Təbrik:Polkovnik leytenat Kamran Məhərrəmov-47




Hər kəs həyatda ötən ömur  paynı  yaşayır.Xoşbəx o  insandır ki,  adı  ünvanı, el, işlədiyi kollektiv arasında hörmətlə çəkilir, bircə dəfə verilən ömrü elə yaşayır ki, el  sevgisi qazanır, xalqın,işlədiyi kollektivin istəklisinə çevrilir, hamı böyüklü- kiçikli xətir hörmətini saxlayır.    Həmin  insanların ömrürlərindən  coixlarının ömürünə işiq düşür.Birdə  ki, ömür o vaxt qiymətli və dəyərli olur ki, o  mənalı yaşanır. Həmin ömür   insanlarıda   xidmətə yönəldilir,  bəşəriyyətə,ailəyə, cəmiyyətə xidmət edir. Belə ömür yaşayan insanlardan     biridə ,  Dövlət Təhlükəsizlik Xidmətinin ( kecmiş Milli Təhlükesizlik Nazirliyinin)  Hərbi əks- əşfiyyat idarəsinin və  Daxili İşlər Nazirliyi Daxili Qoşunların həyatında öz – dəst xətti olan, dərin zəkası və gözəl nitqi qabiliyyəti ilə secilən,Azərbaycan Respubilkasının Vəkillər  Kollegiyasının üzvü-  ehtiyatda olan pokonik - leytenat Məhərrəmov Kamran Musa  oğludur. Fevral ayının 21- də onun dünyaya göz acdığı gündür. 

    

 Daimi həyatın bütün çətinliklərindən  alınıacıq və üzüağ  cıxan   ehtiyyatda olan  polkovnik- leytenant  Məhərrəmov Kamran Musa   oğlunu doğum günü münasibətilə Daxili işlər nazirliyi (Din-in) Daxili Qoşunların  ehtiyatda və istefada olan zabitləri, doğmaları, əzizləri və  iş yoldaşları səmimi qəlbdən  təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və  həyat yollarinda bitib — tükənməyən nailiyyətlər arzu edib deyirlər Kamran  qoy  yaşının üstə gələn bu yaş da sizə sevincdolu günlər bəxş etsin, hər yeni ilin isə ötən illərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin .


Bu  gün əsli  vətəndaşlıq  mövqeyi ilə secilən ehtiyatda olan polkovnik- leytenat Məhərrəmov Kamran Musa  oğlu  1977 ci ilin  fevral  ayının 21- də  Mingəcevir şəhərində  zəhmətkeş  ailədə anadan olub.

1994- cü ildə Mingəcevir şəhər 3 saylı orta məktəbi,  1997- ci ildə Mingəcevir Politexnik institutunu, 2019 – cu ildə Bakı  Dövlət Universitetini bitirib. O,Daxili işlər nazirliyi Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Din-in Daxili Qoşunların Bas İdarəsində,Ali hərbi məktəbində və hərbi hissələrində kecirlən, bir cox  təlim- metodiki  toplanışlarda, müvafiq kurslarda, hərbi xüsusi -taktiki təlimlərdə, nümnəvi- göstərici məşğələlərdə,  komanda-qərargah məşqilərində, seminar və konfranslarda fəal iştirak edib.

 İşgüzar,çalışqan  , işinə  qətiyyətli, mübariz   keyfiyyətli   olan Kamran Məhərrəmov   1998- 2004 -cü illərdə Dövlət Təhlükəsizlik Xidmətinin ( kecmiş Milli Təhlükəsizlik  Nazirliyinin)  Baş hərbi əks- kəşfiyyat idarəsinin  döyüş bölgələrində yerləşən  bölmələrində müxtəlif vəzifələrdə,  2004- 2018 -ci illərdə Daxili işlər nazirli Daxili Qoşunların Nərmanov və Xəzər rayonlarında yerləşən  hərbi məktəbdə və  hərbi hissədə  müəllim, hərbi hissə  komandirinin şəxsi heyətlə iş  üzrə müavini,  Daxili Qoşunların Baş İdarəsinin  Kadırlar və Mənəvi- pisxoloji hazırlığı şöbə  rəislərinin  müavini vəzifələrində    Dövlətə və xalqa sədaqətlə xidmət edib.

 Hər    kəsi özündən incitməyən, xoş  rəftarı və şirin dili   ilə hər bir kəslə  doğmalıq, yoldaşlıq münasibətləri   yaradan,polkovnik- leytenat Kamran Məhərrəmov   Daxili işlər nazirliyi Daxili Qoşunlarından Silahlı Qüvvələrə ehtiyata buraxılandan sonra 2022 ci ilin avqust ayının 7- dən etibarən Azərbaycan Respublikası Vəkillər kollegiyasının üzvüdür və hal- hazırda   vəkillik fəaliyyəti ilə məşğuldur.

 O,   Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində  özünü qoruxmaz, saxavətli,əliacıq, zəhmətkeş zabit kimi   göstərmişdir.  Kamran orta və ali təhsil müəssisələrində   təhsil aldığı illərdə, istərsədə   xidmət etdiyi və işlədiyi mühütdə,isərsədə  dost- tanış, qohum- əqraba, qonş arasında hörmət qazanmışdır.

