Təbrik:Mayor Zəfər Hacıyev -55


    

Yüksək hərbi peşəkarlığı, humanistliyi, işgüzarlığı, iradı, mənəvi keyfiyyəti, dəqiqliyi,təmkinliyi, sadəliyi, səmimiyyəti ilə  seçilən, ömrünün  ən məhsuldar dövrünün 17 ildən çox şərəfli xidməti yolunu  Daxili İşlər Nazirliyi (Din-in) Daxili Qoşunlarında  keçirmiş, Müharibə Veteranı- istefada olan mayor Hacıyev Zəfər Marrif   oğlunun   fevral ayının 6 -da dünyaya göz acdığı gündür. 

   

Daimi həyatın imt ahanlarından alını aşıq və üzüağ çıxan, mayor Zəfər Hacıyevi doğum  günü  münasbətilə Daxili işlər nazirliyi (Din-in) Daxili Qoşunların   ehtiyatda və istefada  olan zabitləri, əzizləri , iş və döyüş  yoldaşla rı səmimi  qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, ailə səadatı  və həyat yollarında bitib- tükənməyən nailiyyətlər arzu edib deyirlər,Zəfər qoy yaşının üstə gələn bu yaş da sizə sevincdolu günlər bəxş etsin,hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.


   Müharibə Veteranı- istefada olan mayor Hacıyev Zəfər Marrif oğlu 6 fevral 1969-cü ildə  Masalı rayonun Ərəb kəndində hərbici ailəsində  anadan olub.Zəfərin atası Marrif uzun müddət Daxili işlər  nazirliyi Daxili Qoşunlarında xifmət edib.

  

 1986-cı ildə Qaradağ rayonunun  Qızıldaş qəsəbə  tam orta məktəbi, 1990-cı ildə SSRİ  Daxili İşlər Nazirliyi Daxili Qoşunların Saratov   Ali hərbi məktəbini bitrib.Zəfər Hacıyev Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində müvafiq ixtisasartrma kurslarında  olub.  Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrdə kecirlən bir cox metodiki- təlim toplanışlarda, hərbi xü susi-taktiki təlimlərdə, seminar və konfrans larda fəal iştirak edib.

     

 1990- 1991-ci illərdə  SSRİ DİN-in  Daxili Qoşunların Kemerov şəhərində yerləşən hərbi hissələrin birində  taqim komandiri, 1992- 2004 -ci  illərdə isə Müstəqil Respublikamızın Daxi li işlər Nazirliyinin Daxili Qoşunların Sumqayıt şəhərində, Ağdam, Ağdərə, Füzuli, Nərmanov, Xətai və   Binəqədi rayonlarında yerləşən hərbi hissələrdə taqlm və bölük komandiri,tabor komandirinin müavini- tabor qərargahının rəisi  vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət etm işdir.

     

Zəfər Hacıyev Din-in Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kimi göstərmişdir.

  

Mayor Zəfər Marrif oğlu Hacıyev  işlədiyi və oxuduğu   təhsil müəssisələrində, yaşadığı ərazidə  kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün  nümunə olmuşdur.

    

 O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insapərvər , əliaçıq, zəhmətkeş  zabit kimi göstərmişdir. Zəfər Hacıyev istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost-tanış, qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

   

Müstəqil Azərbaycan ın Daxili İşlər Nazirliyinin  Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində, Azərbaycan Respublikasının Konstitusiya sına və qanunlarına əməl edilməsi, Hərbi Andın,  hərbi və daxili qoşunların döyüş xidmət nizamələrinin, eləcədə digər hüquqi- normativ aktların  tələblərinə,  vəzifə borclarının icrasna məsuliyy ətlə yanaşmış, qarşıya qoyulmuş  xidməti  tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə  bir cox  hərbi qulluqçuları fədakar hərbi xidmətə

ruhlandırmışdır.

    

 O,Azərbaycan Respublikasın da ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, yaşayış məntəqələrində və cəza çəkmə müəssisələrində kütləvi iğtişaşların qarşısının alınmasında, islah - əmək müəsələrin, inzibatı binaların, hərbi obyektlərin və hərbi təchi zat anbarların mühafizə olunmasında, mütə şəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin axtarışında və zərər sizləşdirilməsində,fövqalədə vəziyyət zamanı hüquqi rejimin təmin olunmasında,  dövlətin ərazi bütövlüyünün təmin edilməsində,qəzalar, sqəzalar,yanğınlar, bədbəxt hadisələr və təbii fəlakətıər zamanı  üzərinə düşən vəzifə və tapşırıqları məsuliy yət və şərəf hissi ilə   yerınə yetirmişdir.

     

Mayor Zəfər Hacıyev Din-in  Daxili Qoşunlarda müxtəlif vəzifələrdə xidmət etdiyi illər ərzində Azərbaycan Respub likasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə ona həvalə vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.


Müharibə Veteranı istefada olan  mayor Zəfər Hacıyevi   tanyanlar  onun nə dərəcədə  tələbkar insan olduğ unu çox yaxşı bilirlər. Zəfər Hacıyevin  qiymətli  cəhətlərindən biri də onun sadə, təvazökar, qeyrətli vət ənpərvər olmasıdır. Böyüklə-böyük, kiciklə-kiçik,sözü ilə əməli düz gələn bir gözəl  insan, Azərbaycanmızın bu günu, sabah ilə bağlı daimi düşünür, ölkəmizi daimi qüdrətli, güclü   və firavan görmək istəyir.

    

Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərd iyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində  yüksək göstəricilərə nail olduğuna və digər  nümunəvi xidmətlərinə  görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavin lərinin, Ali hərbi məktəb rəisinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə "Əla Xidmətlərə Görə" əlacı, yubiley və müvafiq idman dərəcəsi döş nişanları  ilə təltif olunub, pul mükafatları ilə,bir cox  fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

    

 Döyüş hazırlığındakı  əla göstəricilərə görə, təlimlərdə, döyüş xidməti və döyüş növbəsində xüsusi fəriqlənməyə görə, şücaət və   fədakarlıq xidmətlərinə görə  SSRI Alı Soveti və Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə aşağıdakı medallarla təltif olunub:



  1. "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 10 təqvim ili xidməyə görə;


  1. "SSRİ Silahlı Qüvvələrinin 70-iliyi (1918-1988)”  yubiley medalı ilə;


  1.  “Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin  10-illiyi (1991-2002)” yubiley  medalı ilə.


DOĞUM GÜNÜN MÜBARƏK OLSUN ZƏFƏR !


ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!


BÜTÜN ARZULARIN ÇİN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!


DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!


 Azərbaycan  Respublikasının Silahlı Qüvvələri və Müharibə Veteranı  polkovnik Salman Musayev


Hiç yorum yok:

Yorum Gönder

Pages