İnsan üçün ən yadda qalan günlərdən başlıcası onun həyata gəldiyi gündür. Ömürə bəzək olan ad günü hər il xüsusi ilə qeyd olunur. Belə bir insanlardan biri də Daxili işlər nazirliyi (Din-in) Daxili Qoşunların həyatında tibb xidməti sahəsində öz dəst -xətti və xüsusi xidmətləri olan, yüksək peşəkarlığı , humanistliyi,iradı, işgüzarlığı, mənəvi keyfiyyəti, dəqiqliyi, təmkinliyi, sadəliyi,səmimiyyəti , təvazökarlığı və vətənpərvərliyi ilə seçilən ömrünün ən məhsuldar dövrünü Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında keçirmiş- ehtiyatda olan tibb xidməti mayoru Surxayev Səməd Cuma oğludur. Fevral ayının 8 -də Səməd həkimin dünyaya göz acdığı gündür.
Daima həyatın imtahanlarından alnıacıq və üzüağ çıxan ehtiyatda olan tibb xidməti mayoru Surxayev Səməd Cuma oğlunu belə bir əlamətdar gün münasibətilə Din-in Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları əzizləri və iş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzu edib deyirlər,Səməd həkim qoy yaşının üstə gələn bu yaş da sizə sevinc dolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Tibb xidməti mayoru Surxayev Səməd Cuma oğlu 08 yanvar 1972-ci ildə Azərbaycan Respublikasının Şəki rayonunun Baş Göynük kəndində zəhmətkeş ailədə anadan olub.
Səməd Cuma oğlu Surxayev Şəki rayonunun Baş Göynük tam orta məktəbini, Azərbaycan Dövlət Tibb Ünverstetini bitrib. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Həkimlərin təkmilləşmə İnstitutunda müvafiq kurslarda olub, Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrində keçirilən bir çox metodiki- təlim toplanışlarında , hərbi xüsusi- taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.
Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Füzuli,Qaradağ və Zaqatala rayonlarında yerləşən hərbi hissələrində və hərbi hospitalında tibb məntəqə rəisi, ordinator və tibb xidmət rəisi vəzifələrində xidmət ediyi illər ərzində tibb xidməti mayoru Surxayev Səməd Cuma oğlu Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın və hərbi nizamnamələrin tələblərinin yerinə yetirilməsində üzərinə düşən vəzifə və tapşırıqların şərəflə yerinə yetirilməsində tabeçiliyində olanlar üçün şəxsi nümunə olmuş, Hippokrat andına isə həmişə sadiq qalmışdır.
Səməd həkim Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost-tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
Tibb xidməti mayoru Səməd Surxayevin Daxili Qoşunların hərbi hisələrində və hərbi hospitalinda müxtəlif vəzifələrdə xidmət etdiyi illər ərzində saysız - hesabsız yaralara ilkin tibbi yardım göstərilməsində, ambulator və stasionar müalicəyə ehtiyacı olan hərbi qulluqçuların və mülki işçilərinin müalicə olunub sıraya dönməsində xalqmız qarşısında layiqli xidmətləri olmuşdur.İnsan sağlamlığını,insan həyatını bütün dəyərlərindən üstün tutaraq,bu müqəddəs amal uğrunda o, hələ tələbə ikən peşəsinin pərvanəsinə dönmüşdür. Xəstələrin və yaralıların müalicə olunmasında yüksək keyfiyyət nəticəsinə yiyələnə bilmişdir.
Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, yaşayış məntəqələrində, cəzaçəkmə müəssisələrində kütləvi iğtşaşların qarşısının alınmasında, Mütəşəkkil cinayətkarlığa qarşı mübarizə də, qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, qəzalar,bədbəxt hadisələr, yanğınlar,təbii fəlakətlər və başqa fövqaladə vəziyyət zamanı hüquqi rejimin təmin olunmasında ,dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Hərbı xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə bir sıra medallarla, əla ximələrə görə əlacı, yubiley və müvafiq idman dərəcəsi döş nişanı ilə təltif olunub, bir çox fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Tibb Xidməti mayoru Surxayev Səməd Cuma oğlu Daxili Qoşunlardan Silahlı Qüvvələrə ehtiyata buraxılandan sonra Zaqatala rayon mərkəzi xəstəxanasında həkim vəzifəsində işləyir.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, SƏMƏD HƏKİM!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Reslubilkasının Silahlı Qüvvələri Və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder