Təbrik:Polkovnik Adil Həsənov-66





 Azərbaycan Respublikasının Müdafiə Nazirliyin  həyatında öz dəst-xətti və xüsusi xidmətləri olan, yüksək peşəkarlığı,humanistliyi,   işgüzarlığı, dəqiqliyi, təmkinliyi,xeyirxahlığı, sadəliyi,səmimiyyəti, təvazökarlığı, vətənpərvərliyi ,iradı  və mənəvi keyfiyyətləri  ilə seçilən,yüksək nufuza  malik olan, ömrünün  ən məhsuldar dövrünü SSRİ və Azərbaycan  Müdafiə nazirliyində hərbi xidmətdə keçirmiş- istefada olan polkovnik  Həsənov Adil Cəmşid oğlunun fevral ayının 22 -də dünyaya  göz acdığı günüdür. 


  Daimi hətatın bütün cətinliklərindən  alını açıq və üzüağ çıxan,peşəkar və təcürbəli  baş zabit-istefada olan polkovnik Adil Həsənovu,doğum günü münasibətilə,Azərbaycan Hərbi Tarixi Müzeyin kollektivi, doğmaları,əzizləri,yaxın qohumları,iş və döyüş  yoldaşları,                 Əslən Borcalıdan olan  zabitlər və  Borcalı ziyaları  səmimi qəlbdən təbrik edir,ona  uzun ömür və cansağlığı arzulayırlar.


 Öz  hərbi peşəsini  ideal dərəcədə yerinə  yetirmiş Polkovnik  Adil Cəmşid oğlu Həsənov        1958-ci il   fevral ayının  22-də Gürcüstan Respubilkasının  Tbilisi şəhərində ziyalı ailəsində anadan olub.

 

1975  -ci   ildə 52 nömrəli  Tiblisi şəhər  orta    məktəbi bitirib.1975-1976-cı illərdə  Tibilisi yaşıllaşdırma -tikinti trestində işləyib.

 1980-ci ildə  Tbilisi Ali Hərbi Artilleriya məktəbini, 2002-ci ildə isə  Kiyev Hərbi Akademiyasnı   bitirib. 

Polkovnik Adil Cəmşid oğlu  Həsənov Sovet və Azərbaycan   ordusunda  xidmət etdiyi illər ərzində Vətənimizdə ,   xarici ölkələrdə  müvafiq ixtisas artırılma kurslarında olub,  Müdafiə Nazirliyində, korpus və briqalalarda  keçirilən bir      çox    təlim-  metodiki toplanışlar da, hərbi xüsusi-taktiki təl- imlərdə,komanda- qərargah məşqlərində, nümnəvi göstərici məşğələlərdə,  seminar və konfranslarda fəal iştirak etmişdir.

  Polkovnik   Adil Həsənov  1980-1983 -ci illərdə atəş taqım komandiri vəzifəsində calışmış, 1983 - 1989 -cu illərdə artilleriya divizionunda artilleriya batareyasının komandiri,1989-1990 -cı illərdə  alayda artilleriya rəisinin baş köməkcisi,1990-1991-ci illərdə isə AzərbaycanPoltexnik İnistutunun hərbi  kafedrasında  müəllim vəzifəsində çalışmışdır.

Polkovnik Adil Həsənov 1992-ci ildə könüllü olaraq    Azərbaycan  Silahlı Qüvvələrinə  daxil olmuşdur.

1992-1993-cü illərdə  Azərbaycan Müdafiə Nazirliyinin Artileriyya İdarəsinin əməliyyat  şöbəsində zabit, 1993- 1997-ci illərdə Azərbaycan ordusunun  döyüş bölgələrində yerləşən  artilleriya və motoatıcı  briqadaların birində artilleriya rəisi və briqada    komandirinin müavini vəzifələrində çalışmışdı r. 

Adil Həsənov 1997-2018 -ci illərdə  Azərbaycan Respublikasının Silahlı Qüvvələri  Akademiyasında müəllim,baş müəllim və kafedra rəisi vəzifələrində Vətənə və xalqa     səd aqətlə   xidmət etmişdir.O,Azərbaycan Respublikasının  Silahlı Qüvvələri Akademiyasından yaşa görə  ehtiyata buraxıldıqdan sonra bir müddət  Silahlı Qüvvələrin Hərbi Oyunlar Mərkəzində calışmısdır. Hal-hazırda -istefada olan polkovnik Adil Həsənov Müdafiə Nazirliyin  Azərbaycan Hərbi Tarix Müzey rəisinin müavini vəzifəsində calışır. 

 Adil Çəmşid oğlu Həsənov 1992-1994-xü illərdə AzərbaycanRespubilkasınln ərazi bütövlüyu uğrunda  (Zəngilan,Qubatlı,  Ağdərə, Kəlbəcər Ağdam,Qazax,Goronboy, Tərtər Füzuli  və s..        rayonları istiqamətində) gedən döyüşlərdə fəal  iştirak etmişdir. Aərbaycan Respubilkasının  Silahlı Qüvvələr və Müharibə Veteranıdır. 

Hərbi xidməti vəzifələ borclarının  icrası zam anı   yüksək      mənəvi döyüş      keyfiyyətləri göstərdiyinə,  döyüş  və    ictimai-      siyasi hazırlığında, hərbi intizamın möhkəmlən dirilməsində, peşəkar   zabitlərin hazırlanmasında, yüksək göstəricilərə nail old uğuna və nümunəvi xidmətinə görə SSRİ və Azərbaycan Respubilkasının Müdafiə   Nazirlərinin,Hərbi dairə, korpus    və hərbi  hissə komandir lərinin, Ali hərbi məkt əb və Hərbi akademiya  rəislərinin müvafiq əmrlərinə əsasən  döyüş və ictimai siyası hazırlıq  üzrə   əlacı,  yubiley     və müvafiq idman dərəcəsi    döş  nişanları  ilə      təltif olunmuşdur,   bir   çox  fərmanlarla, diplomlarla,(pul mükafatı ilə) qiymətli hədiyyələrlə mükafat landırlıb və ona təşək kür elan edilmişdir.

 Öz xidmət vəzifələrini yerinə yetirərkən xüsusi fəriqləndiyinə , respublikada əmin -amanlığın təmin edilməsində,dövlətin ərazi bütövlüyünün təmin edilməsində şücaət, fədakarlıq  və hərbi xidmət  keçdiyi dövrdə  göstərdiyi digər xidmətlərə görə  aşağıdakı    medallarla  təltif olun muşdur:

1.”Azərbaycan Respublikasının Silahlı Qüvvələr Veteranı’ medalı ilə;

2.”Qusursuz xudmətə görə” 1-ci     dərəcəli medal-Silahlı Qüvvələrdə  20        təqvim ili xidmətə görə;

3.”Qüsursuz xidmə görə” 2-ci  dərəcəli medal- Silahlı Qüv vələrdə 15 təqvim ili xidmətə görə;

4.”Qusursuz xidmətə görə” 3-cü     dərəcəli  medal-  Silahlı Qüvvələrdə  10    təqvim ili xidmətə görə;

5.”SSRİ Silahlı     Qüvvlərinin 70 -iliyi (1918-1988)”yubiley    medalı ilə;

6.”Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1918-2001)”  yubiley medalı ilə; 

7.”Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı ilə;

8.”Azərbaycan Respublikası Silahlı  Qüvvələrin  95 illiyi (1918-2013)” yubiley medalı ilə;

9.”Azərbaycan Respublikası Silahlı Qüvvələrinin  100 illiyi (1918-2018)” yubiley medalı ilə.  

 Azərbaycan Respubilkasının  müstəqilliyinin  qorunub saxlanmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrinin   yerinə yetirilməsində  isə xüsusi fəriqləndiyinə görə Azərbaycan Respubilkası Prezidentinin  24.06 2005 ci il tarixli  859 nömrəli  sərancamına əsasən polkovnik Həsənov Adil Cəmşid oğlu “Hərbi xufmətlərə görə” medal ilə təltif edilib.

DOGUM GÜNÜN MÜBARƏK OLSUN ADİL MÜƏLİM!

100 YAŞA, SAĞLAM YAŞA. 

 Azərbaycan Respubilkasının         Silahlı Qüvvələri         və  Müharibə Veteranı polkovnik  Salman Musayev

 



Hiç yorum yok:

Yorum Gönder

Pages