Təbrik:Ramiz Süleymanov -63



 İnsan üçün ən yaddaqalan      günlər dən bir onun doğum  gündür.Yaşın üstə yaş gəldikcə insan daha   da    kamilləşir. Belə insanlardan biri də, Daxili İşlər  Orqanların həyatında  öz dəst- xətti və xüsusi xidmətləri  olan, yüksək peşəkarlığı, humanistliyi, sadəliyi, iradı, vətənpərvərliyi,dəqiqliyi,təmkinliyi,işgüzarlığı və xeyirxahlığı ilə seçilən, ictimai işlərdə fədakarlıq  göstərən,  iş yoldaşlarına, dostlarına və yaxınlarına isti münasbətdə olan,  hec kəsi  özündən incitməyən, xoş rəftarı  və şirin dili ilə  hər kəsə doğmalıq münasbəti yaradan,  ömrünün ən məhsuldar (ən yaxşı) dövrünün  30 ildən çox şərəfli xidmət yolunun 2 ilini  hərbi xidmətdə, 28 illini isə  daxili işlər orqanlarında keçirmiş, Müharibə Veteranı  Suleymanov Ramiz Qasım  oğludur.  fevral ayının  1- də  onun dünyaya göz acdığı gündür.  Bu gün münasibətilə Ramiz Suleymanovu  2021 -ci ildə Daxili işlər nazirliyin Polis Akademiyasını bitirmiş tələbə yoldaşları, doğmaları, əzizləri və iş yoldaşları təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm  can sağlığı, ailə səadəti  və həyat yollarinda    bitib -tükənməyən nailiyyə tlər arzu edib deyirlər, Ramiz qoy  yaşının üstə gələn bu yaş  da sizə sevincdolu günlər bəxş etsin, hər yeni ilin isə ötən illərdən daha gözəl, istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.

Müharibə Veteranı  Ramiz Qasım oğlu    Suleymanov 1 fevral  1961-ci ildə Bərdə   rayonunun Əmirli kəndində  zəhmətkeş ailədə anadan olub.

Ramiz Suleymanov Bərdə  rayonunun   Əmirli  kənd orta  məktəbi, Gəncə şəhər Avtomobil Texnikomunu, 2001 cü  ildə isə Azərbaycan Respublikasının Daxili  İşlər Nazirliyinin Polis Akademiyasını  bitrib. Ramiz Suleymanov Daxili İşlər Orqanlarında   xidmət etdiyi illər ərzində DİO-da keçirlən bir çox metodiki- təlim- toplanışlarda,  xüsusi – taktiki təlimlərdə, seminar və konfraslarda fəal iştirak edib. 

1980-1982 cü illərdə Sovet ordusunun Xabarovski vilayətində yerləşən hərbi hissələrin birində  müddətli həqiqi hərbi xidmətdə olub.  

1983– 2011- cu illərdə Daxili İşlər Nazirliyinin  Baş Dövlət Yol Polis  İdarəsinin bir sıra rayonlarında yerləşən Dövlət Yol Polis bölmələrində  müxtəlif vəzifələrdə Vətənə və xalqa sədaqətlə xidmət edib.

 O,Azərbaycan Respu blikasının ərazi bütöv lüyü uğrunda gedən döyüşlərdə iştirak edərə,ona həvalə edilmiş vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlib.Müharibə Veteranıdır 

Suleymanov Ramiz Qasım oğlu DİN-in Daxili İşlər Orqanların da xidmət etdiyi illər ərzində özunü uşaq vaxtların dan, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbi yəsi yerində olan, nizam və intizamlı polis  kımı göstərmişdir.O işlədiyi  , oxuduğu   orta  məktəbdə,polis akademiyasında həmişə müsbət mənada seçilərək, başqaları üçün daimi nümunə olmuşdur.

 Ramiz Suleymanov  Daxili İşlər  Orqanlarında  xidmət etdiyi illər ərzində, Azərbaycan Respublikasının Konstitusiyası na və qanunlarına əməl etməkdə, Polis Andın, DİN-in  post – patrul xidməti nizamnaməsinin və digər hüquqi- normativ aktların  tələblərinə, eləcədə vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş  xidməti döyüş tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə  bir cox  polis əməkdaşlarını fədakar  xidmətə ruhlandırmışdır.

 Ramiz Suleymanov Daxili işlər orqanlarında  xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insapərvər, əliacıq, zəhmətkeş  zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəssisələrində, istərsədə xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış, qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

 Azərbaycan Respublikasında ictimai qay danın və ictimai təhlükəsizliyin qorunmasnda, yaşayış məntəqələri kütləvi iğtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə də, axtarışda olan nəqliyyat vasitələrin axtarışında və tutulmasında,  qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdiilməsində, qəzalar,yanğınlar,bədbəxt hadisələr, təbbi fəlakətlər və başqa  fövqalədə vəziyyət zamanı hüquqi rejimin təmin olunmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqları məsuliy yət və şərəf hissi ilə   yerınə yetirmişdir.  


Ramiz Suleymanov  öz xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- doyüs  keyfiyyətləri və xüsusi xidmətlər  göstərdiyinə  və digər xidmətlərinə  görə  Daxili İşlər Nazirinin və onun müavinlərinin, şəhər və rayon polis idarə  (şöbə) rəisinin,polis akademiya rəisinin müvafiq əmrləri ilə  bir sıra  medalarla, əla xidmətlərə görə əlacı  və yubiley döş  nişanları ilə təltif olunub,bir cox  fərmanlarla, qiymətli hədiyyələrlə təltif olunub və ona təşəkkür elan edilib.

     

AD GÜNÜN MÜBARƏK OLSUN RAMİZ!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

 Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və Vətən Müharibə Veteranı  polkovnik Salman Musayev




Hiç yorum yok:

Yorum Gönder

Pages