  İctimai işlərdə fədakarlıq göstərən, dostlarna, yaxınlarına, xidmət etdiyi , işlədiyi  iş  və döyüşcu yoldaşlarına  isti münasibəti  olan,    polkovnik - leytenat Məhərrəmov Kamran Musa  oğlu,Daxili işlər nazirliyin Daxili Qoşnlarında xidmət etdiyi müddətdə şəxsən Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına, Hərbi Andın, Hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin  tələblərinə və vəzifə borcuna əməl etməkdə, verilən tapşırıq və sərancamları dəqiq və vaxtında yerinə yetirməkdə bir çox  hərbi qulluqçular ücün nümnə olmuşdur.

Harada hansı vəzifədə çalışmasından   asılı  olmayaraq ,kollektivin daimi rəğbətini qazanmış  Kamran Musa oğlu  Məhərrəmov   Daxili Qoşunlarda xidmət etdiyi   iiər ərzində , cinayətkarlığa qarşı mübarizədə, ictimai əsayişin qorunmasında və təmin edilməsində,yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi iğtişaşların qarşısının alınmasında,qəzalar, yanğınlar, bədbəxt hadisələr, təbii fəlakətlər və başqa  fövqaladə vəziyyət zamanı hüquqi rejim tədbirlərinin həyata keçirilməsində,dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqlarının öhtəsindən layiqincə gəlmişdir.

Yüksək  peşəkarlığı, humanistliyi,iradı, vətənpərvərliyi,sadəliyi,səmimiyyəti,təmkinliyi, geniş iş təcrübəsi   və  işgüzarlığı ilə secilən, ehtiyatda  olan polkovnik – leytenat   Kamran Musa oğlu Məhərrəmov   Daxili Qoşunların Baş İdarəsinində xidmət edərkən bir çox komissiyanın, kompleks və məqsədli qrupların tərkibində olarkən öz səmərəli fəaliyyəti ilə,iş təcürbəsi ilə, mənəvi və işgüzar keyfiyyəti ilə Daxili Qosunlar Komandanlığının daimi diqqət mərkəzində olmuşdur.

Nəcib  davranışa və yüksək mədəniyyətə    malik olan,yorulmaz, xeyirxah, təşkilatcı və qayğıkeş insan  polkovnik-  leytenant  Məhərrəmov  Kamran Musa oğlu öz   xidməti  vəzifələrinin  yerinə yetirilməsində xüsusi fəriqləndiyinə görə,Dövlət Təhlükəsizlik  Xidmət rəisinin (kecmiş MTN-in), Daxili İşlər  Nazirinin, Daxli Qoşunlar Komandanı və onun müavinlərinin,  Baş hərbi əks- kəşfiyyat idarə rəisinin, hərbi hissə komandirinin, hərbi məktəb və şöbə rəisinin müvafiq əmrləri ilə ‘əla xidmətlərə görə əlacı və yubiley döş  nişanları ilə təltif olunub, bir cox   fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb, ona təşəkkür elan edilib və aşağıdakı medallarla təltiv olunub:

  1. “Qusursuz xidmətə görə” 1-ci dərəcəli medal – Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;

 

2.“Qusursuz xidmətə görə” 2-ci dərəcəli medal- Silahlı  Qüvvələrdə  15 təqvim ili xidmətə görə;

  

3.“Qusursuz xidmətə görə”  3-cü dərəcəli medal- Silahlı Qüvvələrdə  10 təqvim ili xidmətə görə;

 

4.”Azərbay can Respubilkası Silahlı  Qüvvələrinin 10 illiyi ( 1991- 2001)” yubiley medalı ilə;


 5.”Azərbay can Respubilkası Silahlı Qüvvələrinin 90 illiyi(1918   -2008)” yubiley medalı ilə;

  

6.”Azərbay can Respubilkası  Silahlı Qüvvələrinin 95 illiyi(1998 2013)”yubiley medalı ilə;

  

7.”Azərbay can Respubilkası Silahlı Qüvvələrinin 100 illiyi (19 18 -2018)” yubiley medalı ilə.

 

DİN-in Daxili Qoşunların  yaranmasının 21 -ci ildönümü  ilə əlaqədar olaraq, öz xidməti vəzifələrini yerinə yetirərkən  göstərdiyi igidliyə və hərbi  hissə qarşısında qoyulmuş  tapşırıqları yerinə yerinə yetirərkən fəriqləndiyinə görə Azərbaycan Respubilkası Prezidentinin 12 mart 2013 ci  il tarixli  2790 nömrəli sərəncamına əsasən polkovnik – leytenat Kamran Məhərrəmov ”Hərbi xidmətlərə görə” medala təltif edlib.


BÜTÜN GÖZƏL NƏ VARSA SƏNİN OLSUN

KAMRAN.


100  YAŞA, SAĞLAM YAŞA!


Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və Müharibə Veteranı

 polkovnik Salman Musayev








Hiç yorum yok:

Yorum Gönder

Pages