Təbrik: Mayor Salman Hüseynov -64




İnsan üçün ən yaddaqalan günlərdən başlıcası onun həyata gəldiyi gündür. Ömürə bəzək olan ad günü hər il xüsusi ilə qeyd olunur. Belə insanlardan biri də Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Yasamal rayon şöbəsinin sədri 2-ci qrup müharibə əlili istefada olan mayor Salman Hüseynovdur. Fevral ayının 26- də onun dünyaya göz acdığı gündür.


Daimi həyatın bütün imtahanlarından alını açıq və üzü ağ çıxan- istefada olan olan mayor Hüseynov Salman Umud oğlunu doğum günü münasibətilə Azərbaycan Vətən Mühatibəsi Veteranları İctimai Birliyin rəhbərıiyi, doğmaları,əzizləri, iş və döyüşçü yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib-tükənməyən nailiyyətlər arzu edib deyirlər, Salman müəllim qoy yaşının üstə gələn bu yaş da sizə sevinc dolu günlər bəxş etsin, hər yeni ilin isə ötən illərdən daha gözəl sizi xoşbəxt edəcək şəkildə kecsin

Yüksək peşəkarlığı, dərin zəkası, humanistliyi ,sadəliyi və vətənpərvərliyi ilə secilən, xeyirxah və gözəl insan- istefada olan mayor Hüseynov Salman Umud oğlu 1960- cı ilin fevral ayının 26 da Bakı şəhərində zəhmətkeş ailədə anadan olub.
O,1967 ci ildə 2 saylı orta məktəbə gedib, 1970-də Bakı şəhəri 6 saylı orta məktəbdə təhsilini davam etdirib.1975-də Rabitə texnikumuna daxil olmuş, lakin bir il sonra yenə 6 saylı orta məktəbin 9-cu sinifinə daxil olub və 1978-ci ildə orta məktəbi bitirib.

Salman Hüseynov 1978-ci ildə Leninqrad Ali Hərbi Tibb Akademiyasna daxil olmuş, 1985-ci ildə Sovet Ordusundan tərxis olunaraq Azərbaycana qayıdıb.


1988-ci ildə Meydan hərəkatında fəaliyyətimə görə komsomoldan və işdən çıxmışdır.

1990- 1992-ci illər Qarabağın müdafiəsi üçün yaranan dəstələrdə əsgər və zabit kimi döyüşmüş, 1992-ci ildə Azərbaycan Silahlı qüvvələrin müxtəlif hərbi hissələrində, 1992-ci ilin oktyabırından isə “N” saylı Xüsusi Kəşfiyyat Məntəqəsində kəşfiyyatçı və rabitə rəisi vəzifəsində Dövlətə və xalqa sədaqətlə xidmət etmişdir.

O, Füzuli rayonunda Divanallar, Qacar, Ağdamın və Əsgəranın Naxçevanik, Uzundərə, Murovda Güzgü yüksəkliyinin alınmasında xüsusi əməliyyatda iki dəfə, Goranboy- Gülüstan xüsusi əməliyyatları, Tərtər Maqavuz-Madagiz xüsusi əməliyyatı və sair xüsusi tapşırıqlarda fəal iştirak etmiş, 1990-1993-cü illərdə xidməti vəzifəmi yerinə yetirərkən iki dəfə yaralanmış, və iki dəfə travmalar almışdır.


1995-ci ildə Türkiyə Silahlı Qüvvələrin Akademiyasına ezam edilmiş və Xüsusi Kəşfiyyat üzrə tədris və təlim keçmişdir.1996-cı ildən yara və zədələr səbəbindən ikinci qrup əlil kimi ordudan tərxis olunub. 44 günlük Vətən Müharibəsi zamanı istefada olan mayor Salman Hüseynov hərbi quluqcularmızın yanda olaraq öz göməkliyini onlardan əsirgəməmişdir.

1996-cı ildə Azərbaycan Hava Yolları Dövlət konserninin İdarə rəisi olmuş, Bakı Binə Hava Limanının, Naxçıvan, Gəncə hava limanlarının yenidən qurmasında iştirak edib.

2000-ci ildən AZESCO (Azərbaycan Elektron Sistemləri Kampaniyası) şirkətini təsis edib, sahibkarlıqla məşqul olur. Hal — hazırda Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Yasamal rayon şöbəsinin sədridir.Ailəlidir, üç övladı var.

,idməti və İctimai vəzifələrinin yerinə yetirilməsində xüsusi fəriqləndiyinə görə, Müdafiə Nazirinin, Azərbaycan ordusun baş qərargah rəisinin, Qeyri- hökmət ictimai birlik sədirlərinin, korpus və hərbi hissə komandirlərinin, mərkəzi və yerli icra hakimiyyəti orqan başcılarının və rəhbərlərinin müvafiq ənirləri ilə bir sıra müdalarla, əlacı döş və yubiley nişanları ilə təltif edilib, fəxri fərmanlarla, qiymətli hədiyələrlə mükafatlandırlıb və ona təşəkkur elan edilib

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, SALMAN MÜƏLLİM!

UCA RƏBBİMİZ HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!



Hiç yorum yok:

Yorum Gönder

Pages