İnsan üçün ən yaddaqalan günlərdən başlıcası onun həyata gəldiyi gündür. Fevral ayının 27-də Bakı şəhərində zəhmətkeş alilədə dünya gələn insanlardan biridə Daxili işlər nazirliyi Daxili Qoşunların həyatında öz dəst -xətti olan, yüksək peşəkarlığı, humanistliyi, iradı, işgüzarlığı, mənəvi keyfiyyəti, dəqiqliyi, təmkinliyi, sadəliyi, səmimiyyəti, təvazökarlığı və vətənpərvərliyi ilə seçilən, ömrünün ən məhsuldar dövrünün 26 ildən çox şərəfli xidmət yolunu Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında keçirmiş ehtiyatda olan polkovnik İsmayılov Azad Şamil oğludur. Fevral ayının 27- də onun 56 yaşı tamam olur.
Daimi həyatın bütün snaqlarından alını açıq və üzüağ çıxan Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və müharibə veteranı, ehtiyatda olan polkovnik İsmayılov Azad Şamil oğlunu doğum günü münasibətilə Daxili işlər nazirliyi (Din-in) Daxili Qoşunların ehtiyatda və istefada olan zabitıəri,doğmaları,əzizləri,iş və döyüş yoldaşları səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan ucun ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti və həyat yollarında bitib tükənməyən nailiyyətlər arzu edirlər.
Polkovnik İsmayılovAzad Şamil oğlu 27 fevral 1968 -cı ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub.
Azad İsmayılov 1986 -cı ildə Bakı şəhərində 88 saylı texniki peşə məktəbi, 1993-cü ildə Paltava Ali Hərbi Rabitə Komandirlər məktəbini, 1997-ci ildə Bakı şəhərində Rabitə kollecini, 2003 -cü ildə isə Azərbaycan Texniki Universiteti bitirib. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində bir çox təlim- metodiki toplanışlarda, hərbi xüsusi- taktiki təlimlərdə,nümnəvi göstərci məşğələlərdə, seminar və konfranslarda fəal iştirak edib.
Silahlı Qüvvələr və Müharibə Veteranı ehtiyatda olan polkovnik Azad İsmayılov 1993- 2016 -cı illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Nərimanov, Binəqədi rayonlarında yerləşən hərbi hissədə və dayaq Rabitə Qovşağında, Dayaq Rabitə Qovşaq rəisinin müavini, Hərbi hissənin Rabitə xidmətinin rəisi, Daxili Qoşunların Baş İdarəsinin Qərargahında isə Rabitə və AİS şöbəsinin baş zabiti
və şöbə rəisi vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət etmişdir.
Azad İsmayılov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin və digər hüquqi- normativ aktların tələblərinin dəqiq və sösüz yerinə yetirilməsi işində öz tabeciliyində olanlara şəxsi nümünə olmuş və onları fədakar hərbi xidmətə ruhlandırmışdır
Qanunvericiliklə müəyyən olunmuş qaydada şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi iğtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə də, qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, fövqəladə vəziyyət zamanı hüquqi rejimin təmin olunmasında ,baş vermiş qəzaların, yanğınların,bədbəxt hadisələrin və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin olunmasında üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerinə yetirmişdir.
Döyüş hazırlığındakı əla göstəricilərə, təlimlərdə, xüsusi əməliyyatlarda, döyüş xidmətində və döyüş növbəsində xüsusi fərqləndiyinə görə şücaət və fədakarlıq göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirinin müvafiq əmrləri ilə «Silahlı Qüvvələr Veteranı «, «Qüsursuz xidmətə görə » 1-ci ,2-ci və 3-cü dərəcəli, « Azərbaycan Respublikasının Silahlı Qüvvələrin » isə 10-iliyi , 90-illiyi və 95-iliyi yubiley medalları ilə təltif edilib. Həmçinin Azərbaycan Respublikasının Prezıdentının 6 may 2005- ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsində, hərbi borcunu, xidməti vəzifələrini və xüsusi tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə və şücaət göstərdiyinə görə «Hərbi xidmətlərinə görə» medalı ilə təltif olunub.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, AZAD!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
DAİMA XOŞBEXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
BÜTÜN ARZULARIN CİN OLSUN!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder