətən təəssübü çəkən oğlanlardan biridə Din-in Daxili Qoşunların tibb xidmətində şərəfli hərbi xidmət yolu kecmiş mərhum tibb xidməti mayoru Paşayev Mahmud Ağadayı oğludur. Mahmud həkim 1970 - ci ilin may ayının 18 - də Azərbaycan Respublikasının Salyan rayonunun Xıdırlı kəndində zəhmətkeş ailədə anadan olub.2005-ci ilin fevral ayın 25- də Bakı şəhərində vəfat edib,Salyan rayonun Xıdırlı kəndində isə dəfn edilib.
Vətənə, dövlətə, xalqa sədaqətlə ximət etmiş,daimi həyatın bütün cətinliklərdən üzüağ və alınıaçıq çıxmış,torpağına, xalqına,ailəsinə bağlı gözəl insan, peşəkar və təcrübəli həkim Mahmud Paşayev 1986 - cı ildə Salyan rayonun Xıdırlı kənd orta məktəbi, 1993 - cı ildə Azərbaycan Dövlət Tibb İnstitutunun 2 -ci müalicə-profilaktika fakultəsini bitrib.
Əsil vətəndaşlıq mövqeyi ilə secilən, xeyirxah insan,əhatəsində olan insanların,döyüşcü və iş yoldaşlarının hörmətiniqazanan,dostlarına,iş yoldaşlarına və yaxın qohumlarına isti münasibətdə olan məhrum mayor Mahmud Paşayev 1993- 2005 - ci illərdə Din-in Daxili Qoşunlarının hərbi hospitalının reanimasiya şöbəsində ordinator, ruhi- əsəb şöbəsində isə şöbə rəisi vəzifələrində xidmət etmişdir.
Heç kəsi özündən incitməyən, xoş rəftarı və şirin dilli ilə hər kəslə doğmalıq yaradan məhrum Mahmud Paşayev Din- in Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin, hərbi hospital haqqında əsasnamənin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daima nümunə olmuşdur.
Qanunvericilik ilə Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarına və hərbi hospitalına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Azərbaycan Reslubilkasının ərazi bütövlüyü uğrunda ( Ağdam, Ağdərə və Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə iştirak edərək, ona həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmiş, neçə - neçə xəstə və yaralının müalicə ovunmasında gərgin əməyi olmuşdur.O,müharibə veteranı idi.
Öz xidməti vəzifələrini və hərbi hospital qarşısında qoyulmuş tapşırıqları yernə yeturərkən fəriqləndiynə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin (hərbi hospital rəisinin) müvafiq əmrləri ilə bir sıra medallarla, bir cox fəxri fərmanla, qiymətli hədiyyələrlə, əlacı döş və yubiley nişanları ilə mükafatlandırlıb və məhrum Mahmud Paşayeva təşəkkür elan edilib.
Hal-hazırda haqq dünyasında olan Mahmud Paşayevin əziz ruhu onu tanyanlar tərəfindən daimi hörmətlə xatırlanır və yad edilir.Belə vicdanlı oğuları ilə tanınır vətən!
Mahmud həkim Allah sizə rəhmət eləsin, ruhun şad olsun. Amin!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder