Təbrik:Tibb xidməti polkovnik leytenatı Faiq Əliyev -72




Tarix boyu həkimlik sənətinə ülvi bir peşə, həkimə isə müqəddəs bir şəxs kimi yanaşılmışdır. Sənətini mükəmməl bilən, insanların sağlamlığının keşiyində ləyaqətlə duran, onların qayğısına qalan həkimlərin xətri el-obada həmişə əziz tutulmuşdur. Hətta el arasında müdrik və mütərəqqi adamları loğmanla müqayisə edirdilər.

Həkim adını daşımaq nə qədər məsuliyyətli olsa da, bir o qədər də şərəflidir. Xalqın səhhətini qorumaq, hər kəsin öz sağlamlığını və həyatını etibar edəcəkləri qədər inamını qazanmaq hər insana nəsib olmur. Möcüzəli əlləri ilə insanlara şəfa bəxş edərək, xarakteri ilə səhhətlərində yaranmış problemlərini unutduraraq onların ehtiramını qazanmaq həkimlərin peşə vəzifələrinin ən ümdə məqamlarından biridir.Faiq həkim də öz davranışı, dürüstlüyü, insanpərvərliyi, qayğıkeşliyi və insanlara sağlamlıq, eləcə də gözəl təbəssüm bəxş etmək məharəti ilə onların etibarını və rəğbətini qazanmış həkimlərdəndir. Təsadüfi deyil ki, pasientləri (onu tanyanlar)  Faiq həkim barəsində danışanda deyirlər ki, “gözəl insandır və “əlləri qızıldır”.


İnsanlara yeni həyat, yaşamaq sevinc bəxş edən sayılb- seçilən  həkimlərmizdən bir olan, ali dərəcəli həkim- istefada  olan tibb xidməti polkovnik-leytenatı Əliyev Faiq Suleyman oğlu 24  fevral 1952-ci il tarixdə  Şəki şəhərində anadan olub.Şəki şəhərində  zəhmətkeş  ailədə dünyaya gələn Faiq həkim qədirbilən övlad, güvənilən qardaş, sevimli həyat yoldaşı və qayğıkeş atadır 

Orta təhsilini Bakı şəhəri 102 saylı orta məktəbdə  uğurla başa vuran Faiq Əliyev 1976-cı ildə Azərbaycan Dövlət Tibb  İnstitutunu müvəffəqiyyətlə bitirib. Faiq həkim dəfələrlə həm ölkəmizdə, həmdə müxtəlif  dövlətlərdə  müvafiq ixtisasartırma kurslarında,seminarlarda,kongreslərdə,hərbi xüsusi- taktiki təlimlərdə, metodiki toplanışlarda,simpoziumlarda fəal iştirak edib.

 Silahdaşlarının yadaşında  fədakar həkim və döyüşcü kimi qalan Faiq Əliyev 1993-cü illin mart ayına kimi Daxili ilşər nazirliyin  Bakı şəhərində  yerləşən  islah -əmək müəssisələrin birində  həkim,məntəqə rəisi və  tibb xidmət rəisi    vəzifələrdə  calışmışdır.

Hippokrat andına həmişə sadiq qalan Faiq həkim 1992-ci ilin mart ayının 17-dən Daxili işlər nazirinin müvafiq əmri ilə  Daxili işlər nazirliyi Daxili Qoşunların Baş İdarəsinin tibb  şöbə rəisinin müavini vəzifəsinə təyin olunmuşdur.

Daxili işlər nazirliyin İslah-Əmək Müəssisələrinin və Daxili Qoşunların Baş İdarəsinin  həyatında  tibb xidməti sahəsində  öz dəst -xətti və xüsusi xidmətləri olan, tibb xidməti polkovnik leytenantı Faiq Əliyev 1992-1999 -cu  illərdə  Daxili işlər nazirliyi  Daxili Qoşunların  Tibb şöbəsinin rəis müavini  vəzifəsində Vətənə və xalqa sədaqətlə xudmət etmişdir.Faiq həkim  Daxili Qoşunlarda  xidmət etdiyi dövrdə bir müddət Daxili  Qoşunların  hərbi hospital  rəisi vəzifəsini icra etmişdir.Faiq həkim Daxili Qoşunların Baş İdarəsindən Silahlı Qüvvələrə  buraxıldıqdan sonra 2000-ci ildən etibarən, Mərkəzi Nefitcilər (Neft Kəşfiyyat) Xəstəxanasında həmkarlar ittifaqı şöbəsinin midru  kimi fəaliyyətini davam etdirir.

Faiq həkim Azərbaycan Respubilkasının  Konstitusiyasına və qanunlarına əməl edilməsi,Hərbi Andın, hərbi və daxili işlər nazirliyi daxili qoşunların döyüş xidməti nizamnamələrinin eləcə də tibb işçilərinin əxlaqı kodeksinin tələblərinin dəqiq və sözsüz  yerinə yetirilməsi işində öz tabeliyində olan bir cox hərbi qulluqculara və həkimlərə  şəxsi nümünə olmuşdur.

Faiq həkim Daxili Qoşunlarda  xidmət etdiyi illər ərzində  Qanunvericiliklə müəyyən olunmuş qaydada  Daxili işlər nazirliyi  Daxili Qoşunlarına və Tibb şöbəsinə həvalə olunmuş vəzifə və tapşrıqları ləyaqətlə  yerinə yetirmişdir.O,Azərbaycanln ərazi bütövlüyü uğrunda (Ağdam,Ağdərə və Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə fəal iştirak edərək yüzlərlə yaralılara,xəstələrə ilkin yardım göstərmişdir. 

 

 Səmərəli fəaliyyətinə görə  Daxili işlər naziri və onun müavinlərinin,Daxili Qoşunlar komandanın,Daxili işlər nazirliyin Tibb idarə rəisinin, islah-əmək müəsissə rəisinin müvafiq əmirləri ilə bir sıra medallarla, dəfəllərlə diplomlarla, fərmanlarla və qiymətli hədiyyələrlə    mükafatlandırlıb və ona təşəkkur  elan  olunmuşdur

Bu gün şərəfli ömür yolu keçmiş, insanların sağlamlığını ləyaqətlə qorumuş və savadlı mütəxəssis, gözəl insan və qayğikeş həkim kimi kiçikdən-böyüyə onu tanıyanların hər birinin dərin rəğbətini qazanmış Faiq Əliyevin anadan olmasının 72-ci ildönümüdür.Daimi həyatın bütün cətinliklərindən alını açıq və üzüağ çıxan Faiq həkimi  belə bir əlamətdar gün münasibəti ilə Daxili işlər nazirliyi Daxili Qoşunların  ehtiyatda və istefada olan zabitləri, (tibb işciləri), doğmaları, əzizləri, yaxın qohumları,döyüş və iş yoldaşları ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, firavan həyat, ailə səadəti və hərtərəfli uğurlar diləyirlər.

Doğum günün mübarək olsun Faiq həkim!

100 yaşa sağlam yaşa.

Azərbaycan Respublikasının Silahlı Qüvvələri və  Müharubə Veteranı polkovnik Salman Musayev 


Hiç yorum yok:

Yorum Gönder

Pages