Peşəkarlığı, humanistliyi,sadəliyi, səmimiyyəti,vətənərvərliyi,dəiqliyi,təmkinliyi, işgüzarlığı, xeyirxahlığı, iradı və mənəvi keyfiyyəti ilə seçilən, Allahın verdiyi şərəfli və mənalı ömürün ən məhsuldar dövrünü Daxili işlər nazirliyi (Din-in) Daxili Qoşunlarda hərbi xidmətdə keçirmiş, müharibə veteranı - istefada olan mayor Fətullayev Gündüz Çingiz oğlunun fevral ayının 17-da dünyaya göz acdığı gündür.
Daimi həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan - istefada olan mayor Fətullayev Gündüz Çingiz oğlunu doğum günü münasibətilə Din-in Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları və iş yoldaşlarl səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan ucun ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib tükənməyən nailiyyətlər arzu edib deyirlər, Gündüz qoy yaşınızın üstə gələn bu yaş da sizə sevinc dolu günlər bəxş etsin, hər yeni iliniz isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Mayor Fətullayev Gündüz Çingiz oğlu 1965-cı ilin fevral ayının 17-də Daşkəsən rayonunda zəhmətkeş ailədə anadan olub.O,əslən Naxcvan Muxtar Respublikasındandır.Gündüzün həyat yoldaşı Cəmilə xanım Daxili Qoşunların hərbi hissələrində müxtəlif vəzifələrdə xidmət edib.
Gündüz Çingiz oğlu Fətullayev 1982-ci ildə Bakı şəhər Nizami rayon Namiq Həmzəyev adına 238 nömrəli orta məktəbi,1987-ci ildə Bakı Yeyinti və Sənaye Texnikomunu bitirib. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində keçirilən bir cox təlim-metodiki toplanışlarda, müvafiq kurslarda, xüsusi-taktiki təlimlərdə, nümunəvi-göstərici məşğələlərdə, seminar və konfranslarda fəal iştirak edib.
1983-1985 -SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olub.
1987-1991-ci illərdə Bakı Keşlə ət kombinatında texnoloq vəzifəsində işləyib.
1992-2004-ci ilərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Nərmanov, Xaçmaz (Yalama qəsəbəsində), Binəqədi, Xətai və Xəzər rayonlarında yerləşən hərbi hissələrində və hərbi hospitalında ərzaq xidməti rəisi, əşya xidməti rəisi, hərbi hisə komandirinin (maddi texniki təminat) arxa xidmət üzrə müavini, Daxili Qoşunların Bas İdarəsinin maddi-texniki təminat idarəsinin əşya xidmətində isə zabit vəzifəsində Vətənə və xalqa sədaqətlə xidmət edib. Gündüz hal- hazırda Azərbaycan Respublikasının Dövlət Sığorta Şirkətində işləyir .
Mayor Gündüz Fətullayev Din-in Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək, ona həvalə olunmuş vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
Qanunvericilik ilə Daxil işlər Nazirliyinin Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, şəhərdə və yaşayış məntəqələrində (cəzaçəkmə müəssisələrində) baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində,qəzalar,bədbəxt hadisələr, yanğınlar,təbii fəlakətlər və başqa fövqalədə hallar (hərbi vəziyyət və komendant saatı) zamanı hüquqi rejimin təmin edilməsində, dövlətətin ərazi bütövlüyünün təmin olunmasında üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai sıyası hazırlığında, hərbi ıntizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və hərbi xidmət dövründə digər xidmətlərinə görə Daxili işlər nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirnin, (hərbi hospital rəisinin) müvafiq əmrləri ilə bir cox fəxri fərmanlarla, qiymətli hədiyyələrlə, əlacı və yubiley döş nişanları ilə mükafatlandırlıb, ona təşəkkür elan edilib.
Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanmasında, respublikada əmin-amanlığın təmin edilməsində, ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medalarla təltif olunub:
1.”Qüsursuz xidmətə görə” 3- cü dərəcəli medal ilə- Silahlı Qüvvələrdə- 10 təqvim ili xidmətə görə;
2.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 10 illiyi (1991- 2001)” yubiley medalı ilə;
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, GÜNDÜZ !
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN CİN OLSUN!
Azərbaycan Respublikasının Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik
Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder