Peşəkarlığı, humanistliyi,dərin zəkası, işgüzarlığı, dəqiqliyi,təmkinliyi sadəliyi, səmimiyyəti, iradı, təvazökarlığı və vətənpərvərliyi ilə seçilən, ömrünün ən məhsuldar dövrünün 21 ildən çox şərəfli xidmət yolunu Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Bas İdarəsinin hərbi hissələrində keçirmiş- istefada olan mayor Fərrux Ramazanovun fevral ayının 19- da dünyaya göz acdığı gündür.
Bu əlamətdar gün münasibəti ilə daimi həyatın bütün imtahanlarından alını açıq və üzüağ çıxan- istefada olan mayor Fərrux Ramazanovu Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları,iş yoldaşları səmimi qəlbdən təbrik edirlər, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarinda bitib-tükənməyən naliyyətlər arzu e edib deyirlər, Fərrux qoy yaşının üstə gələn bu yaş da sizə sevincdolu günlər bəxş etsin , hər yeni ilin isə ötən illərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Ramazanov Fərrux Məmməd oğlu 19 fevral 1965- ci ildə Zakatala rayonun Qımır kəndində zəhmətkeş ailədə dünyaya göz açıb.
Fərrux Ramazanov 1982-ci ildə Zakatala rayon İ.Məmmədov adlna Qımır kənd orta məktəbi, 1993-cü ildə Azərbaycan Texniki Universitetini,1998-ci ildə Daxili Qoşunların Baş İdarəsinin döyüş hazırlığı idarəsinin Xəzər rayonunda yerləşən təlim- tədris mərkəzində zabitlərin təhkimləşdirmə, 2000-ci ildə isə Türkiyə Jandarma Qüvvələrində ixtusas artırma kurslarını bitrib.O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrdə keçirilən bir çox təlim- metodiki toplanışlada,xüsusi- taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.
Fərrux Ramazanov 1983-1985-ci illərdə SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olub.1995- 2013- ci illərdə Daxili işlər nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Zakatala,Hacıqabul və Nərmanov rayonlarında yerləşən hərbi hissələrində taqım komandiri, böluk komandirinin müavini, alayın artilleriya xidməti rəsi,alayın idman və fiziki hazırlığ rəisi vəzifələrində Dövlətə
və xalqa sədaqətlə xidmət etmişdir.
O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq, zəhmətkeş zabit kimi göstərmişdir.Fərrux Ramazanov istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
Müstəqil Azərbaycanın Daxili işlər nazirliyi Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andın, hərbi, daxil qoşunların döyuş xidməti nizamnamələrinin və digər hüquqi- normativ aktların tələblərinə, eləcə də vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir cox hərbi qulluqçuları fədakar hərbi
xidmətə ruhlandırmışdır.
Qanunvericiliklə müəyyən olunmuş qayda da şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda və təmin edilməsində,yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında,mütəşəkkil cinayətkarlığa qarşı mübarizə də, axtarışda olan və qanunsuz silahlı birləşmiş dəstələrin axtarışında,tutulmasında və zərərsizləşdirilməsində,qəzalar,bədbəxt hadisələr, yanğınlar, təbii fəlakərlər və başqa fövqaladə vəziyyət zamanı hüquqi rejimin təmin olunmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Mayor Fərrux Ramazanov Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində hər zaman qarşısına qoyduğu məqsəd və amal uğrunda yorulmadan mübarizə aparmış və daima qələbə qazanmışdır. Bü insan üçün ən meyar, başlıca qürurunu saxlamaqdan ibarət olub. O,harada xidmət etməsinə baxmayaraq öz xidməti vəzifəsini layiqincə yerinə yetirmiş, qanunun tələblərinin ədalətlə tətbiq edilməsində həmişə pirinspial mövqe tutmüşdur.
Mayor Fərrux Ramazov həmişə ləyaqətinin, şərəfinin, işgüzar fəaliyyətinin toxunmazlığnı gözləmiş, nüfuzunu qorumuş vüqarını daima yüksək saxlayaraq, alını açıq və başı uca gəzmişdir. Xalqa, elə obaya, dövlətə
xidmət, özüdə etdiklərini sinəsi el-oba qatqılı, vətən qüdrətli öz fəaliyyətini göstərmişdir.
O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi (komandir) hazırlığında,idman yarışlarında və hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və xidmət dövründə xüsusi fəriqləndiyinə görə Daxili işlər nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Daxili Qoşunların təlim-tədris mərkəz (məktəb) rəisinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı, yubiley və idman dəcəsi döş nişanları ilə təltif olunub, bir cox fərmanlarla və qüymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Döyuş hazırlığındakı əla göstəricilərə görə, təlimlərdə, xüsusi əməliyyatlarda, döyüş xidmətində, döyüş növbəsində xüsusi fəriqləndiyinə fədakarlıq və şücaət göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirinin müvafiq əmirləri ilə aşağdakı medallarla təltif edlib:
1.”Qusursuz xidmətə görə” 1-ci, 2-ci və 3-cü dərəcəli medallarla;
2.”Silahll Qüvvələrin 90-iliyi (1918-2008) və 95 iliyi (1918-2013)” yubiley medaları ilə.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN.
FƏRRUX!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Respublikasının Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder