Təbrik:Novruz Əliyev -60



İnsan üçün ən yaddaqalan günlərdən başlacası onun həyata gəldiyi gündür. Ömürə bəzək olan ad günü hər il xüsusi ilə qeyd olunur.Ad günü qeyd edilən insanlardan biridə, peşəkarlığı,iradı,sadəliyi,səmimiyyəti,işgüzarlığı və humanistliyi ilə seçilən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin üzvü- istefada olan baş leytenat Əliyev Novruz Əmiraslan oğlunun fevral ayının 28 -da dünyaya göz açdığı gündür.


Daimi həyatın imtahanlarından alnıacıq və üzüağ çıxan Əfqanıstan və Azərbaycan Müharibəsi Veteranı istefada olan baş leytenat Əliyev  Novruz  Əmiraslan oğlunu doğum günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi, Daxili Qoşunların ehtiyatd və istefada olan zabitləri, doğmaları,əzizləri,iş və döyüş  yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin neymət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən nailiyyətlər arzu edib deyirlər, Böyükağa qoy yaşının üstə gələn bu yaş da  sizə sevinc dolu günlər bəxş etsin,  hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin. 


Əliyev  Novruz Əmiraslan oğlu 1964 -ci ilin fevral ayının 29 -da Azərbaycan Respublikasının Kəlbəcər rayonun Milli kəndində zəhmətkeş ailədə  anadan olub.

1982-ci ildə Kəlbəcər rayonunun Milli   kənd  orta məktəbi, 1992 -ci ildə Azərbaycan  Pedoqoji  İnstitunu bitrib. Novruz Əliyev Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş idarəsində və hərbi hissələrində kecirlən bir cox metodiki təlim toplanışlarda,ixtiasartırma  kurslarda, seminar və konfranslarda iştirak edib.


1981 -1983 -ci illərdə Sovet ordusunda müddətli həqiqi hərbi xidmətdə olub.


1981 -1983-ci illərdə SSRİ Müdafiə Nazirliyinin  Əfqanıstan Respublikalarında  yerləşən hərbi hissələr birində müddətli həqiqi hərbi xidmətdə olub.

1993-ilin dekabr ayna  kimi, Daxili  işlər nazirliyi Baş Dövlət  Yol Polis İdarəsində calışıb.1995-2001-ci illərdə  Daxili işlər nazirliyi Daxili Qoşularında müxtəlif vəzifələtdə Vətənə Dövlətə və Xalqa sədaqətlə xidmət edib.Novruz Əliyev Daxili Qoşunlardan  ehtiyata buraxıldıqdan sonra Bakı şəhəri Telman Abbasov adına Yasamalı rayonun  225 nömrəli tam orta məktəbdə  hərbi rəhbər və idman müəllimi vəzifəsində işləyir.


Azərbaycanın ərazi bütövlüyü uğrunda  gedən döyüşlərdə iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.



O, öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andin hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərəncamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimə nümnə olmuşdur.


Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında, yaşayış məntəqələrində  kütləvi iğtişaşların qarşısının alınmasında, Mütəşəkkil cinayətkarlığa qarşı mübarizə də, qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, fövqalədə vəziyət zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş qəzaların,yanğınların, bədbəxt hadisələrin, təbii fəlakətlərin
nəticələrinin aradan qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.

Öz xidməti və ictimai  vəzifələrinin icrası zamanı yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, bir sıra Qeyri hökmət təşkilat rəhbər sədrlərinin,   Daxili Qoşunlar Komandanı və onun müavinləri,hərbi hissə komandirinin müvafiq əmrləri ilə «əla xidmətlərə» görə əlacı  və yubiley döş nişanları ilə, bir cox fəxri fərmanlarla , qiymətli hədiyyələrlə mükafatlandırıb və ona təşəkkür elan edilib.


Döyüş hazırlığındakı əla göstəricilərə görə , xüsusi taktiki təlimlərdə, döyüş növbəsində, döyüş xidmətində, döyüş əməliyyatlarında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində fəriqləndiyinə görə Azərbaycan Respubilkası Prezidentinin sərancamına,  SSRI Ali Soveti və Azərbaycan Respublikasının Prezidenti adından  aşağıdakı medallarla təltif edilib:

1 “Böyük Vətən Müharibəsi” qələbəsibdəndən 50 illiyi medalı ilə;


2«Əfqanıstan Müharibə Veteranı»,

 3.«Əfqanıstanda döyüş Əməliyyatların bitməsinin yubiley» , 

4«Qüsursuz Xidmətə görə 3- cü dərəcəli, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin isə  təsis etdiyi bir sıra  xatirə (Böyük zəfər,Milli ordunun 100 illiyi,Müharibə Veteranı, AVMVİB -25 illiyi  yubiley) medalları  ilə təltif edilib.


DOĞUM GÜNÜN MÜBARƏK OLSUN NOVRUZ!
ÖMRÜN UZUN, ÜRƏYİN MÖHKƏM GÖZLƏRİN İŞİQLI 0LSUN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!


Azərbaycan  Respubilkasının  Silahlı Qüvvələri Və Müharibə Veterani polkovnik Salman Musayev



Hiç yorum yok:

Yorum Gönder

Pages